Almaniyanın Tel-Əvivdəki səfirliyində İsrailə silah ixracına son qoyulması tələbi ilə aksiya keçirilib
Bir qrup israilli fəal Almaniya istehsalı olan silahların İsrailə ixracına etiraz etmək üçün Tel-Əvivdəki Almaniya səfirliyi qarşısında toplaşıb.
Etirazçılar əllərində “İsraili silahlandırmaqdan əl çəkin”, “Əllərinizdə kifayət qədər qan yoxdur?” və “Bir dəfə də olsun, tarixin sağ tərəfində olun” sözləri yazılmış lövhələr qaldırılıb. Bundan əlavə, nümayişçilər Berlinin hərəkətlərini pisləyən şüarlar səsləndiriblər, o cümlədən “Almaniya, sən bunu gizlədə bilməzsən, sən soyqırımın şərikisən”.
İsrail polisi səfirlik binası qarşısında oturan nümayişçiləri dağıtmaq üçün güc tətbiq edib. Bundan əlavə, 5 nəfər saxlanılıb.
Aksiyadan sonra qrup adından verilən yazılı açıqlamada İsrailin Qəzza zolağındakı qırğın zamanı Almaniya istehsalı olan silahlardan istifadə etdiyi bildirilib.
Bundan əlavə, Almaniyanın 2023-cü ildə İsrailə silah ixrac edən ölkələrin reytinqində 47 faiz göstərici ilə ikinci yeri tutması vurğulanıb.
Nümayişçilər Almaniyanın Təl-Əvivdəki səfiri Şteffen Zaybertə də məktub göndərərək Berlin administrasiyasından İsrailə silah ixracını dayandırmağı tələb ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.