“Dinimiz və ətraf mühit” – Masallıda tədbir
Masallıda “Dinimiz və ətraf mühit” mövzusunda tədbir keçirilib.
Avqustun 21-də, “Gənclər Evində” təşkil olunan görüşdə din xadimləri, icma sədrləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dini Qurumlarla İş Uzrə Dövlət Komitəsi Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, baş məsləhətçisi Pərvin İmanov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov, rayon mərkəzi kitabxanasının direktoru vəzifəsini müvəqqəti icra edən Günay Xəlilova, xidmət şöbəsinin müdiri Gülər Piriyeva, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev və başqaları çıxışlarında bildiriblər ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un respublikamızda keçirilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə töhfəsi kimi dəyərləndirilir. Qeyd edilib ki, bütün dinlərdə olduğu kimi İslam dinində də ekoloji məsələyə ciddi münasibət sərgilənir, ətraf mühitin mühafizəsində insanın məsuliyyət daşıdığı xatırlanır.
Çıxışlar zamanı bəşəriyyətin müasir, qlobal problemlərindən olan ekoloji sferanın qorunması ilə bağlı fikirlər səsləndirilib, ətfraf mühit haqqında Qurani-Kərim ayələrindən və Məhəmməd Peyğəmbərin hədislərindən nümunələr göstərilib.
Sonda diqqətə çatdırılıb ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi ətraf mühitin çirklənməsinin minimuma endirilməsində, xüsusilə ekoloji şüurun yüksəldilməsində əhəmiyyətlidir.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.