Ərdoğan Rusiya ilə NATO arasında birbaşa münaqişə perspektivini dəyərləndirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenin çağırışlarına baxmayaraq, Ankaranın Ukrayna münaqişəsinin tərəflərindən birinə çevrilməyəcəyini bildirib.
O, bu barədə “Newsweek” nəşrinə müsahibəsində danışıb.
İyulun 9-dan 11-dək NATO liderləri Vaşinqtonda illik sammitinə toplaşıblar. Görüşdə Türkiyə prezidenti də iştirak edib. Newsweek-in qeyd etdiyi kimi, Ukraynaya beynəlxalq dəstək qazanmağa çalışan Bayden müttəfiq Türkiyənin güclü müxalif səsi ilə üzləşir. Ərdoğan yeni müsahibəsində deyib ki, Qərb dövlətləri Ukrayna və Qəzza zolağındakı münaqişələrə yanlış və potensial təhlükəli yanaşma nümayiş etdirir.
Bu söhbətdə Ərdoğan NATO sammitinin əsas məsələsi olan Ukrayna böhranı ilə bağlı mövqeyini təsdiqləyib. O, Baydenin ittifaqda daha çox həmrəylik çağırışına baxmayaraq, Türkiyənin bu münaqişənin “tarafı olmayacağını” vurğulayıb.
Ərdoğan Kiyevə əlavə hərbi yardım vədlərini də bəyənməyib. Onun fikrincə, problemin həlli “qanın artmasından” yox, dialoq yolu ilə əldə edilən davamlı sülhdən keçir.
“Bəzi Qərb müttəfiqlərimizin Rusiyaya münasibəti atəşə yağ əlavə etdi. Bu, Ukraynaya xeyirdən çox zərər gətirdi”, - Ərdoğan vurğulayıb.
O qeyd edib ki, Türkiyə hər iki tərəfi sülhə yaxınlaşdırmaq üçün dialoq aparır. Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasındakı münasibətlər Türkiyə və Rusiyanın Suriya, Liviya və Qafqaz regionunda münaqişələr üzrə zidd mövqelərinə baxmayaraq əldə edilmiş müdrik diplomatik razılaşmaların tarixini ehtiva edir.
Ərdoğan NATO-da Rusiya prezidentini təcrid etmək istəyinə meydan oxuyur. Türkiyə prezidenti vurğulayıb ki, “çini dükanında fil kimi” incə proseslərin öhdəsindən gəlmək olmaz.
“Təbii ki, biz hər şeydə cənab Putinlə razılaşmırıq, lakin biz problemləri müzakirə edə və onların həlli yollarının təfərrüatlarını araşdıra bilirik”, - deyə Ərdoğan yekunlaşdırıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.