Pakistan Hindistan ordusunun batalyon qərargahını məhv edib
Pakistan qüvvələri Hindistan ordusunun piyada briqadasının batalyonunun qərargahına hücum edərək komanda məntəqəsini məhv edib.
Bunu İslamabadda keçirdiyi brifinqdə Pakistan Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin direktoru general Əhməd Çauxdri deyib.
Onun sözlərinə görə, Pakistan Kəşmirin Çhatri, Jura və Sarlia rayonlarında Hindistanın bir neçə hərbi postuna zərbələr endirib, həmçinin İslam Respublikası ərazisində hava hücumlarında iştirak edən Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 döyüş təyyarəsini vurub. "Biz heç bir Hindistan təyyarəsinin Pakistanın hava məkanını pozmasına icazə verməmişik, heç bir Pakistan təyyarəsi Hindistan sərhədini pozmayıb", - general əlavə edib.
Öz növbəsində informasiya texnologiyaları naziri Şaza Fatimə Xavaca bildirib ki, Pakistan hakimiyyəti Hindistanın informasiya şəbəkələrinə haker hücumları həyata keçirmək cəhdlərini qeydə alıb və onları uğurla dəf edib. O qeyd edib ki, Pakistan Telekommunikasiya İdarəsi də daxil olmaqla bütün agentliklər tam gücü ilə işləyir və Hindistan kiberhücumları təkrarlayacağı təqdirdə səlahiyyətlilər sayıqdır.
Pakistanın Milli Təhlükəsizlik Şurası bildirib ki, Pakistan Silahlı Qüvvələri Hindistanın təcavüzünə cavab tədbirləri görməyə səlahiyyətlidir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.