Hümbət Quliyev:
Gülümsəmək qabiliyyəti haqqında
(esse)
Allah insanı yaradıb qurtarandan sonra öz yaratdığına gülümsədi. Yaradılışdan O, ilk dəfə idi ki, gülümsünürdü. Kainatı yaradandan gülümsəməyə elə bir səbəb də olmamışdı.
O, özündən ruh verdiyi, bu səbəbdən də onun gələcəkdə Allahlıq iddiasına düşəcəyini bildiyindən gülümsəmişdi. Amma dəqiq də bilirdi ki, insanların arasında elələri də olacaq ki, Allahlıq iddialarına düşənlərə təəccüblənəcəklər.
İstədi ki, məhz belə insanlara dəstək olaraq özünün gülümsəmək bacarığını da insanlara versin. Allahlıq iddiasına düşənlərə gülümsəməkdən savayı daha nə hisslə yanaşmaq olar ki?
Belə də etdi, yaratdıqlarının əşrəfinə son hədiyyə olaraq gülümsəmək bacarığı verdi…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.