02 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyası ərazisində lokal atəşkəs barədə razılığa gəliblər

Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyası ərazisində lokal atəşkəs barədə razılığa gəliblər

Vuçiç Tokayevdən Serbiya kəşfiyyat xidmətlərinə təlim keçməyə kömək etməsini istədi

Vuçiç Tokayevdən Serbiya kəşfiyyat xidmətlərinə təlim keçməyə kömək etməsini istədi

ABŞ İsrailə görə səfirlik işçilərini təxliyə edir

ABŞ İsrailə görə səfirlik işçilərini təxliyə edir

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Kamran Nəzirli: “Oğullar” romanından bir parça

1 il əvvəl 413 01

Kamran Nəzirli:

“Oğullar” romanından bir parça

Nikolay ÇERQİNEÇ

Belarus

Ruscadan tərcümə: Kamran NƏZİRLİ

QISA ARAYIŞ: Nikolay İvanoviç Çerqineç Minskdə doğulub, Belarus yazıçısıdır. Əlliyə yaxın bədii nəsr kitablarının, bir sıra kinosenarilərin və pyeslərin müəllifidir. Əfqan müharibəsinin iştirakçısı olub. Belarus Dövlət Universitetinin hüquq fakültəsini bitirib, hüquq elmləri namizədidir. Müxtəlif vəzifələrdə işləyib. Belarus və SSRİ Yazıçılar İttifaqlarının üzvü, Belarus Jurnalistlər və Kinematoqrafçılar ittifaqlarının üzvüdür. Onun kitabları dünyanın 15 dilinə tərcümə olunub. Bir çox romanı dünyanın ən yaxşı romanı siyahısına düşüb. Mədəniyyət və elm sahəsində çoxplanlı nailiyyətlərinə görə 1998-ci ildə Ginnesin rekordlar Kitabına düşüb. 2008-ci ildə Amerika Biblioqrafiya institutu tərəfindən "İlin Adamı" seçilib. S. Mixalkov və A. Fadeyev adına ədəbi mükafatların laureatıdır. Bir sıra Beynəlxalq mükafatlar sahibidir. Mən onu şəxsən tanıyıram və onun mənasız əfqan müharibəsinə həsr etdiyi “Oğullar” romanını ilk dəfə Azərbaycan dilinə tərcümə etmişəm və “Mütərcim” Nəşriyyat Evində çap olunub. Həmin romandan bir parçanı təqdim edirəm.

...Kolyanın əsgərliyə getməsindən düz dörd ay ötmüşdü. Vera Fyodorovnanı isə bir sual hələ də narahat edirdi: necə oldu ki, oğlu desant qoşunlarına düşdü? Kolyanın birinci məktubui da onu bərk həyəcanlandırdı, oğlu desant qoşunlarına düşməsindən vəcdə gələrək ağızdolusu yazmışdı. Vera Fyodorovna biləndə ki, Kolya hələlik təlim bölməsindədir və burdan isə əsgərləri Əfqanıstana göndərirlər, çox həyəcan keçirtdi, o gündən ürəyi tez-tez əsməyə başladı. Ana bu barədə çox vaxt böyük oğluyla danışmağa çalışırdı, lakin Sergey anasını qucaqlayıb gülür, deyirdi:

- Sakit ol, anacan, Kolya ən yaxşı qoşun hissəsində xidmət edir. Əminəm ki, ona heç nə olmayacaq. Axı Kolyanı ora heç kim məcburən salmayıb! Desantçı olmaq onun arzusuydu. Mən Əfqanıstanda xidmət etmiş onlarla uşaq tanıyıram. Hamı sağ-salamat qayıdıb.

Vera Fyodorovna divandan qalxdı. İşığı yandırdı, yenə oğlunun şəklinə baxdı: Kolya gülümsəyir, bəxtəvər və şən görünür."Bəlkə elə bütün bunlar onunla qurataracaq ki..."

