22 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Prezident Elvin Fəttayevi təltif etdi

Prezident Elvin Fəttayevi təltif etdi

Pezeşkian müharibəni dayandırmağın yeganə yolunu göstərdi

Pezeşkian müharibəni dayandırmağın yeganə yolunu göstərdi

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Bako Saakyan aprel döyüşləri haqqında: Əməliyyatı Ermənistan Silahlı Qüvvələri həyata keçirib

Bako Saakyan aprel döyüşləri haqqında: Əməliyyatı Ermənistan Silahlı Qüvvələri həyata keçirib

David Manukyan Azərbaycanın işğal olunmuş ərazilərinin minalanması sxemini açıqlayıb

David Manukyan Azərbaycanın işğal olunmuş ərazilərinin minalanması sxemini açıqlayıb

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

Zahir Əmənovun 3-cü seçki yazısı- Cənub bölgəsində lider namizədlər kimdir?

10 ay əvvəl 830 01

Zahir Əmənovun 3-cü seçki yazısı- Cənub bölgəsində lider namizədlər kimdir?

Lənkəran 77 saylı və Lerik-Astara 80  saylı seçki dairələrində alternativ namizədlər bilinsə də, hələ ki, əsas namizəd müəyyənləşməyib. Qısası, bu dairələrdə 2 -ci yer bəlli,  birinci yerin sahibi isə hələlik  tapılmır.

(Əvvəlki yazının linki burada https://cenub.az/15897-zahir-emenovun-secki-yazisi-qiz-alanda-goyceyin-al-agli-qalib-bextine.html )

Sentyabrın 1-inə  təyin olunan Azərbaycanda parlament seçkilərinin artıq 3-cü həftəsi arxada qalıb.   Xatırladaq ki, parlamentdə yer alacaq 125 millət vəkilinin 10-u cənub bölgəsindən seçiləcək.

Bölgəmizdəki seçki dairələrinin ünvanını  həmin dairələrdən namizədliyi irəli sürülən  YAP-ın namizədləri ilə birgə sizə təqdim edirik:

71 saylı Cəlilabad Seçki Dairəsi – Malik Həsənov,

72 saylı Cəlilabad Seçki Dairəsi - Elman Nəsirov,

73 saylı Masallı-Cəlilabad Seçki Dairəsi- Aytən Əliyeva,

74 saylı  Masallı Seçki Dairəsi- Məşhur Məmmədov,

75 saylı Yardımlı-Masallı Seçki Dairəsi- Sərvər Əliyev,

76 saylı Lənkəran-Masallı  Seçki Dairəsi  - Cavanşir Paşazadə,

77 saylı Lənkəran Seçki Dairəsi - Əlimərdan Əliyev,

78 saylı Lənkəran Seçki Dairəsi - Anar İsgəndərov,

79 saylı Astara Seçki Dairəsi - Rəşad  Mahmudov,

10.  80 saylı Lerik-Astara Seçki Dairəsi - Elman Rəcəbov.

Göründüyü kimi  namizədlərdən 6-sı- Malik Həsənov, Elman Nəsirov, Məşhur Məmmədov, Anar İsgəndərov, Cavanşir Paşazadə və Rəşad Mahmudov ötən seçkilərdə millət vəkili olmuş şəxslərdir.

Onu da xatırladaq ki, əvvəlki  seçkilərdə cənub bölgəsində 12 seçki dairəsi var idi. Seçki qanununda son dəyişikliyə görə seçki dairələrində seçicilərin sayı 40 mindən 50 minə qaldırıldığından dairələrin sayı bölgəmizdə 12-dən 10-a endi.

Siyahıdan da göründüyü kimi ötən çağırış bu dairələrdən seçkiyə qatılmış Ziyafət Əsgərov (hazırda namizədliyi Naxçıvan MR-dan irəli sürülüb), Hadı Rəcəbov (Onun seçildiyi dairədə  seçkinin nəticələri ləğv edilmişdi. Ötən il rəhmətə gedib), Musa Qasımlı (Yardımlıdan) , İqbal Məmmədov (Lerikdən) və Rüfət Quliyev (Lənkərandan) isə bu dəfə ki seçkilərə qatılmayıb.

Digər partiyalardan seçkiyə qatılan  şəxslər haqqında tam məlumat əldə edə bilməsək də, bizə bəlli olan odur ki, 73 saylı Masallı- Cəlilabad seçki dairəsindən keçmiş millət vəkili, yardımlılı Fəzail İbrahimli Vətəndaş Həmrəyliyi partiyasının  nümayəndəsi kimi  bu dairədən seçkiyə qatılacaq.

