01 sentyabr 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub +FOTO=10

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub +FOTO=10

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib +VİDEO, FOTO=5

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib +VİDEO, FOTO=5

İlham Əliyev Qırğızıstanda işgüzar səfərdədir +VİDEO, FOTO=5

İlham Əliyev Qırğızıstanda işgüzar səfərdədir +VİDEO, FOTO=5

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi

Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi

Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi

Rusiyanın Buçaya hücumlarında 27 nəfər ölüb

Rusiyanın Buçaya hücumlarında 27 nəfər ölüb

"Əhmədli"də sərnişin qatar yoluna düşdü

"Əhmədli"də sərnişin qatar yoluna düşdü

Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı

Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA

Yadigar Cəfərli: Dünya üzrə ən əndrabadi elmi tədqiqatlara verilən mükafat

1 il əvvəl 328 01

Yadigar Cəfərli:

Dünya üzrə ən əndrabadi elmi tədqiqatlara verilən mükafat

Hamı neçə gündür sərasər builki Nobel laureatlarından yazır, mən də, özünüz bilirsiniz ki, Şnobel mükafatı mövzusunu özəlləşdirmişəm.

Ötən ay Şnobel qaliblərinin də adları açıqlanıb. Bu mükafat bütün dünyada insanların marağını elmə yönəltmək üçün dünya üzrə ən əndrabadi elmi tədqiqatlara verilir.

Görək builki Şnobel qalibləri kimlər olub?

Başlayaq Şnobel Sülh Mükafatından. Buna amerikalı tədqiqatçı Burres Skinner layiq görülüb. O təxminən “Kərtənkələyə motor qoşsan, uçar?” elmi problemi üzərində baş sındırırmış. Söz yox, alim kərtənkələyə motor qoşmayıbmış, əvəzinə kosmosa uçan raketlərin burun hissəsinə göyərçin yerləşdirmək istəyirmiş ki, onlar raketə istiqamət versinlər. Bədbəxtin oğlu hələ ötən əsrin 40-cı illərindən bu işlə məşğulmuş, nəysə tədqiqat alınmayıb. Alim özü çoxdan Allah rəhmətinə getdiyindən mükafatını qızına veriblər. Amma niyə Sülh mükafatı, bunu anlamadım, bəlkə göyərçinə görə?!

Bəs görəsən atı atın yanına bağlayanda həqiqətənmi onlar həmxasiyyət olur? Məşhur atalar sözümüzdəki bu fərziyyəni botaniklər Felipa Yamaşita və Ceykob Uayt bitkilər nümunəsində isbat edərək Şnobel mükafatını qazanıblar. Onlar 2022-ci ildə sübuta yetiriblər ki, bəzi təbii bitkiləri plastikdən hazırlanmış bitkilərlə yan-yana qoyanda təbii bitkilər müəyyən qədər sünilərin formasını almağa başlayır.

Fransa və Çilidən olan bir qrup tədqiqatçının araşdırması isə lap həngamədir. Onlar uzun illər bu suala cavab axtarıblar ki, aya, görəsən, Şimal yarımkürəsindəki insanların başındakı tüklər də Cənub yarımkürəsindəki insanların başının tükləri ilə eyni istiqamətdə qıvrılırmı? Axırda məlum olub ki, Cənub yarımkürəsindəki insanların əksəriyyətinin başının tükləri saat əqrəbi istiqamətində, şimal yarımkürəsindəkilərinki isə saat əqrəbinin əksi istiqamətində qıvrılır. Bu suala cavab tapan təqdiqatçlar “Saçlarını yan dara, qız” mahnısını oxuya-oxuya gediblər anatomiya üzrə Şnobel mükafatını almağa.

Bu il tibb üzrə Şnobel mükafatına İsveçrə, Almaniya və Belçikadan olan bir qrup alim layiq görülüb. Lieven Schenk, Tahmine Fadai və Christian Büchel adlı üç alim güclü yan təsirləri olan saxta dərmanlarla heç bir yan təsiri olmayan saxta dərmanları yan-yana tədqiq edib axırda belə qənaətə gəliblər ki, güclü yan təsirləri olan saxta dərman heç bir yan təsiri olmayan saxta dərmandan daha təsirlidir. İndi gəl bu tədqiqatdan bir şey anla görüm, nə anlayırsan.

Fizika üzrə Şnobel mükafatının qalibi olan amerikalı alim Ceyms Liao isə ölü alabalıqların üzgüçülük qabiliyyətini araşdırıb. Belə bir kəşfə imza atıb ki, ölü balıq hətta axına qarşı da üzə bilər. Deyilənə görə bu tədqiqat yollarda tıxac probleminin həllində faydalı görünür.

Fiziologiya üzrə mükafatın təqdim edildiyi layihə isə bir qədər biədəb olsa da, xeyli maraqlıdır. Yaponiya və ABŞ alimləri uzun illərin araşdırmalarından sonra bir çox məməlilərin anus vasitəsilə nəfəs almaq imkanlarını üzə çıxarıblar. Amma, məncə, bizdə bu elmi kəşf lap əsrlər əvvəl baş verib. Çünki el dilimizdə çox işləyib yorulub əldən düşmüş adamın nəfəsi başqa yerdən alması ilə bağlı məşhur ifadə var, bilmirəm eşitmisinizmi?!

