MEK-də yeni daxil olan nəşrlərin sərgisi keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yeni daxil olan nəşrlərin sərgisi keçirilir.
Sərgidə Azərbaycan tarixinin, mədəni irsinin beynəlxalq aləmdə təbliğinə dair nəşrlər, müxtəlif elm sahələri - dilçilik, tarix, fəlsəfə, tibb, biologiya, genetika, psixologiya üzrə kitablar təqdim edilib. Onların sırasında “Mir Cəlal Paşayev və onun jurnalistik fəaliyyəti”, “Zənzəgur. Uzaq keçmişdən müasir dövrə qədər”, “Müstəqil türk dövlətlərində dil siyasəti”, “Naxçıvan Muxtar Respublikasının Duzdağ ərazisinin flora və bitkiliyi”, “Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrü maddi mədəniyyəti”, “Milli Azərbaycan Tarixi Muzeyi – 2023 (kataloq)”, “Psixokorreksiyanın əsasları”, “Təcili cərrahiyyə”, “Əczaçılıq botanikası”, “Müasir gənclərdə gender təsəvvürlərinin formalaşmasının sosial-psixoloji məsələləri”, “Azərbaycan dastanlarının folklor semantikası”, “Azərbaycan türk fəlsəfəsi və ictimai fikir tarixi (XIX-XX əsrlərdə)”, “Milli innovasiya sisteminin təşkili və idarə edilməsi” və digər nəşrlər yer alır.
Sərgi 2 həftə müddətində davam edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.