Hümbət Quliyev:
Sağaxaylar və solaxaylar haqqında
(esse)
İnsanlar sağaxaylara və solaxaylara bölünürlər. Soloxaylar dünya əhalisinin cəmi 5-10% təşkil edirlər. Bu statistikanı niyə gətirdim? Bilirsinizmi ki, bir solaxayın min illər əvvəl etdiyi bir kəşfdən sağaxaylar bu gün də əziyyət çəkirlər? O birinci solaxay necə " solaxay" iş görübsə biz sağaxaylar indi də çətinlikdəyik.
O solaxayı da günahlandırmaq çətindir, o kəşfi özü üçün edib, sağaxaylar da düşünmədən o etdiyini təkrar ediblər.
Biz indi də bunu təkrar etmək məcburiyyətindəyik.
Keçirəm mətləbə. Söhbət qələm ilə kağız üzərində yazmağımızdan gedir. Hə, adi yazı yazmağımızdan. Daha dəqiqi, soldan sağa yazmağımızdan.
Farslar, ərəblər sağdan sola yazırlar və onların yazısı məhz sağaxaylar üçündür. Ərəb, fars yazı yazmağa başlayanda sağ əlini aparıb qoyur vərəqin elə sağ küncünə. Əlini sağdan sola hərəkət etdirdiyindən yazacağı yeri həmişə(!) görür. O yazdığı hərfin bütün yazılış dövrünü gözlərinin nəzarətində saxlaya bilir.
Bu səbəbdən onlar düz və qəşəng yazırlar.
Biz adət etdiyimiz yazıda, sağ əlimizi çarpaz olaraq aparıb qoyuruq vərəqin əks, sol küncünə. Bu səbəbdən öz əlimiz yazacağımız yeri bağlayır və biz yazacağımız yeri görmürük. Yazdığımız hərflər əlimizin arxasından yazıldıqdan sonra " peyda" olur. Biz böyüklər buna vərdiş etdiyimizdən çox da hiss etmirik. Uşaqlarda bu özünü kəskin biruzə verir. Yeni yazmaq öyrənən uşaqlar yazdıqlarını görmək üçün başlarını sola əyməyə məcburdurlar. Sinif müəllimlərinin, valideynlərin " işi-peşəsi" uşağa " başını əymə", " düz otur" deməkdir. Necə düz otursun, necə başın əyməsin, yazdığını görmək istəyir axı?! Onurğa əyriliyi də uşaqlarda adətən elə sola da olur,təəssüf ki.
Nə etməli? Nə edə bilərik ki?! Heç nə! Əziyyət çəkib öyrənmişik, onlar da əziyyət çəkib öyrənəcəklər.
Belə. Fikirləşdim ki, bunları bilsəniz maraqlı olar. Həm də bildiklərimdən təəssüf hissi keçirən təkcə mən olmaram…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.