NDU-da “2024-2025-ci tədris ilində TEC xətti ilə aparılmış Elmi Tədqiqat İşlərinin bölmə konfransları keçirilib
Naxçıvan Dövlət Universitetinin fakültələrində TEC xətti ilə 2024-2025-ci tədris ilində yerinə yetirilmiş Elmi Tədqiqat İşlərinin bölmə konfransları uğurla davam etdi.
Tələbə tədqiqatları İqtisadiyyat və idarəetmə fakültəsinin 4 kafedrasından biri olaraq, "Beynəlxalq ticarət və menecment" kafedrasının əməkdaşlarının rəhbərliyi ilə yerinə yetirilmişdir. Qeyd edək ki, kafedramızın ştat və saathesabı qaydada olan 18 əməkdaşı tərəfindən 69 tələbəyə rəhbərlik olinmuşdur. Bu, TEC xətti ilə araşdırma aparan tələbələrin sayında bir tədris ili üzrə əvvəlki dövrün göstəricisindən 56.5 faiz artıq olmuşdur. Qeyd edək ki, 2023-2024-cü tədris ilində 11 əməkdaşın rəhbərliyi ilə 30 tələbənin araşdırmaları səmərəli nəticələnmişdir.
Tələbələr günümüzün olduqca aktual mövzularını və regional, milli və beynəlxalq iqtisadiyyat üzrə aktul problemlərini araşdırmalara cəlb edə bilmiş, xüsusilə də, həm işğaldan azad olunan ərazilərin milli iqtisadiyyata, həm də milli iqtisadiyyatın dünya iqtisadiyyatına daha dolğun inteqrasiya olunması proseslərindən ibarət olan mövzuları tamamlamışlar.
Bölmə iclasının sonunda kafedra üzrə ilk üç yer müəyyən olunmuş və onlar elan olunmuşdur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.