26 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

Türk dünyası ölkələrinin dini qurumlarının ilk görüşü Şuşada keçiriləcək

Türk dünyası ölkələrinin dini qurumlarının ilk görüşü Şuşada keçiriləcək

Azərbaycanda karantin rejimi uzadıldı

Azərbaycanda karantin rejimi uzadıldı

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Mədəniyyət
MEDIA DƏSTƏYİMİZ Mədəniyyət

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin 25 illik yubileyi və iki ölkə dostluğuna dair Daşkənddə beynəlxalq konfrans keçirilmişdir +FOTO=7

2 il əvvəl 651 01

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin 25 illik yubileyi və iki ölkə dostluğuna dair Daşkənddə beynəlxalq konfrans keçirilmişdir

1998-ci ildə əsası qoyulan Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti iki ölkə arasında dostluq əlaqələrinin inkişafında daim müsbət xidmətləri olmuş və bu Cəmiyyətin ətrafında çoxsaylı Özbək, Azərbaycanlı xadimlər, ziyalılar toplaşmışlar.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazası əsasında fəaliyyət göstərir və Özbəkistan Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsi nəzdində təşkil olunub.
Dostluq Cəmiyyətinin 25 illik yubileyi münasibəti ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində təşkil olunan “Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi yolunda” adlı konfransda dövlət və hökumət nümayəndələri, deputatlar, Cəmiyyətin, Azərbaycan Mədəniyyət Mərkəzi və Dövlət Pedaqoji Universitetin rəhbərliyi, ictimaiyyət nümayəndələri, Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

İlk öncə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin foyesində təşkil olunan “Dostluğumuz əbədidir” adlı fotosərgi ilə tanışlıq olub. Sərgidə ötən illər ərzində Dostluq Cəmiyyətinin iki ölkə dostluq və əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyəti, keçirilən tədbirlər, reallaşdırılan layihələr öz əksini tapıb.

Tədbiri giriş sözü ilə açan Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqafar Qırğızbayev Özbəkistan-Azərbaycan tarixi dostluğu haqqında danışaraq, bu əlaqələrin bugün strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini söyləyib. O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Universitetin bazasında təşkil olunan Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti iki ölkə arasında dostluğa, əməkdaşlığa daim töhvələr verdiyini qeyd edib və Cəmiyyətin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə reallaşdırdığı işlərin, layihələrin təqdiredici olduğunu vurğulayıb.

Özbəkistan Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin rəhbəri Rüstəm Qurbanov Özbəkistanda bütün millətlərin dinc, qarşılıqlı hörmət, öz adət və ənənələrini, mədəniyyətlərini qoruyub saxlayaraq inkişaf etdirdiyini və ictimai işlərdə aktiv iştirakının təmin edildiyini vurğulayıb. Rüstəm Qurbanov Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətini Özbəkistanda fəaliyyət göstərən bu qəbildən olan cəmiyyətlər arasında ən fəal olduğunu, ölkələrimiz arasında münasibətlərdə Cəmiyyətin də xidmətlərinin olduğunu qeyd edərək,  Cəmiyyət rəhbərliyini 25 illik yubiley münasibəti ilə təbrik edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında münasibətlərin dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində yüksək səviyyəyə çatdırıldığını qeyd edərək, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin Dostluq Cəmiyyəti ilə sıx əməkdaşlığı nəticəsində son 10 il ərzində iki ölkə arasında dostluq və əməkdaşlığa dair yüzlərlə tədbir və layihələrin reallaşdırıldığını qeyd edib.

Samir Abbasov əsl dostun dar və çətin günlərdə tanındığını, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında olarkən və 44 günlük Vətən müharibəsi zamanı Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin daim Azərbaycanın yanında olduğunu, işğalı pisləyən bəyanatlar verdiyini qeyd edərək, Özbək xalqı, dövlətinin həmişə Azərbaycanın haqq işinin dəstəklədiyini bildirib və buna görə öz minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov cəmiyyətin yaranma tarixindən, 25 illik fəaliyyətindən, Özbəkistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində, yeni münasibətlərin, elmi, ədəbi, mədəni əlaqələrin qurulmasında həyata keçirilmiş layihələr, görülmüş işlər haqqında məlumat verib.

Çıxış edən digər qonaqlar - Özbəkistan Ali Məclisinin deputatları Gülbahar Saidqaniyeva və Oydin Abdullayeva, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, dosent Əzizağa Nəcəfov dövlətlərimiz arasında mədəni, ədəbi, elmi əlaqələrdən söz açaraq Cəmiyyətin xalqlarımız arasında dostluq və əməkdaşlıq yolunda gördüyü işlərə və fəaliyyətlərinə nəzər salaraq, görülən işləri yüksək dəyərləndirmişlər. Onlar Türk dünyasının iki aparıcı ölkəsi – Özbəkistan və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, müstəqilliklərinin möhkəmləndirilməsi, dünya dövlətləri arasında nüfuzlarının yüksəlməsinin qürurverici olduğunu qeyd ediblər.

Çıxışlardan sonra Samir Abbasov Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Erkin Nuriddinova üzərində Azərbaycan və Özbəkistan Prezidentlərinin rəsmləri olan Azərbaycan xalçası hədiyyə etdi.

Tədbirdə Dostluq Cəmiyyətinin 25 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələri tərəfindən Azərbaycana, Özbəkistana, eləcə də iki qardaş ölkənin dostluq münasibətlərinə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda, Özbəkistan-Azərbaycan dostluq münasibətlərində xidmətləri olan bir qrup şəxs Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Dövlətlərlə Dostluq Əlaqələri Komitəsi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindin fəxri fərmanlarla təltif edilib, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən isə adıçəkilən qurumlara xatirə hədiyyələri təqdim olunub.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İncəsənət kətana qardaşlıq gətirir: Ankarada Türkiyə-Azərbaycan dostluğunu qeyd edən rəngli toplantı

İncəsənət kətana qardaşlıq gətirir: Ankarada Türkiyə-Azərbaycan dostluğunu qeyd edən rəngli toplantı

John Doe 17 saat əvvəl

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı

John Doe 18 saat əvvəl

"RUHUMUN DAMAN YERİN"dən YÜKSƏLƏN SƏDA (FOTO=122)

"RUHUMUN DAMAN YERİN"dən YÜKSƏLƏN SƏDA (FOTO=122)

John Doe 1 gün əvvəl

Bakıda Hindistanın Səfirliyi Beynəlxalq Yoqa Günü 2026-nı “Sağlam Yaşlanma üçün Yoqa” mövzusu ilə qeyd etdi +FOTOLAR

Bakıda Hindistanın Səfirliyi Beynəlxalq Yoqa Günü 2026-nı “Sağlam Yaşlanma üçün Yoqa” mövzusu ilə qeyd etdi +FOTOLAR

John Doe 3 gün əvvəl

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

John Doe 1 həftə əvvəl

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar

Prezidentlər İlham Əliyev və Sərdar Berd...

23 iyun 2026 19:21:39
• Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib}

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib

23 iyun 2026 19:10:26
• İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar}

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın t...

23 iyun 2026 17:58:22
• Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar}

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliy...

23 iyun 2026 16:56:42
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com