Onu da qeyd edək ki, ölkəmizin digər seçki dairələrindən də bu seçkiyə qatılan cenublular var.

Belə ki, Mirmahmud Mirəlioğlu  Sumqayıt şəhərindən bu seçkiyə qatılıb. Xatırladaq ki, M. Mirəlioğlu Yardımlı rayonundandır. O, bundan əvvəl də bir neçə dəfə parlament seçkilərinə qatılmışdı. Bir dəfə hətta qaliblərdən olsa da, mandatdan imtina edib.

Bakı şəhərindən, 32 saylı Suraxanı Seçki Dairəsindən seçkiyə qatılan Fikrət Cəfərli  isə Masallı rayonunun Şıxlar İnzibati Ərazi Dairəsindəndir. Hazırda “İşgəncələr Əleyhinə Araşdıma Mərkəzi"nin sədridir. Ölkənin ən fəal hüquq müdaifəçilərindən sayılır.

Yenidən qayıdaq cənub bölgəsindəki millət vəkilliyinə namizədlərə - kimlər fovaritdir, kimlər əvvəldən 2-ci olmağa  razılaşıb.

1. Məşhur Məmmədov. Masallı Rayonunun Yeddioymaq kəndində dünyaya göz açıb.   Ölkənin tanınmış sahibkarlarından olub.   Ötən çağırış Masallı rayonundan millət vəkili seçilib.  Məşhur Məmmədova QHT rəhbəri, Masallı rayonun Dəmirçi məktəbinin müəllimi Tünzalə Qardaşovanın rəqib olacağı gözlənilir.

Məşhur Məmmədov ideal sayılmasa  da, bəzi addımları ürəkaçan olmasa da, (bunları sadalayıb seçki öncəsi onun yaxşı işlərinə kölgə salmaq istəmirik), digərləri ilə müqayisədə müsbət mənada daha fərqli bir millət vəkili olub.

1. Məşhur Məmmədovun

-- Keçmişində “qaranlıq nöqtələr” tapmaq çətindir.

-- Hər hansı korrupsiya əməlində adı hallanmır.

--Masallının əvvəlki millət vəkillərindən fərqli olaraq, kiminsə mülkinə göz dikməyib, kiməsə qərəzkarlıq göstərməyib, hətta seçkilərdə ona rəqib olmuş bir neçə nəfərə maksimum diqqət göstərib.

--Çoxlu xeyriyyə aksiyalarında, məktəb-bağça tikintisində uğurlu işləri var , şəhid və qazi ailələrinə, kimsəsizlərə,  istedadlı şəxslərə maksimum qayğı göstərib.

--Onun təşəbbüsü ilə yaradılan “Masallı Təhsil Fondu” vasitəsi ilə yüzlərlə masallılı qızın ödəniş xərclərinin qarşılanmasına, onlara təqaüd verilməsinə yardımçı olub.

1. Əliməmməd Nuriyev. Müstəqil namizəd.

Masallı Rayonunun Ərkivan qəsəbəsində anadan olub. BDU-nun hüquq fakültəsini bitirib. Bir dəfə Yasamal rayonundan millət vəkili seçilib. Bundan əlavə 2 dəfə Ərkivanın da  daxil olduğu seçki dairələrində seçkiyə qatılsa da, kifayət qədər səs toplasa da, sonda Əhəd Abiyevə və Elmira Axundovaya “üduzub”.

Əliməmməd Nuriyev bu dəfə mübarizəyə Yardımlı-Masallı seçki dairəsindən müstəqil namizəd kimi qoşulub və açıq-aşkar bu dairənin fovariti kimi görünür.

1. Bu Dairəyə 10 minə yaxın seçicisi olan onun  doğma qəsəbəsi Ərkivan  də daxildir.
2. Ərkivanda tanınmış iş adamlarından,  ziyalılarınadan, din xadimlərindən tutmuş, sıravi vətəndaşlarına qədər onun kifayət qədər dostları var. Qısası, bu dairədə iqtidar da, müxalifət də, yarım müxalifət də,  ictimai təşkilatlar da onun yanındadır.
3.  Ə. Nuriyevin rəqibi, YAP-ın nümayəndəsi, Yardımlı rayonunda məktəb direktoru işləyən Sərvər Əliyev onunla müqayisədə çox zəifdir.  Görünən odur ki, Əliməmməd müəllim bu seçkilərdə Vasif Talıbovun sözü olmasın, lap 200 faiz də səs toplaya bilər.

