Hümbət Quliyev:
Maddiyyat və təəssürat
(esse)
Hər bir insanın yeni şeylərə və yeni təəssüratlara ehtiyacı var. Bu işdə hər kəsin öz seçim prioritetləri ola bilir. Əslində həyatı keyfiyyətli yaşamaq üçün bunların mütənasibliyini bilmək çox önəmlidir. Amma, təkcə maddiyyat ardınca gedən insanın, maddiyatın müxtəlif formalarını mexaniki toplamaqla məşğul olan insanın, xoşbəxt olmaq şansı azdır, çünki hər şeyin yaxşılarını əldə etsən, məlum olacaq ki, həmin şeylərin əlaları da var. Əlaların dalınca qaçsan, məlum olacaq ki, əladan da yaxşı əntiq olanlar var və bu daha əntiqə, ekskluzivə və s. keçəcək və sənin onları əldə etməyə ömrün çatmaz və ən kədərlisi, şeylərin dünya həyatı uzun, sənin həyatın isə qısadır.
Təəssüratlar isə, həmişə sənin içində olur və onların ömrü də elə sənin ömrün qədərdir.
Ünsiyyətlərdən, səfərlərdən əldə etdiyin təəssürütları sən dəfələrlə içində təkrarlaya, o təəssüratları əldə etdiyin zaman çəkdiyin şəkillərə baxa- baxa olanları yenidən və məmnuniyyətlə yaşaya bilirsən.
Düşünürəm ki, yeni təəssüratlar əldə etməyə xərc çəkən insan, yeni şeylər əldə etməyə pul xərcləyən insandan daha xoşbəxt olacaq.
Kiçicik bir misal: Tutaq ki, sizin evdə uşaqlarınız var və maddiyyat dalınca qaçdığınızdan onlarla az- az ünsiyyətdə olursunuz və təbii ki, siz onların böyüməklərindən təəssüratlarınızı az alacaqsınız.
Eynilə uşaqlarınızın da ata haqda təəssüratları kasad olacaq.
Ola bilər ki, siz sonradan çoxlu pullar qazanasınız, amma həm özünüz çoxlu xoş təəssüratlarınızdan artıq məhrum olmusunuz, həm də balalarınızın uşaqlıq təəssüratlarında da siz az olacaqsınız. İnsanların maddiyyat və təəssürat dilemmaları olan misalları çox çəkə bilərəm.
Bir sözlə, şeylərdən çox həyatınızı dəyərləndirin.
Təbii ki, seçim hər kəsin özünə aiddir.
Sadəcə, fikrimi yazdım.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.