Hümbət Quliyev:
Suda batmamaq üçün məsləhət
Cavan vaxtı suda xilasedici işləmişəm. Bununla bağlı iki hekayə də yazmışam. Bayaq bir xarici kinofilmdə insanın suda batdığı bir səhnəni göstərdilər. İnsan sahilə yaxın bir yerdə qışqıraraq çabaladıqdan sonra batdı.
FB dostlarım üçün bildiyim bir üsulu yazmaq qərarına gəldim. Həyatdır,hər şey ola bilər.
Suda batmaqdan xilas olmağın bir sadə üsulu var. Təbii ki, söhbət yaxşı üzə bilməyən insanlardan gedəcək. Burda vurğulamaq istəyirəm ki, 99% batanlar məhz üzə bilənlərdir, çünki üzə bilməyənlər heç suya girmirlər.
Keçirəm mətləbə.
Misal üçün, sənin boyun 1,75 santimetrdirsə, sən dərinliyi cəmi 2 metr olan suda bata bilərsən. Əgər çabalayıb bütün gücünü suyun üzündə qalmağa sərf etsən, mütləq batacaqsan. Gücə necə qənaət etmək olar bu situasiyada? Xilasedicilər gələnə kimi vaxtı necə uzatmaq olar?
Ümumiyyətlə, insanlar suda qorxduqlarından batırlar. Bir haşiyə də. Heyvanlara üzməyi öyrədən yoxdur, suya girən kimi üzürlər. Bir neçə heyvan istisnadır, onlar da qorxudan suya heç girmirlər. Məsələn eşşək. O da qorxmasa, bəlkə üzər. Düşünürəm eşşək ağıllı olduğundan suya girmir, ehtiyac duymur, məncə.
Maraqlıdır ki, insan suda batandan sonra meyiti üzə çıxır. İnsan qorxmasa, suyun üzündə rahat uzanıb qala bilər. Üzə bilənlər bu üsuldan rahat istifadə edirlər.
İnsan bədəninin xüsusi çəkisi sudan azdır. Xüsusən qadınlarda. Qadınlar heç batmamalıdırlar.
Kritik şəraitdə ən böyük düşmən panıkadır. Panika şəraitində insan şəraiti düzgün qiymətləndirə bilmir, özünü itirir, daha çox çabaladığından olan gücünü tez tükəndirir və batır.
Nə etməli? Birincisi, ağlı emosiyadan qabağa qoymaq gərəkdir. İlk olaraq olduğun yerin dərinliyini müəyyənləşdirmək lazımdır. Bunun üçün hərəkətsiz özünü sakitcə aşağı, dibə buraxmaq lazımdır. Çox hallarda dərinlik insan boyundan çox olmur. Götürək bayaqkı iki metrlik dərinliyi. Sadə bir qayda. Özünü aşağı buraxıb ayağı dibə toxundurub, ayaqla da təkan verib azacıq sürətlə üzə çıxıb rahat nəfəs almaq. Sonra yenə özünü boşaldıb yenə dibə getmək və azacıq təkanla dik olaraq üzə çıxıb təkrar nəfəs almaq.
Üzə bilməyən insan belə, qorxu hissini dəf etsə, dəqiqələrlə, saatlarla suda sağ qala bilər, çünki minimum enerji sərf olunur və mütəmadi rahat nəfəs alınır. Arada suyun üzərinə çıxanda, kömək üçün insanın rahat qışqırmağa da imkanı olar.
Üzə bilən dostlarıma bunu sahilə yaxın yerdə məşq etməyi də məsləhət bilirəm, təbii ki, yay fəslində. O fəsil də artıq gəlib.
Belə.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.