02 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyası ərazisində lokal atəşkəs barədə razılığa gəliblər

Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyası ərazisində lokal atəşkəs barədə razılığa gəliblər

Vuçiç Tokayevdən Serbiya kəşfiyyat xidmətlərinə təlim keçməyə kömək etməsini istədi

Vuçiç Tokayevdən Serbiya kəşfiyyat xidmətlərinə təlim keçməyə kömək etməsini istədi

ABŞ İsrailə görə səfirlik işçilərini təxliyə edir

ABŞ İsrailə görə səfirlik işçilərini təxliyə edir

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Bəybala Mirzəyev: Türk dünyasının yaxın gələcəyi və SÜNİ İNTELLEKT

1 il əvvəl 566 01

Bəybala Mirzəyev:

Türk dünyasının yaxın gələcəyi və SÜNİ İNTELLEKT

Bu gün “Süni İntellekt” (Artificial Intelligence - AI) dünyada ən çox istifadə olunan ifadələr siyahısında liderlik etməyə başlayıb. Süni intellekt həyatın bütün sferalarına artıq çox böyük sürətlə sirayət etməkdədir.

Yeri gəlmişkən, bu il Nobel mükafatı ilə təltif edilən alimlərdən də 5 nəfəri bu ödülü məhz süni intellektlə bağlı tədqiqat və ixtiralarına görə aldı. Həmin alimlərin arasında müsəlman və türk dünyasından heç kim yoxdur. Beşi də Kanada, ABŞ və İngiltərədən olan alimlərdir.

Deməli, süni intellekt sahəsindəki öncüllük də anqlo-saksonlara məxsusdur.

Siz fikir verdinizsə, İsrail də HƏMAS və “Hizbullah”ın liderlərinə və komandirlərinə qarşı son əməliyyatlarında süni intellektdən də istifadə edib. Xüsusən də “Hizbullah”ın lideri Şeyx Həsən Nəsrullahın vizual görüntüsü məhz süni intellektin köməyi ilə aşkarlandıqdan sonra, onun yerləşdiyi məkan İsrail tərəfindən bombalanıb tar-mar edildi.

Hazırda Ukrayna da Rusiyaya qarşı döyüş əməliyyatlarında süni intellektdən, rəqəmsal texnologiyalardan sıx surətdə istifadə etməyə başlayıb.

Ümumiyyətlə, müasir müharibələrdə süni intellekt həllərindən geniş istifadə ediləcək. Ənənəvi döyüş modelindən və ənənəvi silahlardan imtina ediləcək, rəqəmsal texnologiyalara əsaslanan yeni savaş modelinə keçid olunacaq.

Maraqlıdır ki, son bir neçə ayda postsovet məkanında və Cənubi Qafqaz ölkələri arasında süni intellektə ən çox maraq göstərən ölkə məhz Ermənistandır. Paşinyan və onun komandası, necə deyərlər, sözün əsl mənasında süni intellekt heyranına çevrilib.

Bəs, Ermənistan niyə birdən-birə Süni İntellektin arxasınca “marafon qaçışı”na başlayıb?

Bir sıra ölkələr süni intellektdən ilk növbədə aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə və yaradıcılıq sahələrində istifadə etməyə, kosmos və okeanın dərinliklərinin araşdırılmasında tətbiq olunmasına önəm verirlər. Süni intellekt sahəsində aparılan tədqiqatlar kompüter elmləri, iqtisadiyyat, psixologiya, optimallaşdırma, məntiq və bir sıra başqa sahələri də əhatə edir. Eyni zamanda, süni intellekt təbiət elmləri və mühəndislikdən başlayaraq, bir çox sahədə geniş şəkildə istifadə olunur. Eləcə də kiberdələduzluğun aşkar edilməsindən tutmuş, müştərilərin hansı xidmətə ehtiyacının olacağını təxmin edərək müştəri xidmətinin inkişafına kimi maliyyə və biznes dünyasındakı hər bir sahədə süni intellektdən geniş istifadə edilir. Emaledci sənayedə isə işçi qüvvəsinin və istehsalat prosesinin idarə edilməsində, habelə baş verə biləcək xətaların öncədən təxmin edilməsində süni inttelekt köməyə gəlir.

Lakin bədnam qonşumuz Ermənistan isə süni intellektdən ilk növbədə birbaşa hərbi sferada yararlanmağa qərar verib. Bunun səbəbi nədir? Ümumiyyətlə, bu sərsəm ideyanı Paşinyanın ağlına kim salıb?

Bu işin arxasında təbii ki, Fransa lideri dayanır. Süni intellekt həlləri sahəsində Fransanın da geridə qaldığını anlayan Emmanuel Makron, öz ölkəsi ilə bərabər Ermənistanı da süni intellektə əsaslanan iqtisadiyyat və ordu modelinə keçməyə təşviq edir. Bu yaxınlarda Paşinyan və Mirzoyanın da qatıldığı 19-cu Beynəlxalq Frankofoniya Forumunda Makronun təşəbbüsü ilə frankofon ölkələrinin müdafiəsi üçün süni intellektdən istifadə edilməsi geniş müzakirə edildi (hərçənd ki, hərbi və siyasi məsələlər Frankofoniyanın missiya və təyinatına aid deyil).

