Məktəblilər Buxarestdə beynəlxalq olimpiadada qızıl medala layiq görülüb
31 may və 4 iyun 2024 cü il tarixləri arasında IT INNOVATIONS computer academy-nin şagirdləri, Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil olunmuş Infomatrix - Beynəlxalq robotexnika, mühəndislik və layihə olimpiadasında uğurla çıxış ediblər. 20 ölkədən 170-ə yaxın komandanın iştirak etdiyi olimpiadada məktəblilər 4 komandada 6 şagird iştirak edib. Finalda iştirak edən hər 4 komanda fəxri kürsünün ən üst pilləsində yer tutub. Belə ki, iki komanda platinum (first of the first) medallar qazanıb, komandalardan ikisi isə qızıl medallar qazanıb. Sevindirici haldır ki, bütün komandalar mühəndislik və robotexnika kateqoriyası üzrə finalda iştrak etmişdir.
Gərgin rəqabət mühitində keçən olimpiadada Lego Line Follower kateqoriyasında Musa Bayramov və Arduino Mini Sumo Kateqoryasında Röyal Şükürlü yarışın ən üst mükafatı olan platinum (first of the first) medallara layiq görülmüşdürlər. Arduino Line Follower kateqoriyasında Fərid Mikayılzadə və Murad Kərimli həmçinin, Leqo Sumo kateqoryasında Fidan Mikayılzadə və Əyyub Xankişiyev yarışda birincilik əldə edərək, qızıl medallarla təltif olundular. Komandalara mentor olaraq proqramlaşdırma üzrə aparıcı mütəxəssis Vaqif Gülməmmədli rəhbərlik edirdi.
Xüsusi ilə qeyd etmək yerinə düşər ki, Infomatrix yarışmasının Azərbaycandan olan iştirakçılarını Azərbaycan Respubilkasının Ruminyadakı səfiri Qüdsi Osmanov qəbul edib. Səfir qalibləri təbrik edərək, istedadlı, vətənpərvər və bilikli Azərbaycan gənclərinin hər yerdə olduğu kimi Rumıniyada da Azərbaycan bayrağını yüksək qaldırdıqları üçün onlara təşəkkürünü bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.