Venesuela Latın Amerikası səfirlərini ölkədən çıxarır
Venesuela son prezident seçkilərinin nəticələrini pisləyən yeddi Latın Amerikası ölkəsinin səfirlərinin dərhal ölkədən çıxarıldığını elan edib.
Söhbət Argentina, Çili, Kosta-Rika, Peru, Panama, Dominikan Respublikası və Uruqvayın diplomatik nümayəndəliklərinin rəhbərlərindən gedir.
Venesuela hakimiyyəti də adıçəkilən dövlətlərdən öz diplomatlarını geri çağırdığını açıqlayıb.
“Venesuellanın öz müqəddəratını təyin etmək hüququ var. Venesuela hökuməti Venesuelanın qadir olduğu dinc birgə yaşayışa təhlükə yaradan istənilən hərəkətə qarşı çıxacaq. Biz seçkilərin nəticələrinə məhəl qoymamaq cəhdini təşkil edən bəyanatları ən kəskin şəkildə rədd edirik”, – Bolivar Respublikası hökumətinin bəyanatında deyilir.
Bundan əvvəl Argentina, Kanada, Çili, Kosta-Rika, Ekvador, ABŞ, Qvatemala, Panama, Paraqvay, Peru, Dominikan Respublikası və Uruqvay missiyaları Venesueladakı seçkilərin nəticələrinə baxılması üçün Amerika Dövlətləri Təşkilatının fövqəladə iclasının çağırılmasını təklif ediblər.
Venesuela Milli Seçki Şurasının sədri Elvis Amoroso bildirib ki, hazırkı dövlət başçısı Nikolas Maduro prezident seçkilərində səslərin 51,2 faizini qazanaraq 44,2 faiz səs toplayan müxalifət namizədi Edmundo Qonzalesi qabaqlayıb.
Nikolas Maduro ardıcıl 3-cü altı il müddətinə prezident vəzifəsini icra edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.