26 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Türkiyə Müdafiə Nazirliyi: Biz həmişə Azərbaycanla birik

Türkiyə Müdafiə Nazirliyi: Biz həmişə Azərbaycanla birik

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Şəmil Sadiq: Yeyək döyək, yoxsa döyək yeyək?!

1 il əvvəl 345 01

Şəmil Sadiq:

Yeyək döyək, yoxsa döyək yeyək?!

Batabatı gəzib evə dönmək istəyirdik ki, atam zəng eləyib, tapşırdı ki, Nurs kəndində olan dostum eşidib ordasınız, deyir bizə gəlməsələr, dostluğumuza son qoyacam. Düzdür, qonaqlarımin uçuş vaxtına az qalırdı. Amma o yerə ki, Məmməd Araz nəfəsi dəyib, o yerə ki Məmməd Araz ayaq basıb, ora getməmək olmazdı. Onlara söz verdim ki, sizi təyyarəyə çatdırmaq mənlik. Bir çay içək qayıdarıq. Kəndə çatanda əli qabarlı, alnı açıq, yanaqlarından qan daman, əlində qocalıqdan yox, ağsaqqallıqdan ağac gəzdirən, dağ bəyi, dağlar ağası Əsədulla əmi bizi qarşıladı. Kişi elə sevinirdi ki, adam onun sevincinin qarşısında xəcalət çəkirdi. Qabağına keçəni öpür, bağrına basır, sanki kimisə unudacağı üçün narahat olurdu. Maşallah, Əsədulla kişinin 70-dən yuxarı yaşı olmasına baxmayaraq, biz cavanlardan zirək görünürdü. 15 nəfər adamı, elə bil, hipnoz etmişdi. Biz çay içmək üçün getməyimizə baxmayaraq, gözümüzün qarşısında bir qoyunu necə kəsdi, necə kabab etdirdi xəbərimiz olmadı. Allah tərəfi hamımız tox idik. Sadəcə çay içməyə getmişdik. Amma kişi süfrəsini də özünəməxsus qaydada açdırmışdı. Dostlarım şok vəziyyətində mənə baxırdılar ki, bu, nə möcüzədir? Qəlbimdə atamla, ellilərimlə elə fəxr edirdim ki, bunu rahatlıqla gözlərimdən duymaq olardı, hətta az qalırdım, dilimə gətirim ki, baxın qonaqpərvərlik buna deyirlər, səmimiyyət buna deyirlər. Kənd adamı, elə bil, şəhərin fırıldağından, hiyləsindən, maskasından çox uzaq idi. Süfrəyə balın qoyulmadığını görən Əsədulla əmi ucadan xanımına səsləndi. “Ay qız, bal niyə qoymamısan?” Xanım da heç çəkinmədən: “Bal qurtarıb”,- dedi: –“Ay qız, nə qalıb onu gətir.” Biz bir-birimizin üzünə baxırdıq. Çünki bu səmimiyyət idi. Şəhərdə olsa idi, indi göz-qaş edirdilər bir-birlərinə. Hətta kişi o cürəti edib soruşa da bilməzdi. Bir şey də maraqlı idi ki, günorta yeməyində bal nəyə lazım idi. Ordubadda Bist kəndində olanda balla xiyarın yaxşı “zakuska” olduğunu öyrənmişdik. Balı xiyara yaxıb yeyəndə çox maraqlı olurdu. Əsədülla kişi isə bizə öyrətdi ki, bir qaşıq balı tut arağına qatıb içəndə yaxşı olur. Bunu deyib tut arağını bulaq suyu kimi ortalığa qoydu. Heç kimdən “içirsiz-içmirsiz”,- deyə soruşmadı da. Süzəndə məlum oldu ki, yoldaşlarımızdan ikisi içən deyil. Biz zarafatla, ay dayı, bunlar molladır”,- dedik.

