Avstraliya Qəzzaya əlavə 10 milyon dollar yardım edəcək
Avstraliya Qəzza zolağının əhalisinə əlavə olaraq 10 milyon dollar humanitar yardım edəcək.
Bu barədə Avstraliyanın gənclər naziri Enn Əliyə istinadən məlumat yayıb.
Əli qeyd edib ki, yardım BMT-nin Ümumdünya Ərzaq Proqramına (WFP) göndəriləcək ki, aclıqla üzləşən fələstinli mülki vətəndaşları ərzaqla təmin etsin.
Nazirin sözlərinə görə, Avstraliyanın son 8 ayda göstərdiyi humanitar yardımın ümumi həcmi 72,5 milyon dollara çatıb.
“İsrail Beynəlxalq Ədalət Məhkəməsinin tələb etdiyi kimi yardım axınına icazə verməlidir. Fələstinli mülki əhalinin iztirabları davam edə bilməz”, - Əli deyib.
HƏMAS-ın yaraqlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının İsrailə qarşı Əl-Əqsa Tufanı əməliyyatına başladığını elan edən ötən il oktyabrın 7-dən bəri, əksəriyyəti qadın və uşaq olmaqla, təxminən 37.200 fələstinli Qəzzada öldürülüb.
Bundan əlavə, yerli səhiyyə orqanlarının məlumatına görə, 84,8 mindən çox insan xəsarət alıb.
İsraildə ölənlərin sayı 1200-ə yaxındır.
İsraili soyqırımda ittiham edən Beynəlxalq Ədalət Məhkəməsi öz qərarında Təl-Əvivdən İsrailin davam edən hücumları səbəbindən 1 milyondan çox fələstinlinin sığındığı Rəfahdakı hücumları dərhal dayandırmağı tələb edib. Mayın 6-da İsrail hərbçiləri Rəfaha qurudan hücuma keçib.
İsrailin səkkiz aydan çox davam edən hücumları blokadada olan Qəzza zolağının geniş ərazilərini xarabalığa çevirib. İsrailin blokadası səbəbindən yerli əhali kəskin ərzaq, təmiz su və dərman çatışmazlığı ilə üzləşib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.