Belçika Kiyevə 100 milyon avro ayırdı
Belçika hökuməti Danimarkanın başçılıq etdiyi koalisiyanın tərkibində krallığın Kiyevə tədarük etmək niyyətində olduğu F-16 təyyarələrinə texniki qulluq üçün 100 milyon avro ayırıb.
Bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder məlumat verib.
"Nazirlər Şurası [Belçikanın] Ukraynaya 25-ci hərbi yardım paketini təsdiqləyib: 100 milyon avro, beynəlxalq koalisiya çərçivəsində F-16 təyyarələrinə texniki xidmət və dəstək üçün ayrılacaq", - o X hesabında yazıb.
Nazir dəqiqləşdirməyib ki, bu pullar Kiyevə köçürüləcək, yoxsa təyyarənin texniki xidmətini öz üzərinə götürəcək Belçika subpodratçılarına göndəriləcək.
Danimarka koalisiyasının tərkibində Belçika Kiyevi iki F-16 təyyarəsi ilə təmin etmək niyyətindədir. Hazırda belçikalı pilotlar Danimarkadakı təlim mərkəzində ukraynalı pilotların təlimində iştirak edirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.