27 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Mədəniyyət
Mədəniyyət

Əntiqə Qonaq: Rəşad Məcidin 60 illik yubileyinə..

1 il əvvəl 283 01

Əntiqə Qonaq:

Rəşad Məcidin 60 illik yubileyinə..

Gözəl və özəl ortam.. Son ayların ən fərqli, ürəyəyatan, səviyyəli və hüzurverici tədbirlərindən birinin iştirakçılarıydıq. Mübaliğəsiz deyirəm bunu. Çunki jurnalist həmkarlarımın fb statuslarından da bu fikrin ortaq bir məxrəc olduğunu gördüm. Məncə bunun səbəbləri də yox deyil. Ən əvvəl ona görə ki, ortam demək olar 90 faiz bir-birini tanıyırdı. Çoxdan görmədiyimiz, görmək istəyib gorüsməyə fürsət tapmadıgımız ustadlarımız ordaydı: universitet müəllimlərimizdən tutmuş məmur işləyən həmkarlarımızadək. Hamı Söz adamı, Söz xiridarı. Və mərkəzdə duran bir nüans da vardı: bir zamanlar adından başlayaraq redaksiyanın ünvanınadək oxuduğumuz, indi də sevə-sevə, istəyərək yazılarımızı təqdim etdiyimiz və onun çapını həyəcanla gözlədiyimiz "525-ci qəzet" və onun yaradıcısı olan mətbuat fədaisi idi səbəbkar. Jurnalistikanın şinelini geyinmiş və bu günədək onu çiyinlərində məharətlə, fədakarcasına daşıyan Rəşad Məcid vardı. O Rəşad Məcid ki, gəncliyindən bu yana heç dəyişmədi. Nə xarakteri, nə sadəliyi, insanlığı, şəxsiyyəti. Bu qəzet və onun rəhbəri yaşlansa da (müdriklik anlamında), gəncliyə dəstək olmaqda, insanlığa münasibətdə necə varsa elə də qaldı. Boyük bir jurnalistlər ordusu yetişdirdi. Qəzetin və vicdanının qapısını onlara açıq etdi. Diqqətini, qayğısını, tövsiyələrini, məsləhətlərini, maddi və mənəvi dəstəyini, var oluşunu heç vaxt ətrafındakılardan əsirgəmədi. Elə indi də yaşından və mövqeyindən asılı olmayaraq hamınin yanındadı, yox deməyə tələsmir. Əlindən gəlməyən, gücü çatmayan bir iş olsa belə onun ən optimal yollarını tapıb qarşısındakı insanı ümidsiz yola salmaz. Salmayıb da. Məhz buna görə də, bu tədbirdə söylənən sözlər də çox ağır çəkili idi, anlamlı idi, fərqli idi, orijinal idi. Çünki o sözləri söyləyənlər də, o sözlərin ünvanlandığı adam kimi sıradan biriləri deyildi, ustadlar idi, söz biliciləri idi, ədəbiyyatımızın, mətbuatımızın nəhəngləri idi, söz sərrafları idi. Bu cür orijinal fikirləri harada esidəcəkdik ki? Bu üzdən salonda dərin sükut, səssizlik, hamı kürsüyə yönəlmiş, çıxışları diqqətlə dinləməkdə. Bəli, bizə bu gözəl və özəl anları yaşadanlara min kərə minnətdarlıq duyğumuz var. Diqqət çəkən bir nüans da, məhz Rəşad Məcidin vaxtilə qələm tutub yazmağı öyrətdiyi, peşəkar jurnalistlər kimi yetişmələrində böyük rolu və zəhməti olan yüzlərlə gəncdən ikisinin- Shahane Mushfiq və Şəfa Vəli nin ustadların 60 illik yubileyinə həsr etdikləri kitab idi: "Qələmsiz və qələmli Rəşad Məcidin portreti" adlı çox maraqlı və orijinal bir kitab. Dünya Gənc Türk Yazarlar birliyinin təşkilatçılığı və Gəncliyə Yardım Fondunun dəstəyi ilə, "Xan" nəşrlər evinin rəhbəri Şəmil Sadiqin təmənnasız olaraq çap etdiyi gözəl bir əsər. Hamı da ürəkdən gələn istəklə, sevgiylə çalışmış, yubilyara sürpriz olaraq ortaya qoymuşlar zəhmətlərinin bəhrəsini. Var olsun hamı... Dediyim kimi Rəşad Məcidin çoxlarının üzərində haqqı var. Mən də bu haqqı olanlardan yan keçməmişəm. Hərbi yazar olaraq tez-tez respublikamızın müxtəlif rayonlarına gedir, orda uyuyan şəhidlərimizin anım günlərində, onların adlarını əbədiləşdirən xatirə komplekslərinin açılışlarında iştirak edirəm. Təbii ki, əliboş da getmirəm. Ən azından ürəyimin yağı ilə qələmə aldıgım məqaləm ilə. Və bu məqalənin çap olunduğu "525-ci qəzet" də əlimdə. Lənkərana şəhid Zaur İsmayılzadənin xatirəsinə tikilmiş bulağin açılışına gedəcəkdim. Yazının da məhz həmin gün təzə-təzə dərc olunmasını istədiyimdən qəzet nüsxələrini əldə etmək çətinliyi yaranmışdı. Rəşad müəllimə dedim ki, sabah erkəndən Lənkərana yola düşməliyik. Amma qəzet köşklərə gec verilir. Həm də mən 20 ədəd qəzet almaq istəyirəm. Tədbir iştirakçılarına paylamaq üçün. Həlli yolunu tapdı başqan. Dedi ki, sübh tezdən saat neçədə getsən "Azərbaycan nəşriyyatı" nın güvənliyindən qəzetləri götürərsən. Getdim, hər şey söylədiyi kimi idi. Hətta istədiyimdən də artıq qəzet ayırmışdı mənim üçün. Ödəmə etmək istədim məndən pul götürmədilər. Sən o yazını yazıb burdan rayona aparırsan, qəzetlər də bizdən hədiyyə olsun,- dedi. Rayon icra hakimiyyətinin başçısının və digər rəsmilərin də iştirak etdiyi tədbirdə mənə də söz verildi və mən əlimdə qəzet çıxış etdim. Qəzet rəhbərliyinə bu jestə görə təşəkkür etdim. Tədbirlə bağlı yayımlanmış rəsmi məlumatda məni qəzetin əməkdaşı kimi təqdim etmişdilər. Narahat oldum təbii ki. Yanlış məlumat olduğundan həyəcanlanmışdım. Şəhərə dönən kimi Rəşad müəllimə bu barədə məlumat verdim və üzrxahlıq etdim. O isə gülə-gülə cavabında: qoy elə bizim əməkdaşımız bilsinlər sizi. Bizim üçün də fəxrdir Sizin imzanızın qəzetimizdə getməsi. Qəlbən fərəhləndim düzü və bu böyük ürək sahibi dediklərindən çox məmnun oldum. Və qarşılıq olaraq mən də deyirəm: Mətbuat Şurasının sədri, AYB-nin katibi, incə ruhlu şair, İstedadlı qələm sahibi Rəşad Məcid kimi həmkarımızın, dostumuzun olması ilə biz də fəxr edir, qürur duyuruq. Var olun əziz insan. Ömrünüzə qədəm qoyan hər yaşın sizi daha da müdrikləşdirməsi, ucaltması, sevdirməsi, dəyərləndirməsi arzularımla...

