Ağcabədidə qanvermə aksiyası keçirilib
Ağcabədi rayonunda hər il olduğu kimi ənənəvi olaraq bu il də qanvermə aksiyası həyata keçirilib. Növbəti belə bir aksiya mayın 15-də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında baş tutub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Ağcabədi Rayon İcra Hakimiyyəti və Ağcabədi rayon Mərkəzi Xəstəxanası Publik Şəxsin birgə təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasına rayonun idarə, müəssisə, təşkilat kollektivləri və rayon sakinləri qatılıblar. Aksiyanın məqsədi həmişə olduğu kimi talassimiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək olub.
Qan vermək üçün aksiyaya qoşulan insanlar əvvəlcə Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqlarının nəzarəti ilə ilkin tibbi laborator müayinədən keçiblər. Burada qan vermək istəyən hər kəsin qanının tərkibi, hommoqlobin göstəriciləri təyin edilib, qan təzyiqi yoxlanılıb. Yalnız bundan sonra müəyyən olunmuş palatalarda Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən insanlardan qan götürülüb. Aksiyada iştirak edənlər belə xeyirxah və humanist addımı yüksək qiymətləndiblər. Bir daha qeyd etmək yerinə düşər ki, tədarük olunan qan və ondan hazırlanan pereparatlar hemofiliyalı, talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Aksiyada iştirak edən donorlar daha sonra çayla və şirniyyatlarla təmin olunublar.
Qeyd edək ki, il ərzində həyata keçirilən belə qanvermə aksiyalarının bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.