“22 İyul – Milli Mətbuat Günü” Ağcabədidə qeyd olundu
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. O vaxtdan bu yana Azərbaycan mətbuatı özünün uğurlu inkişaf yoluna qədəm qoyub.
"AZpress.AZ" İnformasiya Agentliyinin "AZpressTİMES.info" saytının bölgə müxbiri xəbər verir ki, respublıkanın hər yerində olduğu kimi “22 İyul – Milli Mətbuat Günü” Ağcabədidə də qeyd olunub. İlk öncə rayonun mətbu orqanı olan “ARAN” qəzetinin kollektivi Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Ağcabədi Qəhrəmanlar Parkında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi və Vətən qəhrəmanlarının məzarları ziyarət olunub, məzarların üzərinə güllər düzülüb.
“ARAN” qəzetinin və qəzetin nəzdində fəaliyyət göstərən “Aran Ağcabədi” internet televiziyasının əməkdaşları ilə görüş keçirən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib, onlara bundan sonrakı şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Çay süfrəsi ətrafında baş tutan görüşdə həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsini müdiri Vüsalə Məmmədova, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov və digərləri iştirak ediblər.
Təbriklərə qoşulan Nazim Bünyatov Ağcabədinin 92 yaşlı mətbu orqanı olan “ARAN” qəzetinin rayonumuzun ictimai-siyasi, mədəni həyatında baş verən ən son yeniliklərin işıqlandırmasında müstəsna xidmətlərinin olduğunu vurğulayıb.
Görüşdə jurnalistlərlə mətbuatın bugünkü durumu ilə bağlı fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib.
Qeyd edək ki, Milli Mətbuat Günü münasibətilə rayon rəhbəri tərəfindən görüşdə iştirak edən jurnalislər mükafatlandılıblar.
Biz də öz növbəmizdə mətbuat sahəsində vicdanla çalışan, xalqına, Vətəninə təmənna güdmədən əsl mətbuat nümayəndəsi kimi xidmət edən jurnalistləri ürəkdən təbrik edir, qələminiz iti, fikriniz daim işıqlı olsun! – deyirik.
Günün mübarək, Azərbaycan jurnalisti!
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.