Vüsalə Məmmədova:
Bundan sonra o əsrarəngiz torpaqda ancaq sülh olsun!
İTV komandası ilə Kəlbəcər’də film çəkilişlərimizi başa vurub, geri qayıdanda Murovun ətəyində Roza nənənin alaçığına qonaq olmuşduq. Uşaqlarımız samovara od salana qədər mən də şəkil çəkdirmişəm
O vaxtdan da bu şəkli paylaşmamışam…
Bu şəklə baxanda gözlərimdə Başlıbeldə atasının sümüklərini bir körpə kimi qucağına alıb, ehmallıca məzara uzadan oğulun hüznünü görürəm… Yazmaq istəmədiyim, 5 gün ərzində şahidi olduğum, dinlədiyim daha nələri, nələri görürəm…
Kəlbəcərin o qədər kədərli hekayəsi var ki, dostlar… I Qarabağ müharibəsində kəlbəcərlilər də, bu ərazidə xidmət edən hərbçilərimiz də sözün bütün mənalarında əzab çəkiblər… O ağrılar hələ də bu insanların bədənində və ruhunda sızıldayır…
Kaş ki, bundan sonra o əsrarəngiz torpaqda ancaq sülh olsun! Ağrılar yalnız o zaman səngiyər…
Azadlığın mübarək, doğma Kəlbəcər!
Şəhər günün mübarək, əziz Kəlbəcər!
Torpaqlarımızın azadlığı uğrunda Vətən olan oğulların ruhuna sonsuz ehtiramla!
Ordumuza sonsuz minnətdarlıqla!
Son ünvanı Kəlbəcər olan… və taleyindən bu günə qədər də xəbər olmayan bacı-qardaşlarımızın ruhuna sayğılarla!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.