Ana pəncərə qabağına gəldi. Qarlı küçələrdən maşınlar ötüb keçirdi. Vera Fyodorovna uzaqlara baxdı, bağın arxasından istilik mərkəzinin nəhəng borusu görünürdü. Borudan qalın tüstü çıxırdı, mavi səmanın fonunda bu tüstü qara görünürdü. Kolya hisə bürünmüş pəncərəni, onun altlıqlarını yumağı xoşlamırdı. Həmişə deyinirdi: "Bu ölü yandıran binanı görüm lənətə gəlsin! Əlavə iş açır da bizim üçün!"

Vera Fyodorovna barmağıyla pəncərə altını yoxladı, yox, pəncərənin qıraqları qış üçün möhkəmcə tutulmuşdu, ordan evin içinə his keçməmişdi. Bir qədər durub yenə qayıdıb divanda əyləşdi, məktubu götürüb təzədən oxumağa başladı:

"Anacan, salam! İşlərim yaxşı gedir. Bağışla, neçə vaxtdır ki, yaza bilmirəm. Heç vaxtım olmur. Bütün iki həftəni dağlarda olmuşuq, təlim keçirik. Qayıdıb gələn kimi başladım məktub yazmağa. Sənin sonuncu üç məktubunu almışam, Svetadan iki, Sergeydən isə bir məktub almışam. Məncə, Sergey tənbəlləşib. Hə, bir də sənin göndərdiyin bağlamanı və pulu poçtdan aldım. Çox sağ ol! Bizim vzvodda həmin gün mədə bayramı oldu! Uşaqlarla birgə göndərdiyin dadlı-ləzzətli çörəkləri məmnuniyyətlə yedik. Anacan, mənə pul göndərmə. Lazım deyil. Bizə burda pul verirlər, xırda xərclərimizi də ödəyirik o pulla. Yazırsan ki, gəlmək istəyirsən. Əgər buralara ezamiyyətin olsa, əlbəttə, sevinərəm gəlişinə, amma xüsusi olaraq məndən ötrü gəlmə, uzaq yoldu. Hər ehtimala qarşı deyirəm: işdir, gələsi olsan, mən birinci vzvodun dördüncü rotasındayam. Üçüncü bölmədə. Vəssalam, hələlik bu qədər. Çalışacam sənə tez-tez yazım. Səni bərk-bərk öpürəm, anacan! Görüşənədək. Kolya."

Vera Fyodorovna telefonu götürüb Svetanın nömrəsini yığdı. Hələ bilmirdi nə danışacaq onunla. Sadəcə içində qızın səsini eşitmək istəyi oyandı; o qız Kolyaya səmimi bağlanmışdı, ana ürəyi bunu yaxşı duyurdu.

Sveta telefonu özü götürdü. Vera Fyodorovnanın səsini eşitcək dərhal bildirdi:

- Mən bu gün Kolyadan məktub almışam, elə sizə zəng vurmaq istəyirdim...- cəld sevincini Vera Fyodorovna ilə bölüşmək istədi.- Onun vaxtı olmayıb, buna görə də yaza bilmirmiş...

- Hə, hə, Svetoçka, bilirəm. Bu gün mənə də məktub gəlib. Doğrudu, çox qısa yazıb. Oy... heç uzun yazmağı xoşlamır...

- Oyyyy, Vera Fyodorovna, mənə də cəmi bircə səhifə yazıb,- Sveta da güldü.

- Sveta, qızım, işlərin necədir? Niyə gəlmirsən?

- Narahat eləmək istəmirəm, yaxşı deyil,- Sveta utandı.- Amma əgər sizə xoşdusa, onda mütləq gələcəm, Vera Fyodorovna.

Vera Fyodorovna ev işləriylə məşğul olmağa başladı, lakin bütün fikri-zikri kiçik oğlunun yanında qalmışdı. Kolya çox zəif və xəstəhal kimi böyümüşdü. Buna baxmayaraq, səkkizinci sinfi bitirdikdən sonra Kolya texniki-peşə məktəbinə daxil oldu, bundan sonra kişiləşdi, motosikllə maraqlanmağa başladı.

