17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. Mədəniyyət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Siyasət Mədəniyyət REDAKTORUN SEÇİMİ

Faiq İsmayılov:  Tat-evi monastırının qaranlıq tarixi...

3 həftə əvvəl 65 01

Faiq İsmayılov:

Tat-evi monastırının qaranlıq tarixi...

“Böyük Tatev” adlandırdılan Tat-evi, Alban monastrının birinci binası Qərbi Azərbaycanın Zəngəzur regionunun Gorus rayonu ərazisində IV-VI əsrlərdə  Bazarçay dərəsinin sağ sahilində kolluq və meşəlik olan dağətəyi  ərazidə yerləşir.
Tat-evi monastırı Qərbi Azərbaycanın cənub-şərqində, Qərbi Zəngəzur vilayətinin, Gorus və Laçın şəhərləri yaxınlığında yerləşir. Bu ərazidə yaşayış hələ xristianlıqdan əvvəl mövcud olmuşdur. IV əsrdə bölgədə xristianlığın yayılması bu əraziyə də təsir etdi, beləki burada bir alban kilsəsi tikildi. Bu kilsə IX əsrdə Alban Xaçen Knyazlığı tərəfindən Tat-evi yepiskop qərargahı elan edildikdən sonra, burada Monastr tipli böyük bir dini mərkəz tikildi.

Monastr fəaliyyətə başladıqdan sonra Tat-evinin müstəqilliyi elan edildi və bu Tat-evinin bölhədə iqtisadi və siyasi əhəmiyyətinin artmasına səbəb oldu. Tat-evi monastırının tabeliyinə 47 kənd verildı və əlavə olaraq 677 kənddən də vergi alınması monastra tövsiyyə edildi.

Abidə dəqiq tədqiq olunmadığından onun haqqında hələlik nağıl və rəvayətlərdə  verilən məlumatlar və azsaylı arxiv materialları ilə kifayətlənməli oluruq. Məbədin adının türk dilində etimologiyasına görə ad "tat" və "ev" sözlərindən ibarətdir. Tat sözü Azərbaycanda qədim dövrlərdən burada yaşayan türklərə aid edilməklə yanaşı, "tat ev" ifadəsi "tatların yaşadığı yer", “Böyük ev”  anlamında  işlədilir.
Azərbaycandakı tat mənşəli əhali haqqında Orxon-Yenisey abidələrində,“Dədə Qorqud” dastanında (VII əsr), Ruminin əsərlərində (XIII əsr) rast gəlinir. Azərbaycan ərazisində, “Tat” sözünə həm qədim yazılı mənbələrdə, həm də qədim xalq mahnılarında, atalar sözlərində, zərbül-məsələlərdə rast gəlinir. Beləliklə bu söz Azərbaycanın həm şifahi xalq ədəbiyyatında, həm də yazılı mənbələrində yaşayaraq dövrümüzə qədər gəlib çatmışdır.

A. Bakıxanovun və başqa tədqiqatçıların fikrinə görə tatların əcdadları Azərbaycana 4-6 əsrlərdə Sasani şahları tərəfindən köçürülüb. Tatların ənənəvi məşğuliyyəti əkinçilik və bağçılıq olub. Bu əhali arasında xalçaçılıq sənəti geniş yayıldığı bildirilir. Ailə-məişət münasibətləri təxminən azərbaycanlılarda olduğu kimi dəyərləndirilir.
Qərbi və Şrqi zəngəzur regionlarında tat sözü ilə bağlı yer adlarına çox rast gəlinir. Məsələn Laçın şəhəri yaxınlığında “tat dərəsi”, Gorus şəhəri yaxınlığında “tat-evi” və s. Misal göstərmək olar. Rus etnoqraf-alimləri: M.N.Qubuqlo və Y.V.Simçenko belə hesab ediblər ki, “tat” sözü türk mənşəli söz olub, oturaq həyat tərzi keçirən qeyri-türk əhaliyə verilən addır və sonralar bu söz etnik ada çevrilmişdir.

