26 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

Türk dünyası ölkələrinin dini qurumlarının ilk görüşü Şuşada keçiriləcək

Türk dünyası ölkələrinin dini qurumlarının ilk görüşü Şuşada keçiriləcək

Azərbaycanda karantin rejimi uzadıldı

Azərbaycanda karantin rejimi uzadıldı

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Mədəniyyət
MEDIA DƏSTƏYİMİZ Mədəniyyət

Əməkdar artistə həsr olunmuş kitabın təqdimatı keçirildi

1 il əvvəl 384 01

Əməkdar artistə həsr olunmuş kitabın təqdimatı keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının əməkdar artisti, müğənni Rəhilə Bəndəliyevaya həsr olunmuş şair, publisist, AYB-nin üzvü Nəsibə İsrafilqızının “Nəğməkar qız” kitabının təqdimatı keçirildi.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ziyalılar və geniş ictimaiyyət nümayəndələri, kitabxananın oxucuları, R.Bəndəliyevanın ailə üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını və qonaqları salamladı.
O, Azərbaycan mədəniyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolunu vurğulayaraq bildirdi ki, XX əsr Azərbaycan mədəniyyət və incəsənətinə görkəmli şəxsiyyətlər bəxş etmişdir: Bülbül və Polad Bülbüloğlu, Xan Şuşinski və Seyid Şuşinski, Rəşid Behbudov və Müslüm Maqomayev, Şövkət Məmmədova və Şövkət Ələkbərova, Hüseyn Ərəblinski və Hüseynqulu Sarabski, Qəmər Almaszadə və Sara Qədimova, Nəsibə Zeynalova və Leyla Bədirbəyli və b. Bu şəxsiyyətlər silsiləsini davam etmək olar, onlar Azərbaycan mədəniyyətinin, incəsənətinin parlaq simalarıdır. Bu şəxsiyyətlərdən biri də əməkdar artist Rəhilə Bəndəliyevadır. Rəhilə xanım XX-XXI əsr Azərbaycan incəsənət tarixinə həkk olunub, onun səhnə mədəniyyəti və ifa tərzi tamaşaçıların ürəklərini fəth edib. O qeyd etdi ki, “Nəğməkar qız” kitabının ön sözünün müəllifi xalq şairi Vahid Əziz, məsləhətçisi xalq şairi Nəriman Həsənzadə, rəyçisi isə akademik Nizami Cəfərovdur.
Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair Qadir Hüseynov Rəhilə Bəndəliyevanı kitabın işıq üzü görməsi münasibəti ilə təbrik etdi və ona həsr etdiyi “Gəl səsinə qurban olum” şeirini söylədi.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, AYB-nin üzvü, Prezident mükafatçısı, YAP Veteranlar Təşkilatının üzvü, həkim və yazıçı Zərifə Quliyeva çıxışında bildirdi ki, harda olmağımızdan asılı olmayaraq milli dəyərlərimizi qorumağa hər birimiz borcluyuq. Rəhilə Bəndəliyeva kimi istedadların önə çıxması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan mədəniyyətini xarici ölkə və təşkilatlara təqdim edir, onun bu sahədə apardığı böyük işlər Azərbaycan mədəniyyətinin inkişafına xidmət edir.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, ustad Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Rəhilə Bəndəliyevanın  sənətinin böyük olduğunu vurğuladı. Onun xalq artisti adını almağa layiq olduğunu bildirdi.
BDU-nun baş müəllimi, AYB-nin üzvü, şair Sona Çərkəz çıxışında bildirdi ki, bizi kövrəldən, qəlbimizdən xəbər verən, içimizi titrədən müğənninin ifasıdır. Xalqımızın sevgisi və alqışı Rəhilə Bəndəliyevanın ən böyük mükafatıdır.
Qazi Ruxsarə Cumayeva bu gözəl günlərimizə görə  şəhidlərimizə borclu olduğumuzu bildirdi. O qeyd etdi ki, hərbi hissələrdə Rəhilə xanımın mahnıları səslənir və bu bizim əsgərlərimizi ruhlandırır.
“Bütöv Azərbaycan” qəzetinin təsiscisi və baş redaktoru, yazıçı-publisist Tamxil Ziyəddinoğlu R.Bəndəliyeva ilə bir sinifdə oxuduğunu bildirdi və qeyd etdi ki, onun istedadı kiçik yaşlarından hamıya bəlli idi.
Xeyriyyəçi, iş adamı Arzu Fərəcova kitabın maraqlı olduğunu bildirdi, müğənniyə yaradıcılıq uğurları arzuladı.
Bəstəkar, Əməkdar mədəniyyət işçisi Rauf Məmmədov “Lalə” qızlar ansamblının təsisçisi və bədii rəhbəri, xalq artisti Ceyran Haşımovanın yorulmaz əməyindən, onun gənc istedadları tanıtması sahəsində gördüyü böyük işlərdən danışdı. O qeyd etdi ki, ansambldakı müğənnilərin hər birinin bir məktəb olduğunu vurğuladı. Sonra o, R.Bəndəliyevanın muğam ifaçılığından söz açdı.
“Vətənim Azərbaycandır” İnformasiya Portalının rəhbəri Kamran Orucov kitabla bağlı fikirlərini söylədi və  R.Bəndəliyevaya Fəxri fərman təqdim etdi.
“Aşıq Pəri Məclisi”nin rəhbəri, aşıq Pərvanə Zəngəzurlu kitabda çap olunmuş el qızına həsr etdiyi şeirini söylədi.
“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qalib Əliyev sənət adamları haqqında yazılan kitabların əhəmiyyətindən danışdı və Ankarada təqdimatı keçirilən “Zəfər tariximizin fatehləri” kitabı haqqında məlumat verdi.
Kitabın müəllifi şair, publisist, AYB-nin üzvü Nəsibə İsrafilqızı R.Bəndəliyeva ilə bağlı xatirələrini bölüşdü, ona yeni yaradıcılıq uğurları arzuladı. O, tədbir iştirakçılarına kitabın ideyasını açıqladı və kitab haqqında qısa məlumat verdi. Nəsibə İsrafilqızı Zəfər mahnıları ifa etdiyinə görə R.Bəndəliyevaya “Zəfər mükafatı”nı təqdim etdi.
Azərbaycan Respublikasının əməkdar artisti Rəhilə Bəndəliyeva kitabın ərsəyə gəlməsində əməyi olanlara, qonaqlara təşəkkürünü bildirdi.
Tədbirin bədii hissəsində əməkdar artistlər Təranə Vəlizadə və Zakir Əliyev, “Aşıq Pəri” Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, aşıq Zülfiyyə İbadova, bəstəkar, bədii rəhbər Esmiralda Hüseynova, müğənni və  vokalçı, respublika və beynəlxalq müsabiqələri lauriatı İslam Əlizadə, bəstəkar, müğənni Arif Hüseynov çıxış etdilər.
Tədbir iştirakçıları R.Bəndəliyevanın canlı ifalarını dinlədilər.
Tədbirdə Rəhilə Bəndəliyevaya M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanı təqdim edildi.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.
Tədbirdə əməkdar artist Rəhilə Bəndəliyevaya həsr olunmuş videoçarx nümayiş olundu:

