Hümbət Quliyev:
Cəhdlər haqqında
(esse)
Heraklit demişdir: “ Bir çaya iki dəfə girmək olmaz.”
Qədim yunan filosofunun bu fikrini belə izah edirlər ki, sən birinci dəfə girdiyin çayın suyu artıq axıb gedib və sən suya ikinci dəfə girəndə, bu artıq başqa çay olur. Fikrin açması da odur ki, ikinci dəfə həmişə birinci dəfədən fərqli olacaq.
Yarım stəkan suya həm nikbin, həm də bədbin baxmağın mümkün olduğunu hamınız bilirsiniz.
Mən Heraklitin fikrində gördüyüm müsbət tərəfi sizlərə çatdırmaq istəyimdən yazıram.
Fikrimi çatdırmazdan əvvəl deyim ki, Heraklitin dövründən 2500 il keçib və bu müddətdə fikir çayı da yerində dayanmayıb. Fikir çayının bir az dərinliyinə getsək görərik ki, çaya ikinci dəfə girən insanın bədəni də əvvəlki olmur, çünki bədənin içində axan proseslər də onu artıq dəyişib, başqa bədən olub. İnsanın təfəkkürü də əvvəlki kimi qalmır, çaya girdiyindən əldə etdiyi təcrübə onun təfəkkürünü də başqa edib.
İndi öz nikbin fikrimi sizə nəticə olaraq çatdırım.
Tutaq ki, siz nəyəsə cəhd etmisiniz və o iş alınmayıb. Təkrar cəhd etməyə dəyərmi? Dəyər, çünki siz ikinci dəfə cəhd edəndə artıq mühit də, şərait də, siz də dəyişmisiniz və nəticə də fərqli, böyük ehtimalla müsbət ola bilər.
İkinci cəhdiniz də uğurlu olmasa, üçüncü, beşinci, onuncu dəfə mütləq uğur əldə edəcəksiniz.
İnsan həyat çayında cəhdlərlə yaşayır, başqa sözlə, həyatımızı cəhdlər müəyyənləşdirir, eyni görünə bilən, amma, hər dəfə fərqli cəhdlər.
Azərbaycan türkü Hümbət Həsənoğlu bir aforizmində demişdir: “Hər əhdə, yüz cəhd gərək.”
Nikbin əhval- ruhiyyə ilə yeni cəhdlərə davam.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.