Tat-evi monastrının yaranması haqqında məlumatların azlığı onun tarixi haqqında müəmma yaradır. Rəvayətə görə monastır, Həvari Müqəddəs Faddeyin bölgədə xristianlığı təbliğ edərkən  həlak olmuş şagirdlərindən birinin şərəfinə Tat-evi adlandırılmışdır.  Başqa bir rəvayətə görə  monastır kompleksinə daxil olan məbəd binasının inşası  tamamlandıqdan sonra memarın şagirdlərindən birinin  binanın qübbəsindən aşağı yıxılarkən dilindən “ta tev”  nidasının səslənməsi, onun ölümündən sonra kompleksin Tat-ev adlandırılmışdır. Bütün bunlar hamısı Tat-evi Monastrı haqqındakı ehtimallar, rəvayətlərdir.
Tez-tez zəlzələlər nəticəsində baş verən dağıntılar monastrın uzun illər sonra mövcud olduğu ərazidən Tatev kəndi yaxınlığına  köçürülməsini zəruri etdi. IX əsrdə monastr Tatev  kəndi yaxınlığındakı sıldırım qayaların zirvəsinə daha təhlükəsiz bir əraziyə köçürülməsinə başlandı. Yeni Tat-evi monastrının tikintisi zamanı, köhnə monastr memarlığının ənənələri olduğu kimi qorunub saxlandı.
Ətrafı mühafizə divarları ilə əhatə olunmuş Tat-evi monastır kompleksinə üç  məbəd (Müqəddəs Pavel və Pyotr məbədləri, Müqəddəs Qriqori məbədi, Müqəddəs Məryəm məbədi) və digər kiçik yardımçı  binalar daxildir.
Müqəddəs Pavel və Pyotr məbədi 895-906-cı illərdə inşa edilmişdir. 1043-cü ildə məbədin cənub divarına bitişik tağlı zal inşa edilmişdi. 1087-ci ildə kompleksin mühafizə divarının şimal tərəfində Müqəddəs Məryəm məbədi inşa olunmuşdu.  1787-ci ildə Müqəddəs Qriqori məbədinin qərb divarı yaxınlığında   mavzoley inşa edilmiş, XIX əsrdə isə Müqəddəs Pavel və Pyotr  məbədinin qərbində zəng qülləsi inşa edilmiş və mavzoleyə vestibül əlavə olunmuşdur.
Monastr Kompleksi Qavazan kimi tanınan sütuna da malikdir. Bu sütun X əsrdə Müqəddəs Pavel və Pyotr kilsəsinin inşasının tamamlanmasından sonra ucaldılmış və müxtəlif zəlzələlər və hücumlara baxmayaraq toxunulmaz qalmışdır.

Memarlıq xüsusiyyətləri

Tatev kəndi yaxınlığında yeni tikilən Monastr Kompleksində, köhnə monastrda istifadə olunan dzayn və memarlıq quruluşuna görə heç də köhnədən fərqlənməyən formada tikildi.

Bütün bu deyilənlərdən başqa monastır kompleksində, Qavazan kimi tanınan məhşur sütunun da inşaası mükəmməl tamamlandı. Bu sütun köhnə monastrın həyətində X əsrdə Müqəddəs Pavel və Pyotr kilsəsinin inşasının tamamlanmasından sonra ucaldılmış və rəvayətə görə müxtəlif zəlzələlərin baş verəcəyini qabağa əyilərək xəbər verirmiş. Yeni kompleksin tikintisində inzibati və digər binalarla yanaşı kompleksin cənub, qərb və şimal tərəflərini əhatə edən qala divarları inşa edildi.
XVIII əsrdə isə kompleksdə yepiskop iqamətgahı, rahib hücrələri, yeməkxana binası, mətbəx, çörəkxana əlavə edilmişdir. Alban maarifçilik ənənələrini təbliğ etmək üçün, qala divarlarının yanında üzəri tağlı tavanlarla örtülmüş on altı sinif otağı inşa olunmuşdu.

Qavazan sütunu 1893-cü il

Monastırın qala divarlarından, şimal-şərqdə zeytun yağı istehsal etmək üçün dəyirman quraşdırılmışdır. Həmin qurğu dörd istehsal otağından ibarətdir ki, onların da ikisi qübbəli formada tikilmiş saxlama kameraları, ikisi isə tağlı tavanlı istehsal otaqlarıdır. Bu dəyirman Cənubi Qafqazda dövrümüzə qədər gəlib çatmış ən  mükəmməl zeytun yağı mıxaran dəyirmanlardan birdir.

Zeytun yağı dəyirmanının istehsal otağı

Hər iki Tat-evi monastırlarının memarlıq quruluşu memarlıq baxımından orta əsr alban memarlığının tipik nümunələri hesab olunurlar.

