Serxio Peres 2026-cı ildə Formula1-ə qayıtmağı hədəfləyir
"Red Bull"dan qovulduqdan ay yarım sonra Serxio Peres Formula 1-ə qayıtmaq üçün danışıqlara başlayıb.
Meksikalı karyerasını 2026-cı ildə bərpa etməyə ümid edir. RacingNews365 mənbələrinin məlumatına görə, 34 yaşlı sürücü Cadillac rəhbərliyi ilə görüş keçirib və tərəflər potensial əməkdaşlığın şərtlərini müzakirə ediblər.
Amerika komandası gələn il Formula 1-də debüt edəcək və dünya çempionatının 11-ci iştirakçısı olacaq. Cadillac ən azı bir təcrübəli sürücü ilə müqavilə imzalamaqda maraqlıdır və Peres bu rol üçün ideal hesab olunur.
Peres Formula 1-də 14 il keçirdi, altı yarış qazandı və 2023-cü ildə vitse-çempion oldu. Bitirdiyi Qran Prilərin sayına görə, 281, meksikalı pilot Qran Pri yarışları tarixində ilk 10 pilot arasındadır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.