Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - Masallıda
2-4 avqust 2024-cü il tarixində Masallı rayonunun İstisu ərazisində Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan Davamlı inkişafda “yaşıl düşüncə” layihəsinin təlimləri keçirilib.
"AZpressTİMES.info" xəbər verir ki, layihənin müddəti 3 ay olmaqla 01 iyun - 31 avqust 2024-cü il tarixləri əhatə edir.
Bu barədə məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Raci Səfərov qeyd edib ki, təlim 87 onlayn müraciətlər əsasında – 12 rayon və ya şəhər üzrə, o cümlədən Sumqayıt, Lənkəran, Göygöl, Şəmkir, Şəki, Yardımlı, Masallı, Siyəzən, Cəlilabad və Kəlbəcərdən seçilmiş 20 nəfər gəncin iştirakı ilə gerçəkləşib. Layihənin məqsədi ətraf mühitin qorunmasında yaşıl düşüncə və davamlı inkişafda yaşıl düşüncənin logistik əhəmiyyətinə cəmiyyətin, o cümlədən gənclərin diqqətini cəlb etməkdir.
Üç günlük təlimlərdə enercayzerlərlə ekoloji sistem, ətraf mühit, onun qorunması, ekoloji tarazlığın saxlanılması, təbii sərvətlər, növləri, onlardan səmərəli istifadə, alternativ enerji mənbələri-davmlı inkişaf, ekoloji təhlükəsizlik, ekoloji problemlər və onun həlli yolları, yanğınlar və onlara qarşı mübarizə tədbirləri, tullantılar və onların idarə olunması, ekoloji siyasət, COP29-yaşıl düşüncə, “Yaşıl dünya naminə həmrəylik ili” mövzularında gənclərə təlimlər keçirilib.
Düşərgənin sonuncu günündə Masallı rayonunun yaşıl düşüncə nümunələri ilə bağlı müxtəlif ərazilərinə, o cümlədən Masallı İstisu Sanatoriyasına, Masallı Sənaye Parkına və Masallı Asan Xidmət Mərkəzinə ekskursiyalar təşkil edilib.
Layihənin davamlılığını təmin etməkdən ötrü Facebook sosial şəbəkəsində fəaliyyət göstərən “SƏHRALAŞMAYAN GƏNCLİK” qrupuna təlimlərdə iştirak edən gənclər üzv seçilib. Üç gün ərzində keçiriləcək təlim kurslarında uyğun mövzular üzrə layihənin eksperti Samir Salayev və təlimçi Afiq Məlikov tərəfindən təlimlər keçirilib.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.