3. Rəşad Mahmudov. Rəşad müəllim bundan öncə Astara rayonundan millət vəkili seçilmişdi. Ölkədə çox bacarıqlı ürək cərrahı, eləcə də gözəl insani keyfiyyətlərə malik, xeyirxah şəxs kimi tanınıb. Belə ki, astaralıların ona səs verəcəyi şübhə doğurmur.

1.  Lənkərandan millət vəkilliyinə namizədliyi irəli sürülmüş masallılı, tarix elmləri doktoru Anar İsgəndərovun alim kimi bir sıra uğurlu işləri olsa da, millət vəkili kimi yadda qalan işlərini tapmaq bir qədər çətindir.
2. Digər YAP-çı namizədlər – Malik Həsənov, Elman Nəsirov (Cəlilabad), Cavanşir Paşazadə (Lənkəran) ötən seçkilərdə “dədə-baba” qaydası ilə necə seçilmişdilərsə, yəqin ki, eləcə də seçiləcəklər.
3. 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasından namizədliyi irəli sürülən Fəzail İbrahimlinin arxasında “qızıl əl” olmasa, işləri rəvan getməyə də bilər. Belə ki, onun namizədlyinin irəli sürüldüyü dairə Cəlilabadın Göytəpə şəhərini və Masallının 10-a yaxın Muğan kəndlərini əhatə edir. Bu ərazilərdən bir neçəsi – Xırmandalı, Həsənli, Şərəfə, Çaxırlı, Banbaşı, Yeddioymaq, Şıxlar, Musaküçə, Lürən inzibati ərazi dairələrindəki kəndlər bundan əvvəl Məşhur Məmmədəovun deputat olduğu ərazilərdir və onlar Məşhur müəllimin xeyirxah aksiyalarından kifayət qədər faydalanıblar.

Eləcə də, Fəzail müəllimin əvvəlki seçicilərinin- Cəlilabadın Göytəpə şəhərinin, Masallının Təklə, Köhnə Alvadı, Təzə Alvadı sakinlərinin ondan giley-güzarları kifayət qədərdir.

Ən maraqlı   mənzərə isə Lənkəran şəhər və Lerik-Lənkəran seçki dairələrindəki vəziyyətdir.

Lerikin əvvəlki deputatı- İqbal Məmmədovun adı YAP-ın hazırkı siyahısında olmasa da, bu siyahıda onun ofisində əməkdaş olan, bu vaxta qədər hər hansı yaddaqalan fəaliyyəti ilə seçilməyən  Elman Rəcəbovun adı yer alıb. Yəni, Lerikdə 2-ci namizəd bəlli olsa da, hələ ki, əsas namizədin kim olacağı bilinmir.

Lənkəran Seçki Dairəsində isə namizəd kimi YAP-dan  Əlimərdan Əliyevin adı yer alıb. Ə. Əliyev uzun müddət Lənkəran Şəhər İcra hakimiyyətində şöbə müdiri işləyib. Hazırda uzun fasilələrlə işıq üzü görən “Lənkəran” qəzetinin redaktorudur. Onun bu dairədə 2-ci yerlə əvvəldən razılaşdığı kimsədə şübhə doğurmur.

Qeyd:- Hazırda seçkiyə qoşulmuş Musavat, Real, Demokrat və digər partiyalardan təqdim olunacaq şəxslərin hələlik əsas namizədi bilinməyən bu dairələrdən yer ala biləcəyi gözlənilir.

Bir məqam da maraq doğurur.

Yuxarıda qeyd etdiyim kimi, millət vəkili Məşhur Məmmədovun yaratdığı “Masallı Təhsil Fondu” onun ötən çağırış  seçildiyi seçki dairəsini əhatə edirdi. Bu seçkilərdə isə dairə dəyişdiyi üçün onun bu yardımından faydalanmayan – Masallının Boradigah qəsəbəsi, Mahmudavar, Türkoba, Hişgədərə, Miyankü, Tüklə,  Bədəlan, Qızılavar, Kolatan, Sığdaş, Musaküçə, Lürən, Qızılağac, Viləş, Göyəçöl inzibati Ərazi dairələrindəki kəndlər də onun səs veriləcəyi məkanlar içərisindədir.

İndi sual yaranır-

-Məşhur müəllim bundan əvvəl onun, hazırda 73 saylı seçki dairəsinin əhatəsində olan Masallının Masallı Şəhər, Yeddioymaq, Şıxlar, Xırmandalı, Həsənli, Şərəfə Çaxırlı, Banbaşı  kəndlərindəki qızların təhsil xərclərini yenə qarşılayacaqmı?

