Bakıda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi davam edir
Mayın 2-də Bakı Hərbi Məhkəməsində sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən soyqırım və soyqırım qanunlarına qarşı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işlərinə baxılması üzrə açıq məhkəmə iclası davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hakimlər Camal Ramazanov və Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər birinə danışdıqları dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillər ayrılıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmişlərdən bəziləri, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişləri məhkəmənin tərkibi, tərcüməçilər və s. ilə tanış edib, onlara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.