İntellektual Oyunlar üzrə II Cənub Kubokunun Masallı turu
Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır – 2023” qrant müsabiqəsinin qalibi olan “İntellektual Oyunlar üzrə II Cənub Kuboku” layihəsi çərçivəsində Masallı gəncləri üçün “Nə? Harada? Nə zaman?” oyunu formatında intellektual yarış keçirilib.
Yarışın açılışında layihənin rəhbəri Ramal Ağazadə, GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin rəhbəri və layihənin eksperti Famil Məmmədov, Masallı rayonu üzrə nümayəndəsi Orxan Əliyev bu cür intellektual oyunların təşkilinin gənclərin təməl inkişafında, bilik və bacarıqlarının artırılmasında, yüksək savadlı kadrların yetişdirilməsində əhəmiyyətini vurğulayıblar.
Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutan turun qalibi 30 sualdan 16-na düzgün cavab verən “Afina” komandası olub. “Van dayk” komandası ikinci, “Old Boys” adı altında çıxış edən kollektiv isə üçüncü yeri tutub.
Ümumilikdə 16 komandanın tərkibində 100-ə yaxın gəncin iştirak edəcəyi layihədə Lənkəran və Masallı şəhərlərində baş tutacaq turların nəticəsinə görə hər şəhərin ən güclü komandası qalib adını qazanacaq.
Layihənin keçirilməsində məqsəd gənclərin intellektual potensialının, dünyagörüşünün artırılması, onlarda vətənpərvərlik hissinin təbliği, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkilidir.
Məlumat üçün bildirək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilir. Yarışın Masallı şəhərindəki turu Masallı Heydər Əliyev Mərkəzinin dəstəyi ilə icra olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.