Müqəddəs Qriqori Məbədi.

Müqəddəs Qriqori məbədi, Müqəddəs Pavel və Pyotr kafedralının cənub divarının yanında inşa edilmişdir. Kilsə 836-848-ci illərdə tikilmişdi. XI əsrdə Səlcuqluların yürüşündən sonra kilsə bərpa edilsə də, 1138-ci il zəlzələsi zamanı yenidən dağılmışdı. Bir əsrdən artıq xaraba vəziyyətdə qalan kilsə 1295-ci ildə yenidən bərpa edilmişdi.
Müqəddəs Qriqor məbədi sadə memarlıq quruluşuna malikdir. Binanın qübbəsi yoxdur. Şimal və cənub tərəfdən üç sütunla dəstəklənən binanın damı maili kirəmitlərlə örtülmüşdür. Məbədin girişi gözəl həndəsi naxışlarla bəzədilmişdir.

Müqəddəs Məryəm ana məbədi.

Müqəddəs Məryəm ana məbədi (Tanrı anası kilsəsi) kompleksi əhatə edən qala divarlarının şimal tərəfində 1087-ci ildə inşa edilmişdir. Kilsə girişin yanında yerləşən mavzoleyin ikinci mərtəbəsi kimi inşa edilmişdir. Lakin 2000-ci illərdə abidəyə ermənilər tərəfindən müdaxilə edilərək, bərpa qaydalarına uyğun olmayan qaydada divarların üzəri mərmər daşlarla örtülmüşdür.

Qavazan sütunu.

Qavazan adlandırılan və kompleksin həyətində ucaldılmış sütun formalı abidə Müqəddəs Üçlüyün şərəfinə inşa edilmişdir. Abidə kafedralın cənubunda yerləşir. Səkkiz metrlik sütun xaç təsvirli daş lövhə ilə tamamlanmışdır. Üzərində çox az naxışı olan yazısız daş inşa olunduğu tarixdən dəyişilməmişdir. Sütunun inşa olunmasında əsas məqsəd aktiv seysmik zonada baş verəcək zəlzələlər haqqında əvvəlcədən məlumat almaq idi. Hər dəfə tərpənişlərdən sonra sütun öz vertikal formasına qayıtdığı iddia olunur.

XII əsrdə Səlcuqluların Cənubi Qafqaza yürüşləri zamanı (1136-cı il)  baş vermiş zəlzələdə monastır kompleksi ciddi dağıntılara məruz qaldı. Zəlzələdən sonra monastr kompleksi demək olar ki yararsız hala düşdü. 1170-ci ildə Monastr kompleksi Səlcuqlar tərəfindən bərpa edildi.
Yarandığı gündən müstəqil fəaliyyət göstərən bu Alban Monastırı feodal quruluşa sahib idi.   Zəngəzur bölgəsinin həyatında mühüm rol oynayan monastır yerli əhali arasında böyük təsir qüvvəsinə malik idi.  Monastr böyük əraziləri və çoxlu kəndləri  ətrafında birləşdirirdi.
Monqolların Azərbaycanda hakimiyyəti dövründə və Hülakülər sülaləsi zamanında monastır kompleksi vergilərdən azad edilmişdi. Teymurun Zəngəzur vilayətinə hücumu (1381-1387) zamanı monastr talanmış və yandırılmış. Teymurun işğalından sonra Tatev monasıtırı tabeliyində olan ərazilərin də böyük bir hissəsini itirmişdi. 1434-cü ildə Teymuri Sultan Şahruxun Azərbaycana yürüşü zamanı Tatev növbəti dəfə yenidən talan olunaraq yandırıldı.
Bütün bu talanlara, zəlzələlərə mətanətlə dözən Tat-evi monastrı öz mövcudluğunu qoruyub saxlaya bildi.  XVII-XVIII əsrlərdə Səfəvilərin hakimiyyəti dövründə Tat-evində  monastır həyatı yenidən canlanmağa başladı. Monastr Tatev kəndi yaxınlığına müstəqil fəaliyyətini yenidən bərpa etdi.
1658-ci ildə baş verən daha bir dəhşətli zəlzələdən sonra dağılıb yararsız hala düşən Tat-evi monastrı,  I Şah Abbasın hərəmxanasında olan bir xristian qadının xahişi ilə  bərpa edilmişdir. Bu hadisə erməni alimlərinin, həmin dövrdə guya bu ərazilərdə erməni dövlətinin olması iddiasını tamam inkar edir. Doğurdan da əgər bu ərazidə hansısa bir erməni dövləti mövcud idisə o zaman Səfəvi Dövlətinin vəsaiti hesabına monastr təmir edilməsi mümkün olmazdı.