Vera Fyodorovna kədərlə xatırladı: Kolyanın on dörd yaşı olanda motosikl sürmək istəyirdi. Necə arzulayırdı bunu, allah! Lakin dövlət yol polisində ona dedilər ki, sürücülük vəsiqəsi almaq üçün gərək on altı yaşı olsun. Kolya pərişan oldu, bundan sonra Vera Fyodorovna ilə Sergey qərara aldılar ki, ona hədiyyə eləsinlər: Kolyaya ucuz moped aldılar. Cəmi yüz manataydı, lakin onların kasıb büdcəsinə görə bu, az pul da deyildi.

Məktəbdən gələndə Kolyanın sevincinin həddi-hüdudu yox idi. Dərslərini hazırlayandan sonra dərhal mopedlə məşğul olmağa başladı. Onu öz əlləriylə yığdı. Doğrudur, böyük qardaşı da ona hərdən kömək elədi.

Moped saat kimi işləyirdi. Kolya bütün vaxtını ona sərf elədi. Sonra motobol bölməsinə yazıldı. Möhkəmləndi, artıq az-az xəstələnirdi. Ana xatırladı ki, bir dəfə Kolya pioner düşərgəsində azmışdı. Pioner dəstə rəhbərləri əldən-ayaqdan düşmüşdülər, onu axtarırdılar, Vera Fyodorovnaya zəng vurdular. Ana axşama yaxın düşərgəyə çatanda Kolyanı artıq tapmışdılar. Vera Fyodorovna oğluyla bərabər çardaqda oturub onu məzəmmət edirdi:

- Niyə belə eləmisən, hə? Camaatı niyə qorxutmusan?

Kolya iri qonur gözlərini anaya dikib özünə bəraət qazandırmağa çalışırdı: - -

- Noolub axı, anacan, mən düşərgədən uzağa getməmişdim ki! Bax orda,

ağacın yanında qarışqa yuvası gördüm. Qarışqalar çox maraqlıdı, bütün günü hərəkətdə olurlar. Buna görə də onları müşahidə eləmək istədim, o qədər baxdım ki, heç bilmədim gün nə təhər ötdü, bir də baxıb gördüm ki, axşamdır, dəstəmizin yanına qaçdım. Orda isə aləm dəymişdi bir-birinə. Pioner dəstə rəhbərindən üzr istədim. O da biləndə ki, mən nə ilə məşğul olmuşam, heç məni danlamadı...

Bu xatirələr Vera Fyodorovnanı elə darıxdırdı ki, arvad oğlunun yanına getməyə qərar verdi. Kolyanı narahat etməmək üçün ona yazdı ki, bəlkə Ferudağa ezamiyyətə gəldi, əslində isə işdə razılaşmışdı ki, ona öz hesabına məzuniyyət versinlər.

"Gərək təlim mərkəzinə gedim, öz gözlərimlə görüm ki, vəziyyət necədir",- qadın ertəsi gün gedib hərbi komissarlığa da məlumat verəcəyini düşündü.

Kolyanın yanına getmək fikri qəlbini bir qədər sakitləşdirmişdi. Vera Fyodorovna dərhal bazarlıq etməyə başladı.

Sergey evə gec gəldi, buna görə də ana böyük oğluyla yalnız səhər danışa bildi. Seryoja gülə-gülə dedi:

- Bir damcı da şübhə eləmirdim ki, Kolyanın yanına gedəcəksən, ana. Axı görürəm, narahatsan.

Seryoja işə getməliydi. Vera Fyodorovna hərbi komissarlığa tək getdi. Bir azdan o, üstündə "Komissar podpolkovnik Çernov" yazılmış qapının önündəydi, sıxıla-sıxıla qapını döydü. Vera Fyodorovna qapını açanda dərhal Sumskini gördü. Özünü itirdi, bir neçə dəqiqə lal-dinməz mayora baxdı.

