Ermənilərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib
Bu gün hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutub.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmişlərin bəziləri, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Dindirilmənin əvvəlində sədrlik edən təqsirləndirilən şəxslərin hər birindən onlara qarşı irəli sürülən ittihamlar və işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün vacib olan digər hallarla bağlı ifadə vermələrini xahiş edib.
Bu məhkəmə iclasında təqsirləndirilənlər Lyova Mnatsakanyan, Arayik Arutyunyan, Erik Qazaryan və Vasili Beqlaryan sərbəst ifadə veriblər.
Təqsirləndirilən şəxslərin sərbəst ifadə verməyə davam edəcəyi növbəti məhkəmə iclası martın 6-na təyin edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.