Yaxud, Məşhur müəllimin namizədliyi bu seçkidə irəli sürülən 74 saylı dairədəki əksər Talış kəndlərindəki  ail təhsil almaq istəyən qızlar da “Masallı Təhsil Fondu”nun təsir dairəsinə düşəcəkmi?

Bu isə əlavə on min manatlarla xərc deməkdir.

Əgər Məşhur müəllim maksimum xeyirxahlıq göstərib  əvvəlki və indiki  seçki dairəlrindəki kəndləri də bu sahədə sevindirsə, hər iki dairədən kənarda qalan Ərkivan qəsəbəsi, Təzəkənd, Sərçuvar, Xıl, Qodman, Qəriblər, Yeyənkənd, Güllütəpə ərazilərində  təhsil almaq istəyən qızlar bundan inciməzmi?

Cənub bölgəısindən seçilmiş və seçiləcək namizədlərdən  bəzi gözləntilər və diləklər də var.

1. Cənub bölgəsində 40-dan yuxarı tarixi abidə var, onların hamısı bərbaddır. Qısası,  adları var, özləri yox. Halbu ki, bölgəmizdən seçilən deputatların çoxu tarix üzrə elmlər doktorudur - Anar İsgəndərov, Musa Qasımlı, Fəzail İbrahimli, Cavanşir Paşazadənin isə özü olmasa da, qardaşı Allahşükür Paşazadə buna nümunədir. Yəni, bu tarixçilər bölgəmizdən başqa hər yerin tarixini araşdırasa da, necə deyərlər doğma yurdlarının  tarixi lazımınca araşdırılmayıb. İnanırıq ki,  deputatlığa namizədlərə bu sahəyə diqqət göstərməyi unutmayacaqlar.

Lənkəran-Astara iqtisadi məkanına daxil olan 6 rayonun hamısında mərkəzi stadionlar bərbad vəziyyətdədir. Bu məsələ gündəmə gələcəkmi?

Bölgədə onlarla insanın haqqı pozulub və pozulur - əlil adamı şəhərin mərkəzində döyürlər, günahkarlar  meydan sulayır- millət vəkilinin səsi çıxmır.

Ölkə üzrə tanınmış jurnalisti şərləyib həbs edirlər - ölkənin az qala bütün tanınmış jurnalistləri, ictimai fəalları haray çəkir - bölgənin deputatları susur.

Bölgədə səhiyyə başqanı, tikinti maqnatı, nə bilim aparıcı idarələrin rəhbərləri tutulur- deputatlar susur.

8 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün (Onların bir neçə yüzü cənub bölgəsindəndir) ali məktəbdən qovulur-deputatlarımız susur.

Dünyanın o başında olan hər hansı hadisəyə deputatlarımız münasibət bildirsələr də, “qulaqlarının dibində” baş verən haqsızlıqlara göz yumurlar.

Dünənə qədər bir olaya da münasibət göstərməyən şəxs,  deputat olan kimi filosofa çevrilir.

Bəzi qudurğan icra başçısının hər bəd əməlinə   dözürlər, onlar da bunun "mükafatı" kimi rayondan gedən ərəfədə borc adı ilə  bu şəxslərə 50-60 min "atıb" gedir.

Bütün dövrlərdə millət vəkillərini digərlərindən fərqləndirən  cəhətlərindən biri də onların cəsarətli çıxışları olub.

Cəsarətdən söz düşmüşkən unutmayaq ki, parlamentin qubalı deputatı Vahid Əhmədovdan bu sahədə nümunə götürmək pis olmaz.

Ya da, haqqı deyə bilməyəndə bəzi keçmiş deputatlar kimi, yalana doğru donu geyindirib, "qaraya"  "ağ" deməklə, bizi xəcalətli etməyin.

Bütün namizədlərə ədalətli, obyektiv və şəffaf mübarizə arzulayırıq.

Cənub.az üçün hazırladı: Zahir Əmənov

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Ələşrəf Niftiyevin 80 illik yubileyi qeyd olunub - MASALLIDA

Ələşrəf Niftiyevin 80 illik yubileyi qeyd olunub - MASALLIDA

John Doe 2 gün əvvəl

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

John Doe 1 gün əvvəl

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

John Doe 3 gün əvvəl

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

John Doe 4 gün əvvəl

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

John Doe 2 həftə əvvəl

VIII Beynəlxalq "Dünya Xalqlarının Dastanları" Festivalı keçirilib

VIII Beynəlxalq "Dünya Xalqlarının Dastanları" Festivalı keçirilib

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azər...

19 iyun 2025 21:37:14
• İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib}

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

19 iyun 2025 16:27:00
• İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib}

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com