Telegram 256 000-dən çox qadağan olunmuş materialı SİLDİ
Məşhur Telegram messencerinin administrasiyası Roskomnadzorun tələbi ilə Rusiya Federasiyasında qadağan olunmuş materialları mütəmadi olaraq silir.
Rusiya agentliyi 2021-ci ildən Telegram-ın 256 mindən çox qanunsuz materialı sildiyini bildirib. Roskomnadzor həmçinin bildirib ki, messencer administrasiyası terror xarakterli Telegram kanallarını dərhal bloklayır. Belə kanallar əhalini qorxutmaq üçün yaradılır. Son iki gündə 11 belə kanala çıxış məhdudlaşdırılıb. Bundan bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Telegram"ın qurucusu Pavel Durovu messenceri daha yaxından izləməyə çağırmışdı, çünki o, getdikcə terrorçuların əlində alətə çevrilir. Peskov onu da əlavə edib ki, buna baxmayaraq, Rusiyada hələ heç kim "Telegram"ı bloklamaq fikrində deyil. Telegram 2013-cü ildə rusiyalı proqramçı və sahibkar Pavel Durov tərəfindən yaradılan dünyanın ən məşhur ani mesajlaşma proqramlarından biridir. Xidmətdən ayda 900-dən çox insan istifadə edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.