- Salam, - nəhayət, özünü toparlayıb dilləndi.

- Nə istəyirsiz?- Sumski salamı almadan soruşdu.

- Mən elə bildim burda yoldaş Çernovdu... İstəyirdim bir şeyi dəqiqləşdirim...

- Əvvəla, gərək birinci icazə alasan içəri girmək üçün...

Sumski Vera Fyodorovnanı tanımışdı, açıq-aşkar qadının sıxıntısını duyub bundan istifadə eləməyə çalışdı. O, işgüzarcasına durub dəmir seyfə sarı addımladı, nəyə görəsə seyfin qulpundan yapışdı, sanki yoxlayırdı ki, bağlıdı, ya yox...

- Mən qapını döydüm, amma heç kim cavab vermədi,- Vera Fyodorovna karıxmış halda mızıldadı.

- Nə lazımdı sizə?- Sumski soyuqqanlı şəkildə yenə soruşdu.

- Bilmək istəyirdim ki, təlim mərkəzinə oğlumu görmək üçün gedə bilərəmmi? O, Ferudağdadı, hava-desant qoşunlarında...

- Bilirəm, bilirəm... sizin o gülməşəkər oğlunuz hardadı... Nədi, hələ qanmırsız ki, əsgərin xidmət etməyinə maneçilik törətmək olmaz? Sizin onun yanına getməyiniz və onu əzizləməyiniz yalnız mane olur, onu zəiflədir, Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməsinə mane olur.

- Aman Allah, siz necə qəddar adamsız!-Vera Fyodorovna yavaşca dedi.-Mənə elə gəlir ki, sizin uşaqlarınız yoxdu! Axı siz həyat nədi, bilmirsiz, adamları sevmirsiz!

- Sizin əxlaq təliminizə ehtiyacım yoxdu! Xahiş edirəm mənə mane olmayın. Sizə heç bir arayaış-filan da verə bilmərəm!

Mayor öz yerində oturdu, işgüzarcasına mizin gözlərini eşələməyə başladı.

Vera Fyodorovna qarla örtülmüş küçəylə addımlaya-addımlaya düşünürdü: "Mən necə axmaq qadınam! O kobud adama cavab verməyə belə lazımi sözlər tapa bilmədim. Görəsən o, doğurdanmı hərbi komissar olub? İlahi! Görəsən o daha neçə ananı mənim kimi aşağılayacaq?"

İşə gələndə ana bir qədər toxdadı, rəisin yanına getdi. Rəis qadının öz hesabına məzuniyyət götürməsi barədə ərizəsinə qol çəkdi, dedi:

-Kolyaya salam söyləyin, deyin ki, biz hamımız ona uğurlar diləyirik...

(ardı var)

Rus dilindən çevirdi: Kamran NƏZİRLİ

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı təqdim olundu

Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı təqdim olundu

John Doe 2 gün əvvəl

“Xocalıya qayıdırıq” – Masallı səhnəsində

“Xocalıya qayıdırıq” – Masallı səhnəsində

John Doe 5 gün əvvəl

Rəssam Niyaz Nəcəfovun fərdi sərgisi baş tutub +FOTO=39

Rəssam Niyaz Nəcəfovun fərdi sərgisi baş tutub +FOTO=39

John Doe 5 gün əvvəl

Hindistanın Bakıdakı səfirliyi Sanskrit və Hind dilləri üzrə interaktiv sessiya ilə ilk Bakı axşamlarına başlayıb

Hindistanın Bakıdakı səfirliyi Sanskrit və Hind dilləri üzrə interaktiv sessiya ilə ilk Bakı axşamlarına başlayıb

John Doe 5 gün əvvəl

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

John Doe 5 gün əvvəl

Məmməd Əvəzoğlu: Heydərbabaya cavabsız məktub

Məmməd Əvəzoğlu: Heydərbabaya cavabsız məktub

John Doe 6 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com