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İncəsənət kətana qardaşlıq gətirir: Ankarada Türkiyə-Azərbaycan dostluğunu qeyd edən rəngli toplantı

İncəsənət kətana qardaşlıq gətirir: Ankarada Türkiyə-Azərbaycan dostluğunu qeyd edən rəngli toplantı

John Doe 18 saat əvvəl

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı

John Doe 18 saat əvvəl

"RUHUMUN DAMAN YERİN"dən YÜKSƏLƏN SƏDA (FOTO=122)

"RUHUMUN DAMAN YERİN"dən YÜKSƏLƏN SƏDA (FOTO=122)

John Doe 1 gün əvvəl

Bakıda Hindistanın Səfirliyi Beynəlxalq Yoqa Günü 2026-nı “Sağlam Yaşlanma üçün Yoqa” mövzusu ilə qeyd etdi +FOTOLAR

Bakıda Hindistanın Səfirliyi Beynəlxalq Yoqa Günü 2026-nı “Sağlam Yaşlanma üçün Yoqa” mövzusu ilə qeyd etdi +FOTOLAR

John Doe 3 gün əvvəl

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

John Doe 1 həftə əvvəl

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar

Prezidentlər İlham Əliyev və Sərdar Berd...

23 iyun 2026 19:21:39
• Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib}

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib

23 iyun 2026 19:10:26
• İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar}

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın t...

23 iyun 2026 17:58:22
• Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar}

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliy...

23 iyun 2026 16:56:42
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com