28 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Türkiyə Müdafiə Nazirliyi: Biz həmişə Azərbaycanla birik

Türkiyə Müdafiə Nazirliyi: Biz həmişə Azərbaycanla birik

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
AZpress - ÖZƏL Mədəniyyət

Gənc şair Ziya Dilsuzun yeni şeirləri

1 il əvvəl 598 01

Gənc şair Ziya Dilsuzun yeni şeirləri

“Başım bu payıza elə qarışıb...”

"AZpress.AZ İnformasiya Agentliyinin "AZpressTİMES.info" xəbər saytı gənc şair Ziya Dilsuzun yeni şeirlərini təqdim edir.

Ziya Dilsuz (Ziya Şadulla oğlu Fətullayev) 1990-cı ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olub. Orta təhsilini İdrak Hüseynov adına Osakücə kənd tam orta məktəbində alıb. “Naxçıvan” Universitetini bitirib. İxtisasca filoloqdur. Hazırda pedaqoji fəaliyyətlə məşğuldur. "Sənazlığı", "Sevməyin düsturu", "Ayrılıq və Nöqtə" adlı şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Qızıl qələm” media mükafatçısıdır.

Başım bu payıza elə qarışıb...

Yağışlar torpağa taleyin yazır,

Küləklər danışır sözdən xəbərsiz.

Kim atdı pərişan, məyus payızı

Fəsillər içinə bizdən xəbərsiz.

Üşüyür Vətənin hər bir qarışı,

Bir doğman ağrıyır yarpaq adında.

Başım bu payıza elə qarışıb...

Bütün uzaqlıqlar çıxıb yadımdan.

İlahi, bitdimi ömrü bu eşqin?

Düşüb səhralara aza bilmirəm.

Başım bu payıza elə qarışıb...

O qızçün şeir də yaza bilmirəm.

Qayıdaq

Ay gözəlim, getdiyimiz bu yolu

Yorğun-yorğun, ağır-ağır qayıdaq.

İllərdi ki, bu sevdanın başında

İldırımlar möhkəm çaxır, qayıdaq.

Çətin nəsə məlhəm ola yaraya,

Kimlər girdi, nələr girdi araya?

Kim çatar ki belə vaxtda haraya?

Ya sus, ya da qışqır, bağır, qayıdaq.

Oldu bizi bu yollarda güdən də,

Ağrıları gizlətdik bir bədəndə.

Həyasızca getmişdikmi gedəndə?

Qayıdanda fağır-fağır qayıdaq.

Belə gediş, belə dönüş olmayıb,

Açdığımız izlər geniş olmayıb.

Görsən əgər güc-taqətin qalmayıb,

Lazım gəlsə, kömək çağır, qayıdaq.

Bizi vurar silahımız, bilirik,

Necə olar sabahımız, bilirik.

Az olmadı günahımız, bilirik,

Allah bizə tərs-tərs baxır, qayıdaq.

Daha bütün uzaqlar da xətirsiz,

Daha bütün çiçəklər də ətirsiz.

Eşqin payız fəslindəyik çətirsiz,

Dayanmadan yağış yağır, qayıdaq.

Addımlaya bilərikmi bərabər?

Gəl geriyə dönək indi birtəhər.

Yorulmuşuq, təkid etmə bu qədər,

Qayıdarıq əvvəl-axır, qayıdaq.

Gəlir

Mən ki sənə nifrət edə bilmərəm,

Mənim ancaq sevmək əlimdən gəlir.

"Sevirəm" deyəndən nələr çəkmədim...

Başıma nə gəlir, dilimdən gəlir.

Gözəl, əfv etmədin sən günahımı,

Görməzsən açılan son sabahımı.

İncidib eləmə yorğun ruhumu,

Qoy bir az dincəlsin, ölümdən gəlir.

Dünən bu günümçün dəlildir artıq,

Sabah bu günümə daxildir artıq.

Bu ürək əvvəlki deyildir artıq,

Çox şeylər öyrənib - təlimdən gəlir.

Mən yola düşdükcə əl eləyərsən,

Bütün müşkülləri həll eləyərsən.

Məni yandırarsan, kül eləyərsən,

Satıb götürərsən külümdən gəlir.

Danışıram

Mən dinməz otura bilmirəm, adam,

Başıma vurmasın hirs, danışıram.

Bəzən tərs damarım tutur mənim də,

Neynim, düz düşünüb tərs danışıram.

Mənim baharım yox, çiçəyim yoxdu,

Zinət, yaraşığım, bəzəyim yoxdu.

Mənim öyünməyə heç nəyim yoxdu,

Vallah, eləmirəm fors, danışıram.

Mən gedən o yollar qarlı olmayıb?

Bağım da, bağçam da barlı olmayıb.

Ulu babalarım varlı olmayıb,

Kimsədən almadım irs, danışıram.

Şükür, qatlanmayıb diz, aça billəm,

Gedirəm, arxamca iz aça billəm.

Haçan xoşbəxtlikdən söz aça billəm?

Yara danışıram, kirs danışıram.

Mən niyə bilmədim, nədən yoruldum,

Özümdən-özümə gedəcək yoldum.

Ömrün bu çağında tələbə oldum,

Bu yaşda müəllimçün dərs danışıram.

Öyrəşir adam

Bircə dua qəbul olur,

Tez göyə öyrəşir adam.

Uzaq-uzaq adamlara

Bəs niyə öyrəşir adam?

Oynayacaq min oyunu,

Çatar hər oyunun sonu.

Pozub ömrün sükutunu,

Səs-küyə öyrəşir adam.

Soyuq qəlbi qəlb isidir,

Susmaq elə Haqq səsidir.

Düzdür, zaman itkisidir,

Hər şeyə öyrəşir adam.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İncəsənət kətana qardaşlıq gətirir: Ankarada Türkiyə-Azərbaycan dostluğunu qeyd edən rəngli toplantı

İncəsənət kətana qardaşlıq gətirir: Ankarada Türkiyə-Azərbaycan dostluğunu qeyd edən rəngli toplantı

John Doe 3 gün əvvəl

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı

John Doe 3 gün əvvəl

"RUHUMUN DAMAN YERİN"dən YÜKSƏLƏN SƏDA (FOTO=122)

"RUHUMUN DAMAN YERİN"dən YÜKSƏLƏN SƏDA (FOTO=122)

John Doe 4 gün əvvəl

Bakıda Hindistanın Səfirliyi Beynəlxalq Yoqa Günü 2026-nı “Sağlam Yaşlanma üçün Yoqa” mövzusu ilə qeyd etdi +FOTOLAR

Bakıda Hindistanın Səfirliyi Beynəlxalq Yoqa Günü 2026-nı “Sağlam Yaşlanma üçün Yoqa” mövzusu ilə qeyd etdi +FOTOLAR

John Doe 6 gün əvvəl

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

John Doe 1 həftə əvvəl

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr...

26 iyun 2026 11:59:08
• Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib}

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım...

26 iyun 2026 11:47:05
• Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar}

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada B...

23 iyun 2026 19:21:39
• Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib}

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib

23 iyun 2026 19:10:26
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com