Əntiqə Qonaq

Əməkdar jurnalist

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Azərbaycan və Türkiyə arasındakı mədəni əlaqələr Bakıda musiqi vasitəsilə araşdırılırdı - FOTOLAR

Azərbaycan və Türkiyə arasındakı mədəni əlaqələr Bakıda musiqi vasitəsilə araşdırılırdı - FOTOLAR

John Doe 6 saat əvvəl

Hindistanın Azərbaycandakı Səfirliyində “Bihar Diwas” qeyd edilib

Hindistanın Azərbaycandakı Səfirliyində “Bihar Diwas” qeyd edilib

John Doe 1 həftə əvvəl

Leyla Əliyeva öz sözlərinə yazdığı mahnını paylaşdı

Leyla Əliyeva öz sözlərinə yazdığı mahnını paylaşdı

John Doe 2 həftə əvvəl

Fidan Hacıyevadan 50 illik yubileyinə möhtəşəm sənət töhfəsi +VİDEO

Fidan Hacıyevadan 50 illik yubileyinə möhtəşəm sənət töhfəsi +VİDEO

John Doe 2 həftə əvvəl

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

John Doe 4 həftə əvvəl

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev "Sabah"ı təbrik e...

26 avqust 2026 12:33:04
• Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür}

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın do...

26 avqust 2026 10:45:29
• Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub +VİDEO, FOTO=29}

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin...

25 avqust 2026 22:05:33
• Daşkənddə Prezident İlham Əliyevin mətbuata bəyanatı +VİDEO, FOTO=7}

Daşkənddə Prezident İlham Əliyevin mətbuata bəyanatı +VİDEO,...

25 avqust 2026 21:48:04
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com