“TikTok”da özünü şair kimi təqdim edən qadının məhkəməsi baş tutub
Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əsgərovanın (Elşadqızı) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Anar Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə əvvəllər seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və cinayət işinin məhkəmə istintaqına verilməsi barədə qərar qəbul edib.
Daha sonra prokuror ittiham hökmünü elan edib. İ.Əsgərova ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Xatırladaq ki, İ.Əsgərova “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə müsabiqələri təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı aparılan tədbirlər çərçivəsində saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham olunub.
Hüquq-mühafizə orqanları aparıcı Azər Zahidi, Rəşad və Emin Abdullayev qardaşlarını və digərlərini də saxlayıb. barələrində həbs-qətimkan tədbiri seçilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.