Smartfonlardan radioaktiv şüalanma artacaq
"Stocklytics"in mütəxəssisləri gələcəkdə smartfonların sağlamlığa daha çox zərər verəcəyini bildiriblər.
Tədqiqat müəlliflərinin proqnozuna görə, texnologiyanın inkişafı ilə smartfonlardan gələn radioaktiv şüalanma daim artacaq - onlar insanlar üçün əsas şüalanma mənbəyinə çevriləcək. Mütəxəssislər qeyd ediblər ki, 2G, 3G və 4G tezliklərində işləyərkən qurğular təxminən 0,7-2,7 giqahers tutur. 5G-nin meydana çıxması ilə smartfonlar daha geniş spektri 80 giqagers-ə qədər tutdu.
"Tezliyin əhəmiyyətli dərəcədə artması radiasiya səviyyəsinin daha da yüksək olması ehtimalı ilə bağlı narahatlıqları artırır", - hesabatda deyilir.
Materialda həmçinin radioaktiv şüalanma səviyyəsi və ya orqanizmin radiotezlik enerjisini udma sürətini təyin edən xüsusi udma dərəcəsi (SAR) ilə seçilən telefonların siyahısı verilmişdir. Reytinqin lideri hər kiloqram üçün 1,75 vatt SAR alan Xiaomi Mi A1 olub.
Stocklytics analitiki Edith Reeds, "Smartfon istehsalçıları həddindən artıq radiasiyaya məruz qalma ilə bağlı riskləri azaltmaq üçün cihaz dizaynını təkmilləşdirməlidirlər" deyib.
Oktyabrın sonunda Fransa hakimiyyəti "Apple"a iPhone 12-nin bütün ölkə üzrə satışını bərpa etməyə icazə verdi. Əvvəllər elektromaqnit şüalanmasının artması səbəbindən smartfonların satışı qadağan edilmişdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.