17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Mədəniyyət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Mədəniyyət REDAKTORUN SEÇİMİ

Faiq İsmayılov: Dünya xalqlarının bahar bayramları

1 il əvvəl 843 01

Faiq İsmayılov:

Dünya xalqlarının bahar bayramları

Dünyanın bütün  xalqlarında baharın gəlişi yaz-tarla işlərinə başlanması münasibəti ilə  şənliklər keçirilir bayram süfrələri açılır, bayram qeyd edilir. Bahar bayramının adı müxtəlif xalqların dilində müxtəlif formalarda səsləndirilsədə eyni məzmun və məna daşıyır. Məsələn Rusiyada –Pasxa- Maslennitsa. Hindistanda- Xolu. Çuvaşiyada- Akatuy. Udmurtiyada -Qerber. Monqolustanda- Tsaqan-sar. Tatarstanda-Sabantuy, Bolqarıstanda- Kukers. Sloveniyada -Kukerti. Çexiyada -Voraçki. Ukraynada -Malakanda, Moldaviyada -Puluquşorul və s.
Bahar bayramı çox qədim zamanlarda yaranıb əkinçilərin və maldarların yaz-tarla işlərinə başlamaları ilə bağlı olub. Qış ayları bitdikdən sonra, dünya xalqları arasında bol məhsul əldə etmək üçün, yaz tarla işlərinin başlamasının təntənəli şəkildə qeyd olunması  ilə bağlı olmuşdur.
Bəzi xalqlarda ilk şum şırımının açılması təntənəsi bayram kimi icra olunub. Çində, Taylandda, Dağıstanda ilk şum şırımı  bayramı xüsusi təntənə ilə bayram edilib. İlk şum şırımı  ilk əvvəl  obanın ağsaqqalı tərəfindən həyata keçirilib, sonra bu fəaliyyəti  gənclər davam etdirir və ilk şuş şırımı bayram kimi qeyd olunmağa başlayırdı.

Dağıstanda ilk şum (bahar) bayramı

Qədim Misir, Avropa və Asiyanın məhsul bayramları,  burada yaşayan  xalqların və dinlərin fərqli olmasına baxmayaraq  ümumi  bir qədim ənənənin varisləridir. Qədim insanlar üçün ilin əsas bayramı yaz dövrünə təsadüf edirdi və yeni ilin başlanması kimi qeyd olunurdu. Daha çox maraq kəsb edən məsələlərdən biri odurki,  qədim  adət-ənənələrin bir çox elementləri tamamilə fərqli xalqlar arasında üst-üstə düşür. Bayram ənənələri dinlərin və xalqların fərqli olmasına baxmayaraq uyğunluq təşkil edir.

Qədim zamanlarda məhsuldarlıq, torpaq, yağış və külək tanrılarına bağlı olduğu düşünülsədə, İnsan həyatının inkişafında Suvarma sistemlərinin yaranması ilə əkinçiliyin genişləndirilməsi   iribuynuzlu mal-qaranın əhliləşdirilməsi də böyük əhəmiyyət kəsb edirdi. Şumlamada istifadə olunan  yararlı ev heyvanlarının yetişdirilməsi,  həm də maldarlığın inkişaf etdirilməsinə səbəb olmuşdu.
Arxeoloji, ikonoqrafik və qismən yazılı mənbələr göstərir ki, əkinçilikdə ev heyvanlarının  gücündən istifadə edilməsi eramızdan əvvəl Mesopotamiyada və Nil vadisində IV minilliyin sonu - III minilliyin əvvəllərində istifadə olunmağa başlanmışdı. Hər il sdə əkinçiliyin başlanmasının ilk günü bayram kimi qeyd edilirdi.

Sonradan bu texnologiya tədricən Qərbdən Şərqə, Qərbi və Orta Asiyadan keçərək Şimali Hindistana və hətta daha da irəliyə gedərək Şimali Çinə yayıldı, burada Sarı çay hövzəsində eramızdan əvvəl  I minillikdə qeyd edildi. e.  Amerikanın yerli hindu əhalisi avropalılar gələnə qədər heç vaxt əkinçiliklə  məşğul olmamışdılar.

Fərqanə Saymalı-Daş vadisində tapılan, tunc dövrünə aid araba və arabaların qayaüstü təsvirləri.

Novruz- Azərbaycan xalqının bahar bayramı

Novruz bayramı mart ayının 21-də günəş astranomik təqviminə görə yeni ilin başlanması Dövlət tədbiri kimi İran, Əfqanıstan,Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Albaniya, Qırğızıstan, Makedoniya, Türkiyə, Qazaxstan, Dağıstan, Tatarıstan, Başqırdıstan və digər regionlarında rəsmi şəkildə qeyd edilir. Elmi araşdırmalar Novruz bayramının yaranmasını Zərdüşt peyğəmbərin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.