Ehtimal nəzəriyyəsi üzrə mükafat almış tədqiqat isə göyə qəpik atıb mərc edənlərin işinə yarayacaq. Avropa İttifaqından olan beynəlxalq tədqiqatçılar qrupu bir sikkəni düz 350.757 dəfə o üz-bu üzə atandan sonra görüblər ki, sikkəni atarkən hansı tərəfi yuxarı tutursansa, daha çox o tərəfə düşür.

İndi də gələk Şnobel mükafatı almış kimyagərlərə. Bu mükafatı Hollandiya və Fransadan olan alimlər alıblar. Onlar sərxoş və ayıq qurdları bir-birindən ayırd etmək üçün xromatoqrafiyadan istifadə ediblər. Guya bu tədqiqat polimer dinamikasını daha yaxşı başa düşməyə imkan verəcəkmiş. Ay hay!

Demoqrafiya üzrə Şnobel mükafatına layiq görülmüş elmi iş də qayət diqqətçəkəndir. Yəqin xəbər lentlərində planetimizin ən yaşlı adamları haqqında xəbərlər tez-tez sizin də rastınıza çıxır. Nə işdirsə, bu adamların çoxunu doğum və ölüm qeydiyyatı işlərinin zəif aparıldığı ölkələrdə tapırlar. Tədqiqatçı Saul Justin Newman isə uzunmüddətli elmi araşdırmalardan sonra belə bir nəticə ilə çıxış edir ki, belə xəbərlərə çox da inanmayın. Çünki bu adamların yaşı çox zaman kargüzarlıq səhvi ucbatından səhv göstərilir: əslində onlar iddia edildiyindən daha cavandırlar. Sovet vaxtı planetimizin ən yaşlı adamlarından biri kimi təqdim olunan Şirəli babanın yaşında da deyəsən buna bənzər haqq-hesab olmuşdu.

Uşaq vaxtı bir povest oxumuşdum, orada dağ kəndində yaşayan bir baba qəzet müxbirinin sualına “ay oğul, mənim düz doxsan yaşım var” deyə cavab verir. Jurnalist həmkarım isə bu cavabı səhvən qəzetdə “mənim yüz doxsan yaşım” var deyə yazır və kişi bütün el-aləmdə məşhurlaşır, hamı uzunömürlülüyn sirrini öyrənmək üçün onun yanına gəlir.

Şnobel mükafatına layiq görülən sonuncu mükafat biologiya sahəsindədir. Bura qədər gəlmişkən, onu da yazaq. Mükafat ötən əsrin 40-cı illərindən üzübəri aparılan təcrübələrə görə amerikalı Fordyce Eli və William Petersen-ə verilib. Onlar inəklərin südlülüyünə təsir edən amilləri öyrəniblər. Görün, təcrübəni necə aparırlarmış: bir pişiyi qoyurlarmış inəyin belinə, onun yanında torba partladırlarmış, pişik miyoldayıb tullanırmış, inək də hürkürmüş, alimlər də müşahidə edirmişlər ki, qorxmuş inək daha az süd verir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Alimlər aralıqlı oruc zamanı yemək üçün ən yaxşı vaxtı müəyyən ediblər

Alimlər aralıqlı oruc zamanı yemək üçün ən yaxşı vaxtı müəyyən ediblər

John Doe 1 ay əvvəl

Laboratoriyada yetişdirilən hüceyrələr retinanı bərpa edir

Laboratoriyada yetişdirilən hüceyrələr retinanı bərpa edir

John Doe 1 ay əvvəl

Alimlər hörümçək dişlərinin ən qədim dəlillərini aşkar ediblər

Alimlər hörümçək dişlərinin ən qədim dəlillərini aşkar ediblər

John Doe 1 ay əvvəl

Alimlər yüzlərlə xəstəliyin erkən aşkarlanması üçün qan xəritəsi yaradıblar

Alimlər yüzlərlə xəstəliyin erkən aşkarlanması üçün qan xəritəsi yaradıblar

John Doe 2 ay əvvəl

Rusiyada xərçəngin erkən diaqnozu üçün çip hazırlanıb

Rusiyada xərçəngin erkən diaqnozu üçün çip hazırlanıb

John Doe 2 ay əvvəl

Alimlər dəniz səviyyəsinin düşməsi səbəbindən Xəzər sahillərində dəyişikliklər qeydə alıblar

Alimlər dəniz səviyyəsinin düşməsi səbəbindən Xəzər sahillərində dəyişikliklər qeydə alıblar

John Doe 2 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub +FOTO=10

Bişkekdə Azərbaycan və İran prezidentlər...

31 avqust 2026 23:50:20
• İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub +VİDEO, FOTO=6}

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olu...

31 avqust 2026 23:33:26
• Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib +VİDEO, FOTO=5}

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın B...

31 avqust 2026 23:17:31
• İlham Əliyev Qırğızıstanda işgüzar səfərdədir +VİDEO, FOTO=5}

İlham Əliyev Qırğızıstanda işgüzar səfərdədir +VİDEO, FOTO=5

31 avqust 2026 23:05:55
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com