Mədəniyyət Nazirliyi şəhidlər haqqında tədbirlərin keçirilməsinə DƏSTƏK OLMUR
Mən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şairə Esmira Günəş şəhidlər haqqında 26 kitabın müəllifiyəm. Qeyd edim ki, kitabların nəşrində Mədəniyyət Nazirliyinin dəstəyini görmədiyim kimi təqdimatlarının keçirilməsində də dəstək görmürəm. Hətta kitab təqdimatlarım şəhidlərimizin xatirəsinə həse olunduğundan dəfələrlə mədəniyyət idarələri məndən ödəniş tələb edib və ya nazirlikdən icazə gətirməyimi bildiriblər. Nazirliyin əməkdaşları isə tədbirimin şəhidlərimizin xatirəsinə həsr olunduğunu bildikləri halda, qəsdən cavab göndərmir və ya məktubuma cavab olaraq hər dəfə məndən kitab istəyirlər.
Halbuki, kitablarım Mədəniyyət Nazirliyinin fondunda var.
Hər dəfə Mədəniyyət Nazirliyinin qaynar xəttinə düşmək üçün saatlarla xətdə gözlədirlər. Zəngin hər dəqiqəsi də balansdan çıxılır.
Biz şikayətimizi kimə edək. Niyə Mədəniyyət Nazirliyində çalışanlar şəhid analarına mənəvi dəstək olmaqdansa, onların qəlbini qırırlar?
Niyə tariximizi yazan şəhidləri tarixdə yaşatmağa çalışan şairləri ruhdan salırlar?
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.