Təbiətin, həyatın oyanmasını bir çox xalqlar Novruz bayramı ilə qeyd edirlər. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" — meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.

Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: "Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətda ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşardılar.

Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi". Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleari hələ 1637-ci ildə yazırdı: "Münəccim (astroloq) tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı".

Azərbaycanda əyirdək, Kalmıkiyada  bahar bayramı mərasimində ritual çörəklərin forması təbiətcə zoomorfdur və həm Dağıstan çörəklərə oxşardır.

Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da "S" hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.
Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan". Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü - yaz, ikincini - yay, üçüncünü - payız, dördüncü gününü isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu.

Sabantuy-Tatar xalqının ilk şum (bahar) bayramı

Sabantuy tatar xalqının mənşəcə  bahar bayramıdır. Sabantuyda ənənəvi əyləncə iştirakçıların şaquli dirəyə dırmaşma yarışı keçirirlər. Yarış iştirakçıları  qollarını və ayaqlarını dirəyə sarıyaraq, bütün bədənləri ilə ağaca sarılaraq   kimin daha tez ağacın zirvəsinə qalxa biləcəyini öyrənmək üçün yarışdılar.  Bayramda şaquli basdırılan sütun, rəngli bayraqlar və ya lentlərlə bəzədilir.

Akatuy- Çuvaş xalqının bahar bayramı

Akatuy bayramını Çuvaş xalqı yaz-tarla işlərinin başlaması günü qeyd edirlər. Bu bayram özündə bir sıra təntənəli mərasimləri birləşdirir. Köhnə Çuvaş həyat tərzində Akatuy bayramı yaz tarla işləri başlayanda başlanır və yazlıq bitkilərin əkilməsi bitdikdən sonra başa çatırdı. Bayrama hazırlaşanlar   qohum-qonşuya  xəbər edər, kiçik daxmalarda masa üzərində zəngin süfrə düzəldirlər. Süfrənin (masanın) ortasına xüsusi naxışlı dəsmalın üzərinə çörək və dairəvi pendir olan qab qoyurlar.

Gerber – Udmurt xalqının bahar (şum) bayramı

"Gerba" sözü, "böyümək, yaşıllaşmaq" mənasını verir. Torpaq oyanan vaxtı Udmurtların inancına görə yaşıllıqları məhv etmək, meşədə ağacları qırmaq, budaqların tumurcuqlarını əzməyi günah hesab edərdilər.

Udmurt inancına görə Gerber gəldiyi vaxt səmavi rütubətin məşuqəsi İnvozho-muma göydən enib otların içinə yerləşirdi ki, məhsul bol olsun ona görə məhsul yığımına qədər bitkilərə toxunmaq olmazdı.

İsıx- Yakut xalqının bahar bayramı

Yakutiyada iyun ayının 20-də “İsıx” adlı bahar bayramı yəni yazın gəlişi qeyd olunur. Bayramdan üç gün öncə əhali ayın 20-də günəşin çıxmasını görmək üçün meşəyə çadırlarda yaşamağa köçürlər. Ticarətçilər öz satlıq mallarını səyyar çadırlarda yerləşdirir alverlərini səyyar çadırlarda edirlər. Əhali bayram libasında gəzir, deyir - gülür, yeyir-içir şənlənirlər.

Kiçik meydanlarda musiqiçilər folklor musiqiləri və mahnıları ifa edirlər. İsıxda heyvan içalatı farş edilib müxtəlif ədviyyalar vurulur inəyin bağarsağına doldurulur hər metrdən bir iplə bağlanır sonra böyük qazanlara yığaraq qazanı suyla doldurub qaynadırlar. Yemək hazır olanda ətlə dolu bağarsaları qazandan çıxarıb kiçik hissələrə bölərək paylaşaraq yeyir üstündən kımıs içirlər. Hər kəs üzü şərqə tərəf dayanıb günəşin çıxma anını səbirsizliklə gözləyirlər.

Yakutyada günəşin doğulmasının qarşılanması önəmli mərasim hesab olunur.  Günəş üfüqdən boylanarkən hamı əlini qaldırıb dua edir, arzularını bildirir, uşaqlar çığırışaraq səs salırlar. Şamanlar dəf çalaraq ucadan oxuyur, ilin bərəkətli olması üçün dualar edirlər.

Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına Tarix və Etimologiya İnstitunun əməkdaşı

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

John Doe 1 gün əvvəl

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

John Doe 5 gün əvvəl

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

John Doe 2 həftə əvvəl

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

John Doe 2 həftə əvvəl

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

John Doe 2 həftə əvvəl

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com