Arayik Arutyunyan əvvəllər işğal olunmuş ərazilərində qəbiristanlıqların dağıdılmasını vəhşilik adlandırıb
Bakı Hərbi Məhkəməsində davam edən prosesdə dövlət ittihamçılarının suallarını cavablandıran Arayik Arutyunyanın iştirakı ilə videogörüntülər təqdim olunub.
Görüntülərdə təqsirləndirilən şəxsin Samvel Karapetyanla tankın üstündə oturaraq durbinlə ərazini müşahidə etməsi əks olunub.
Dövlət ittihamını dəstəkləyən prokurorların suallarını cavablandıran Arutyunyan videogörüntülərdəki ifadələrini yalan adlandıraraq, bu fikirləri qardaşının adından səsləndirdiyini bildirib.
Güllücə kəndinin alınması ilə bağlı videodakı ifadələrinə gəlincə, o, deyib: “Güllücaya daxil olduğumuzu deyəndə 8-ci alayını nəzərdə tuturdum”.
Arayik Arutyunyan məhkəmə zamanı nümayiş etdirilən bəzi fotoşəkillərdə özünü tanıyıb. Fotoşəkillərin əksəriyyətində o, hərbi geyimdə göstərilir.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxslərə BMT qətnamələrinin niyə icra olunmaması ilə bağlı suallar verib.
Arutyunyan belə cavab verib: "Bu məsələ ilə bağlı qərar var idi. Amma niyə icra olunmadı, bilmirəm. Mən Levon Ter-Petrosyanla da görüşdüm. Başa düşdüm ki, yekdillik yoxdur".
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran təqsirləndirilən şəxs 2018-2019-cu illərdə Ermənistanla keçmiş özünü elan etmiş qurum arasında keçirilən iki görüşdən birində iştirak etdiyini bildirib və əlavə edib: “2020-ci ilin mayında mən “prezident” postunu tutdum”. İyun ayında mən Ermənistanın baş naziri Nikol Paşinyana müşavirə çağırmağı xahiş etdim. Mən istəyirdim ki, Azərbaycanla danışıqlar aparılsın, yekun razılıq əldə olunsun. Həmin söhbətdə BMT-nin dörd qətnaməsinə də toxunulub”.
Dövlət ittihamçısı Vüsal Əliyevin Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinin talan edilməsi ilə bağlı sualını cavablandıran Arutyunyan qəbiristanlıqların dağıdılmasını vəhşilik adlandırıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.