121 saylı seçki dairəsindən deputatlığa namizəd Faiq İsmayılov kimdir?
Faiq İsmayılov İslam oğlu 1957-ci ildə Laçın şəhərində anadan olub. 1959-cu ildə valideynlərim Mirik kəndinə köçərək 18.05.1992-ci ilədək orada yaşamışdır. O, 1972-ci ildə Mirik kənd VIII illik, 1974-cü ildə isə Qarıqışlaq kənd orta məktəbini bitirmişdir.
1975-1977-ci illərdə Özbəkistanın Nəvai şəhərində hərbi xidmətdə olmuşdur. 1977-ci ilin may ayından Bakı Baş Qaz Aparatları zavodunda çilingər kimi əmək fəaliyyətinə başlamış, 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun Mədəni maarif işinin təşkili fakültəsinə qiyabi daxil olub, 1983-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
1978-1985 Laçın rayonu, Ocaqqulu Musayev adına sovxoz, Komsomol Komitəsinin katibi
1985-1991 1985-ci ildən 1991-ci ilədək Rayon İcraiyyə Komitəsində şöbə müdiri
1991 Laçın Şəhər Klubunun müdiri
1991-1992 Laçın rayon İcra Hakimiyyətində məsləhətçi
1992 Laçın rayon İcra Hakimiyyəti Başçısının köməkçısı
1992-1994 Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini
1994-1995 Laçın rayon İcra Hakimiyyəti aparatında şöbə müdiri
2005-ci ildən Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai birliyinin sədri. (31 may 2005-ci idə Azərbaycan Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatından keçmişdir). Hal-hazırda Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai birliyi kimi fəaliyyət göstərir.
2014-cü ilin fevral ayının 26-da, Azərbaycan Respublikasının baş Naziri A.Rasicadənin 51 saylı sərəncamı ilə Nazirlər Kabineti tərəfindən təşkil edilən “Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İişğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupu”na mədəni dəyərlərin qiymətləndirilməsi üzrə ekspert təyin edilib.
2016-2019 AMEA-nın Hüquq və İnsan Haqları institutu, “İnformasiya Hüququ” şöbəsi, elmi işçi kimi çalışıb.
2019-cu ildə http://monuments.az Abidə xəbərlər portalının təsisçisi və baş redaktoru
2021-ci ilin aprel ayından AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi İnformasiya və Nəşriyyat İşləri şöbəsində baş redaktor.
2024-cü ilin yanvar ayından AMEA A.A. Bakıxanov adına Tarix və Etimologiya İnstutunun Qarabağ Müharibəsinin Tarixi və Böyük Qayıdış Hərakatı şıbəsində elmi işçi.
2020-ci il Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru
2022-ci il. Azərbaycan Respublikası Memarlar İttifaqı tərəfindən “Çoxillik yaradıcılıq fəaliyyətinə görə Fəxri Fərman”la təltif olunub.
2023-cü il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə Fəxri Fərman”la təltif olunub
2023-cü ildən Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin Fəxri üzvüdür.
2011-ci ildə Qarabağda törətdiyi vandalizmə görə Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı Məhkəmə iddiası qaldırıb.
Faiq İsmayılov 15 kitabın 300-dən çox məqalənin müəllifidir. Əsərləri İngilis, fransız, rus və azərbaycan dillərində oxunur. Bir neçə kitabı Belarusiya Respublikasının Dövlət Katoloquna salınıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.