Hümbət Quliyev:
Feysbukla bağlı düşüncələrimdən...
- Sosial şəbəkələrdə də həyatda olduğu kimi, “dost” seçiminizə diqqətlə yanaşın. Profilində şəkli olmayan, ləqəb və s. ilə özünü təqdim edən insanlardan ehtiyat edin. Yadınızda saxlayın: Ehtiyat Feysbukçunun da yaraşığıdır.
- Mütləq sizə dostluq göndərən insanın səhifəsinə baxın, bu sizi ola biləcək problemlərdən sığortalayar.
- Yazışarkən, qarşı tərəfin fikrinin necə olmasından asılı olmayaraq( hətta, fikir sizin xoşunuza gəlmirsə belə) tərəfmüqabilinizin fikrinə hörmətlə yanaşdığınıza lap əvvəldə vurğulayın, bu ünsiyyətinizi konstruktiv məcraya yönəldər.
- Qarşı tərəfə, yaşdan asılı olmayaraq, “ Siz” müraciətiniz də ünsiyyətinizi qarşılıqlı hörmət çərçivəsində saxlayar.
- Şərhlərə cavab yazanda, cavabını verdiyiniz insanın adını mütləq qeyd edin. Xüsusən də yazınıza şərhlərin çox olduğuğu məqamlarda sizin kimə cavab verdiyiniz bilinər və ola biləcək anlaşılmazlıqlardan xali olarsınız.
Yadınızda saxlayın ki, insanın ən çox xoşladığı söz öz adıdır. Şərhinizdə tərəfmüqabilinizin adını səsləndirməyiniz qarşı tərəfin sizə rəğbətini artırar.
- Bilməlisiniz ki, qatıldığınız müzakirələrin məqsədi kimin daha ağıllı olduğunu müəyyən etmək deyil. Məqsəd həqiqəti, ən azı düz olanı tapmaq və ya düz olana maksimum yaxınlaşmaqdır. Bu işdə qarşılıqlı təvəzökarlıq hissi həmişə işə yarayacaq.
Unutmayın ki, fikri zorla sübut etmək xatirinə dost itirmək ağlın əlaməti deyil.
- Həmişə, insanın özünə deyil, onun yazdıqlarına münasibət bildirin. İstənilən istisna, hətta yaxşı tanıdığınız insanla da belə konflikt üçün qığılcımdır.
Şəxsiyyətlər müzakirə predmeti ola bilməz. Bütün insanlar fərqlidirlər, bu təkcə xarici görünüşə deyil, həm də təfəkkürə aiddir. İstənilən ünsiyyət, həmçinin virtual məkanda, qarşılıqlı hörmət prinsipi üzərində qurulmalıdır.
Bünövrəsi qarşılıqlı hörmət olmayan istənilən münasibət( sevgi də daxil olmaqla) qırılmağa məhkumdur.
- Dəqiq mənbəy bilinməyən informasiyalarla bölüşməyin. Təkrar- təkrar səhv məlumatlarla bölüşmək sizin imicinizə xələl gətirər. FB dostlarınız mehriban göründükləri qədər də qəddardılar, qucaqlayaraq da boğa bilərlər.
- Bilin ki, FB-də hər sahənin mütəxəssisləri var, onların fikrinə diqqətlə yanaşın. Özünüzün hər şeyi bilmədiyinizə də rahat yanaşın, siz Google deyilsiniz.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.