İran limanında ölənlərin sayı kəskin artıb
İranın ölkənin cənubundakı Bəndər Abbas limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 300 nəfərə çatıb.
Bu barədə İran İnternational nəşrində deyilir.
Ölənlər arasında limanda rəsmi qeydiyyatı olmayan əfqanların da olduğu qeyd edilir.
Daha əvvəl azı 70 nəfərin öldüyü bildirilirdi.
Bundan əvvəl İran Məclisinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Bəndər Abbas limanında baş verən partlayışa səbəb kimi təxribat və ya xarici müdaxilə nəzəriyyələrini rədd etmişdi.
İranın ali dini lideri Əli Xamenei hadisə ilə bağlı hərtərəfli təhqiqatın aparılmasını və səhlənkarlığa görə məsuliyyət daşıyanların cəzalandırılmasını istəyib.
Aprelin 26-da Fars körfəzi sahillərində yerləşən Şəhid Rəcai limanında güclü partlayış baş verib. Bəndər Abbas limanı İranın ən böyük limanıdır və tranzit yüklərin böyük hissəsini idarə edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.