Olimpiyaçı millimiz evdə fiaskoya uğrayıb
Bu gün Bakıda qadınlar arasında 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasınin sayca 17-ci mərhələsinə start verilib. Heyəti Dina Ulyanova, Tatyana Deniskina, Aleksandra Mollenxauer və Mersedes Uolkerden ibarət olan Olimpiyaçı millimiz də daxil olmaqla, iki gün davam edəcək turnirdə 16 komanda 4 qrupda mübarizəyə başlayıb. C qrupunda yer alan Azərbaycan komandası Ukrayna millisi və Almaniyanın "Düsseldorf Zoos" klubu ilə qarşılaşıb. Təəssüflər olsun ki, millimiz hər iki oyunda məqlubiyyətlə üzləşərək ev sahibliyi etdiyi turnirlə erkən vidalaşıb. Ukrayna millisinə 12:16 hesabla uduzan millimiz Almaniya təmsilçisinə isə daha böyük fərqlə məğlub olub - 8:21.
Reqlamentə görə, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala yüksəlib. Avqustun 18-de turnirdə 1/4 mərhələnin oyunları keçiriləcək.
Xatırladaq ki, geridə qalan 16 mərhələsindən sonra millimiz 109 xalla 29-cu, "Baku Fleyms" klubu isə 75 xalla 35-ci pillədədir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.