Osman Gündüz:
Azərbaycan Göydə gedən mübarizədə uğur qazanıb
Məlumdur ki, Yerdə olduğu kimi, Göydə də resursların bölüşdürülməsi uğrunda ölkələr arasında amansız mübarizə gedir. Gecikənlərə və ləngiyənlərə bu kosmik resursdan pay düşmür.
Kosmosda hansısa resursu, adi bir tezlik diapazonunu əldə edən ölkə öz peyklərini ardıcıl olaraq orbitə qaldırmaqla və digər tərəfə müqavilə əsasında istifadəyə verməklə resursu özündə saxlayır.
10 il öncə Azərbaycan öz peykini ilk dəfə orbitə qaldıranda artıq, necə deyərlər kosmosda “yerlər” tutulmuşdu. Ona görə də Azərbaycan Malayziya ilə müqavilə bağlayaraq onlara məxsus olan tezlik resurslarından istifadə edirdi.
Yəni bizim peykimiz, anlaşıqlı desək kosmosda Malayziyanın “yolu” ilə dövr edirdi.
Azərkosmos məlumat verib ki , son 3-4 il ərzində kosmos ailəsinə daxil olan ölkələrlə və təşkilatlarla aparılan işlər nəticəsində artıq bu kosmik resursun Azərbaycana verilməsi məsələsi həll edilib. Beynəlxalq Telekommunikasiya İttifaqı bu tezlik resursunu Azərbaycanın adına rəsmiləşdirib.
Düşünürəm ki, Azərbaycanın bu strateji kosmik resursa sahib olması milli maraqlarımız baxımından olduqca əhəmiyyətlidir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.