Monastır feodalizminə qarşı erməni terroru

1822-ci ildə Qarabağ xanlığının Çar Rusiyasının tərkibinə qatılmasından sonra 1836-cı ildə Müqəddəs Sinod Alban Həvari Kilsəsi kimi Tat-evi Kilsəsinin də müstəqilliyinə son qoyuldu və Tat-evi kilsəsi Erməni Qriqoryan Kilsəsinin yeparxiyalarından birinə çevrilməsi üçün qərar qəbul edildi.
Lakin, Tatev Monastırı fəaliyyətini müstəqil davam etdirdi və Erməni Qriqoryan kilsəsinə tabeçilik göstərmədi. Çünki monastırda 1000-dən çox monax yaşayırdı, həmçinin çoxsaylı kəndlilər monastıra xidmət edirdi. Monastr bu müstəqilliyini itirmək istəmirdi.
Monastr monarxlarının bu etirazından sonra, erməni katolikosu I Ananiya Mokaçi Tat-evi monastrını lənətlədi və  erməni himayəçiliyindən imtina edən üsyankar Tat-evi monastırının dağıdılmasına qərar verdi. 1921-ci ildə ətrafına böyük sayda başıpozuq dəstə toplayan Qaregin Njde Tat-evi monastrına hücum edərək  bütün monarxları güllələdi və monastrı dağıdaraq yararsız hala saldı.
Njdenin hücumu zamanı monastıra ciddi zərər dəydi, Müqəddəs Pavel və Pyotr kilsəsinin gövdəsi çökdürüldü və zəng qülləsi dağıdılldı. Monastrda saxlanan on mindən çox alban dilində yazılan kitab və əlyazmalar məhv edildi.

Monastır kompleksi 1921-ci il. Sonrakı dövrdə kilsənin dağılmış hissələri bərpa edilsə də, zəng qülləsi bu günə kimi dağılmış vəziyyətdə qalır.

1921-ci ilin aprel ayında Qaregin Njde Monastırın əmlakı üzərində Qarakilsə və Qndevaz əraziləri də daxil (Qndevaz və ya Qindıvaz İrəvan quberniyasının Şərur-Dərələz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd) “Dağlıq Ermənistan Respublikası”nın qurulduğunu elan etdi.  Qaragin Njde  Gorus şəhərini “yaratdığı dövlət”in paytaxtı, özünü isə rəhbəri elan etdi.
1921-ci ilin aprel–iyul ayları arasında Azərbaycanı işğal etmiş Rus Ordusu, şimaldan və şərqdən Zəngəzura hücum edərək bölgədə baş qaldıran Qaregin Njdenin terror dəstəsini darmadağın etdi.  Rusların müdaxiləsindən sonra Qaregin Njde və onun dəstəsinin sağ qalan üzvləri İranın Təbriz şəhərinə qaçaraq ölümdən canlarını qurtardılar.
Bu hadisədən sonra Tat-evi kilsəsi yenidən Erməni Qriqoryan Kilsəsindən asılı vəziyyətə düşdü. Lakin rus işğalı dövrü və ondan sonrakı dövrlərdə Tat-evi Monastrında heç bir erməni əsilli adamlar  ibadət etmədi. Hər iki monastr kompleksi əraziyə gələn turistlərin gəzinti və əyləncə yerlərinə çevrildi.
1995-ci ildə Tatev, və onu əhatə edən ərazilər və Urud vadisi UNESCO-nun  mədəni irs siyahısına daxil edildi. 2010-cu ildə bölgədə turizmin inkişaf etdirilməsi məqsədilə Ermənistan Respublikası Tatev monastırını ətraf ərazilər ilə əlaqələndirən 5750 m uzunluğunda  dayanacaqsız iki tərəfli kanat yolu çəkildi.

Faiq ismayılov
Azərbaycanın İşğaldan Azad edilmiş Ərazilərindəri
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
ictimai birliyinin sədri.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

John Doe 20 saat əvvəl

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

John Doe 4 gün əvvəl

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

John Doe 1 həftə əvvəl

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

John Doe 1 həftə əvvəl

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

John Doe 2 həftə əvvəl

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com