Həsən Həsənov:
Novruz türklərin bayramıdır farsların deyil
“Farslar öz Novruzlarını iyun ayından götürdülər, gətirib qoydular mart ayına. Ona qədər bizim bayramımız sadəcə bayram adlanırdı”.
Bu sözləri tarix elmləri doktoru, professor Həsən Həsənov ARB24-ün efirində deyib.
Onun sözlərinə görə, farslarla türklərin bayramı birləşəndən, eyni günə düşəndən sonra Novruz bayramı adlanıb.
H.Həsənov bildirib ki, Novruz bayramının zərdüştlərə və ya farslara aid olması ilə bağlı deyilənlər əsassızdır:
“Zərdüştlər odun üstündən atlanmırlar. Zərdüştlüyə görə odun üstündən atlananlar öləndən sonra cəhənnəmə düşür. Novruz bayramında isə odun üstündən atlanırlar. Bu olara tamamilə yad bir ritualdır. Bayramımızın farslara və ya zərdüştlərə aid olması ilə bağlı sözlər boş söhbətlərdir. Bu tariximizi bilməməkdən irəli gəlir. Bizim özümüzün öz tariximizə qarşı nadanlığımız var”.
AZpresstimes.info Həsən Həsənovun ARB24-ə müsahibəsini təqdim edir:
* * *
@Nirvana491
Bu bayramın nə dinə nə türkçülüyə heç bir aidiyyəti yoxdur.
@mehdillyev4981
NOVRUZ ƏNƏNƏLƏRİ FARSLARIN DEYİL ,TALIŞLARIN VƏ TATLARIN MƏDƏNİYYƏTİDİR.BU BARƏDƏ HEÇ KİM DANIŞMIR.ÇÜNKİ DİL BİLMİRLƏR .İNDİ BU GÖZƏL BAYRAMI KÜLTÜR KİMİ ÇOX XALQLAR QEYD ELİYİR. ONU DA DEYİM Kİ,FARSLAR PƏHLƏVİCƏ DANIŞIR.
@IlqarHüseynov-o9r
Türkiyədə novruz bauramını Kürdlər qeyd edir. Türklər isə uzun illər qadağa etmişdilər bu bayramı. Nevroz Kürd dilində yeni gün deməkdir
@SalamSalam-zb5nm
Atəşpərəst bayramıdır, kökü də qədim dövrlərdən gəlir. Biz erməni deyilik ki,saxta tarix axtarışında olaq
@haceryldz752
Nev yeni demek ruz ya da roz gün demek. Ve bu iki kelime de Farsçadır. Ama ilk kim kutlamış bilemem.
@İlqarSeyidov-g3c
Ərgənəkon, Yeni gün, Oyanış, Qurtuluş bayramı olan "novruz" u Türklər 4662 ildir qeyd edir. Bu Türkün qədim, tarixi bayramıdır. Tarixdən Türkü çıxarsanız, ortada tarix qalmaz... Nə mutlu Türkəm deyənə! Türklük və Müsəlmanlıq ALLAH tərəfindən bizə verilmiş ən böyük şərəfdir!
@ImanBeyeliyev
Bəs elə isə, niyə Türkiyə türkləri keçirmir? Bu, erməni iyini verən danışıqdır. NÜMAYİŞKARLIQ ermənidən gələn xarakterdir. Novruz böyük bir zonada olan xalqların yaz bayramıdır. Bunlar əsaslı sübut deyil. Bəs niyə "novruz" fars sözüdür? Fikir verin ermənilərə. Onlar da düz sizə oxşayır. Ayıbdır. Bu bayram xalqlar qrupuna məxsusdur.
@Natiq-kb1ww
Mən nankor deyirəm, naciz deyirəm. Öz Ana Dilini bilməyənlərə. Tariximizi Milli Dəyərlərimizi Mədəniyyətimizi İncəsənətimizi Adət Ənənələrimizi doğru düzgün şəkildə təltif edib gələcək Nəsillərimizə ötürməliyik. Öz Dilində sözlərin tam mənalarını anlamayanlar başqa Dilin iki sözünü tərcümə edib məna açıqlamasınlar. Əvvəl diqqətlə dinləyib örgənsinlər. Sonra fikirlərini yazsınlar.
@ncmddinhmdov9058
həsən müəllim məntiqli sözlər deyir.novruz bayramının atəşpərəstliklə heç bir əlaqəsi yoxdur.atəşpərəstlikdə od müqəddəs sayılır onu söndürmək,üstünə su səpmək və üstündən attanmaq ən böyük günah iş sayılır. Novruz bayramında isə odun üstündən atlanırlar və məsələn biz kəndimuzdə parçalardan mənşəllər düzəldib fişəng formasında atırdıq. bu bayramı türklər daha təmtəraqlı dövlət səviyyəsində qeyd edirlər və farsların bu bayramı necə sönük keçirdiklərini irandan çəkilmiş canlı videolarda hamı görə bilər.
QEYD. Başlıqlar "YouTube" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.