Mikayıl Rzaquluzadənin 120 illik yubileyi ilə əlaqədar tədbir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Namazov Akademy Kids” Tədris Mərkəzində yazıçı Mikayıl Rzaquluzadənin 120 illik yubileyi ilə əlaqədar tədbir keçirdi.
Uşaq şöbəsinin müdiri Sevil Namazova uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Rzaquluzadənin həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirildi ki, yazıçı müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutmuşdur. Bunlar Vətənə, xalqa, təbiətə məhəbbət, dostluq, sülh ideyalarını tərənnüm və təbliğ edən əsərlərdir. Kitabxana əməkdaşları uşaqlara yazıçının “Dəcəl çəpiş” nağılını oxudular, uşaqlar arasında nağılın müzakirəsi aparıldı.
“Namazov Akademy Kids” Tədris Mərkəzinin direktoru Günel Zeynalova əməkdaşlığa görə M.Ş.Vazeh adına Mərkəzi Kitabxanaya təşəkkürünü bildirdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.