Fəridə Aslanova:
Eqoist anaların "şah əsər"ləri...
Həmyaşlarına yuxarıdan aşağı baxan, yetənə yetib, yetməyənə bir daş atan uşaqlar eqoist anaların "şah əsər"ləridir.
Günay İlqarqızı:
Dünən eyvandan baxıram, görürəm bir oğlan oğlumu vurmağa cəhd edir. Onu da deyim ki, oğlum çox nadir halda həyətə düşər və də dalaşqan deyil. Bu isə ancaq özünü müdafiə edir. Uşaq bundan balacadır, bu qəti əl qaldırmır, hücum eləmir, eləcə müdafiə edir. Uşaqlar da ayırmağa çalışır. Bir 15 dəqiqə izlədim. Gördüm bu uşaq əl çəkmir, mənimki də aqressivləşsə o biri qarşısında dayana bilməyəcək. Çağırdım evə. Deyirəm ki, bayaqdan izləyirəm, sən ona heç nə etmirsən, eləcə qorunursan. Deyir, mən ona niyə nəsə edim ki, o məndən balacadıree, hələ 9 yaşı olmayıb.(oğlumun 10 yaşı bu ay oldu). Həmdə boydan balacadır, bu doğru deyil. Amma o uşaq arxadan oğluma nəsə dedi, mən ana kimi dözməyib cavab verdim. Oğlum da deyir ana, sən niyə fikir verirsən. ))) İndi bilmədim, oğlumu belə böyütməklə düz yoldayam, ya yox. Ya sabah o hər şeydə doğruluq, ədalət axtarsa...
Fəridə Aslanova Rüstəmova:
Uşaqlara deyirəm ki, istənilən halda münaqişədən qaçın. Sinir sisteminizi qoruyun.
Düzdür, elə uşaqlar var ki, qaşınmayan yerdən qan çıxarır.
O baxımdan da bizimkilərə deyirəm ki, kimisə yaxşılığa doğru dəyişmək iqtidarında olmadığınızı hiss edirsinizsə, ondan uzaqlaşın.
İndiki uşaqlar od-alovdu. Hamısı da baxdıqları gərginlik yaradan multfilmlərin, internet oyunlarının nəticəsidir.
Bəzi uşaqlar hətta çox qəddar olublar.
Эльмира Байрамова:
Əslində oğlan uşaqları özlərini müdafiə etməyi bacarmalıdırlar,yəni vuruşmağı bacarmalıdırlar,yoxsa elə bilərlər qorxaqdır və həmişə onu gözümçıxdıya salarlar.....nəinki özünü,lazım olduqda yanındakı dostunu da (əgər dostu qızdırsa) müdafiə edə bilməlidir.
Anar Namiqoğlu Musiqiçi:
Ailədə artıqlamasıyca tərbiye görən uşaqlar varki çöldə şeytan olurlar evdən dizinden don geyib evden çıxan kimi ağacın araxasında, yada məktəb ayaq yolusunda yupqanı dizdən yuxarı qaldıran qızcığazlar kimi hər şeyi valideyn üzərinə atmayın özünde bir vaıdeynsən bir şekil götürüb rəy bəyəni xatirinə kimlərinsə haqqına girməyin!!!!
Чейхун Курбанов:
Mən həmişə demişəm kim özün kollektiv arasında, işdə, iş yoldaşları arasında necə aparır,onun ailəsində də ona qarşı belə davranırlar. O da işdə öz ailəsinin dublkatını nümayiş etdirir.
QEYD. Sarı fonda verilən başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.