Dildən pərgar olan Əsədulla kişi bir məsəl danışdı. Kəndlərin birində təzə gəlin subaşına gedəndə kimsə buna sataşmaq üçün kiçik daş atır. Gəlin: "Ay hacı, eləmə". Növbəti daş atılır. Gəlin: Ay kəbləyi, eləmə". Beləcə gəlin hər dəfə daş atıldıqca "ay məşədi, eləmə, ay axund eləmə, ay hacı, eləmə",- deyir. Axırda qonşudakı kişi çıxıb təəccüblə soruşur: "Nə bildin mən mollayam?" Gəlin: "Belə işlər həmişə sizdən çıxar!" deyir... Süfrədə yer qalmamışdı. Amma yenə gəlirdi. Əsədulla əmi deyir-gülür, güldürür, həm özünü, həm də bizi darıxmağa qoymurdu. Söhbət də maraqlı idi. Kompleksdən uzaq adam olduğu üçün heç bizimlə yaşıd oğlunu bəzi atalar kimi: oğlum, bunlar cavandır, siz yeyin için, mən sizi narahat edərəm demirdi də. Qəfil dolmuş buludlar kimi yemək yağışı yağırdı. Üstündən də sevgi, məhəbbət, səmimiyyət, saflıq, insanlıq ətri səpilirdi. Dedim, ay dayı, Sizi bu qədər yoracağımızı bilsə idik, heç gəlməzdik. Vallah, çox zəhmət çəkdiniz. Elə sözlərimi bitirmişdim ki, Əsədulla dayı buna da bi məsəl çəkib dedi, oğul, yedin dadındı, verdin adındı, yığdın yadındı. Hamımız gülüşdük. Necə olur, bu?-deyə dostlarımızdan biri soruşdu. Açığı daxildən bu suala güldüm də. Amma Əsədulla əmi bir əhvalat danışdı ki, bu dəfə daxildən utandım. Bir gün Şərurda kasıbçılıqla yaşayan bir kəndli eşidir ki, ət Naxçıvanda Şərurdan ucuzdur. Tənbəllik etməyib Naxçıvana gəlir. Naxçıvanda da eşidir ki, ət Ordubadda Naxçıvandan bir abbası daha ucuzdur. Bu kişi bir az tamahkar oldugundan günün istisində, eşşəyin belində quru Naxçıvan dağlarını aşıb Ordubada gəlir. Ordubaddakı məşhur Çinarların yanındakı qəssabdan lazımı qədər ət alır. Amma artıq hava qaraldığından yola çıxmağa tərəddüd edir. Amma Ordubadda da heç kimi tanımadığından harasa gedəcək yeri yox idi. Bunu hiss edən qonaqpərvərlikdə dünyanın ən mükəmməl camaatından olan bu qəssab deyir ki, gedək bu gün bizdə qal, sabah ertədən yola çıxarsan. Şərurlu bu təklifə razılaşır. Qəssabın həyətinə girəndə görür ki, ev nə ev! Böyük bir imarət. Həyətin ucu-bucağı görünmür. Mat-məəttəl qalır ki, görəsən, bu qəssab bu evi necə alıb? Bir sual vermədən içəri keçir. Ordubadlı xanımına tapşırır ki, cəld yemək gətirsin, qonaqları var. Arvad da əlayaq edib ləvinbələvin yeməkləri masaya düzür. Çörəyi süfrəyə qoymamış arvad ərindən soruşur ki, Yeyək, döyək, yoxsa döyək, yeyək? Kişi də bir qonağa baxır, bir də arvadına. Sonra deyir: Yeyək, sonra döyərik. Bəyəm bunu eşidən qonağın boğazından yemək gedər?! Qonağın boğazı quruyur. Sadəcə, süfrənin yığışılmasını səbirsizliklə gözləyir. Yemək bitir, süfrə yığışdırılmamış kişi arvadına deyir: Arvad, gətir döyək. Qonağın halı qarışır, rəngi, ruhu qaçır. Arvad da üstü örtülü bir qazan gətirir. Qoyur ortalığa. Bir ağac özü, bir ağac da əri götürür, başlayırlar qazanı döyməyə. Bir az döyəndən sonra kişi deyir: Arvad, daha bəsidir, apar. Qonaq özünü toparlayıb bu müəmmanın nə olduğunu soruşur. Ev yiyəsi deyir: Bu qazanda bir zamanlar bu evin sahibi olmuş, bu arvadın ərinin kəlləsidir. O, varidatı ilə bütün Ordubadda məşhur idi. Amma o qədər xəsis idi ki, nə özü yeyərdi, nə də kiməsə verərdi. Ancaq yığardı. Qəfildən vəfat etdi, mən onun dul qalmış arvadını aldım və bu varidatın sahibi oldum. Ona görə də hər dəfə yeməkdən öncə bu qazanı döyürük ki, onun etdiyini etməyək. Bunu yaxşı yadında saxla yedinsə, ağzının dadıdır, verdinsə, el arasında adındır, yox əgər sadəcə yığdın, bu kişi kimi yada qismət olar.

Əsədulla dayı bu məsəli deyib rumkanı qaldırdı, xoş gəlmisiniz deyib arağı yola saldı. Məclis axıra kimi çox maraqlı keçdi. Çıxanda da kəklik otundan, nanədən, ərikdən çantalarımıza qoyub bizi yola saldılar.

(Bu hekayə atamın yaxın dostu olan Şahbuzun Nurs kəndinin sakini Əsəddulla əminin ocağında baş vermişdir, bu gün ikisi də bu dünyada yoxdur, əziz xatirələrini bir daha anıram)

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

NARINC MƏMMƏDOVADAN DANIŞMAQ İSTƏYİRƏM

NARINC MƏMMƏDOVADAN DANIŞMAQ İSTƏYİRƏM

John Doe 1 gün əvvəl

22 İYUN -XATİRƏ VƏ KƏDƏR GÜNÜDÜR

22 İYUN -XATİRƏ VƏ KƏDƏR GÜNÜDÜR

John Doe 4 gün əvvəl

Məmməd Əvəzoğlu: Qalmışıq

Məmməd Əvəzoğlu: Qalmışıq

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: 20 ilin məzunlarına

Məmməd Əvəzoğlu: 20 ilin məzunlarına

John Doe 1 həftə əvvəl

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

John Doe 2 həftə əvvəl

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

John Doe 4 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr...

26 iyun 2026 11:59:08
• Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib}

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım...

26 iyun 2026 11:47:05
• Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar}

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada B...

23 iyun 2026 19:21:39
• Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib}

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib

23 iyun 2026 19:10:26
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com