Bundan öncə isə Cənubi Koreyaya səfər edən Ermənistanın müdafiə naziri Suren Papikyan sentyabrın 9-u və 10-da Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş süni intellektlə bağlı yüksək səviyyəli görüşdə iştirak edib.

Bir sözlə, Ermənistan hakimiyyəti ordusunu gücləndirmək və Azərbaycan üzərində həlledici üstünlük əldə etmək üçün süni intellektə ciddi önəm verməyə başlayıb.

Türk dövlətləri arasında hərbi sənaye sferasında rəqəmsal texnologiyalara, süni intellektə ən çox üstünlük verən ölkə isə şübhəsiz ki, Türkiyədir.

Qırğızıstan və Qazaxıstan da bu sahə ilə ciddi şəkildə maraqlanmağa başlayıb.

Oktyabrın 10-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk dövlətlərinin süni intellekt üzrə ilk sammitinin (Türk Dövlətlərinin Süni İntellekt Forumu) keçirilməsi də bu istiqamətdə atılan mühüm addımlardan biridir. Türk dövlətlərinin bu sahə üzrə aparıcı ekspertlərinin bir araya gəldiyi sözügedən sammitdə süni intellekt sahəsində ən son nailiyyətlərin müzakirəsi ilə yanaşı, Türk dünyası üçün süni intellektin ortaq inkişaf strategiyalarının hazırlanması əsas hədəflərdən biri kimi gündəmə gətiriləcək.

Forumda çıxış edən Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov bildirib ki, Qırğızıstanda süni intellektlə bağlı böyük məlumat emalı mərkəzləri və informasiya mərkəzləri tikiləcək. Çünki elektrik var, iqlim buna imkan verir, su var və sairə. Buna görə də dağlarda, hektarlarla ərazidə sadəcə nəhəng zavodlar, kompüter gücləri olacaq ki, onlar da süni intellektə xidmət göstərəcəklər

Gördüyümüz kimi bu gün dünyanın bir sıra ölkələrində süni intellekt bütün risk və mənfiliklərinə baxmayaraq gələcəyə aparan yol kimi qəbul edilir.

Azərbaycanda da süni intellektin intensiv tətbiq edildiyi sahələr var. Belə ki, ölkəmizdə süni intellekt əsasında kənd təsərrüfatında dronların tətbiqi, elektron hökumət portalında "ASAN Login" üzərindən üz tanıma və sistemə giriş imkanı mövcuddur. SOCAR və digər sənaye qurumlarında, neft-qaz təşkilatlarında süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Gömrük məntəqələrində xüsusi komputerlər və kameralar vasitəsilə məhsulların skan olunması və onların detalları ilə bağlı araşdırma aparılması istiqamətində işlər gedir.

Habelə, Azərbaycan dilinin korpusunun yaradılması, çağrı mərkəzlərində süni intellekt vasitəsilə səsin, yazının tanınması və insanlara cavab verilməsi, generativ Aİ əsaslı xüsusi mobil tətbiqlər vasitəsilə insanların sual verib cavab alması istiqamətində işlər aparılır.

Lakin görülən işlərlə kifayətlənmək olmaz. Biz süni intellektin tətbiq edildiyi sahələrin əhatə dairəsini daha da genişləndirməli və Cənubi Qafqazda süni intellektdən istifadə üzrə birinciliyi əldə saxlamalıyıq. Bununla yanaşı, süni intellektin təkcə istifadəcisi (və ya istehlakçısı) yox, həm də bu sahə üzrə tədqiqatçı ölkə olmaq, həllər təklif edən ölkəyə çevrilmək istiqamətində də işləməliyik.

Bununçün isə ölkəmizdə ilk növbədə süni intellektin köklü inkişafı məqsədilə orta məktəblərdə robotexnika və kodlaşdırma dərsləri tədris edilməli, məktəblilərin proqramlaşdırma və ixtiraçılıq fəaliyyətlərinə sıx dəstək verilməli, onların süni intellektə əsaslanan layihələri təşviq edilməli və maliyyələşdirilməlidir.

P.S.

Və bunu da unutmamalıyıq ki, yaxın gələcəkdə dünyada ölkələr iki qrupa bölünəcəklər: süni intellekt həlləri yaradan, təklif edən ölkələr və süni intellektdən sadəcə istifadə edən ölkələr. Birinci qrupa daxil olan ölkələr dünyaya ağalıq edəcəklər.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Faiq İsmayılov: Erməninin ehtiyacı olarsa "səmimidir", "qayğıkeşdir"

Faiq İsmayılov: Erməninin ehtiyacı olarsa "səmimidir", "qayğıkeşdir"

John Doe 6 gün əvvəl

Qulu Məhərrəmli: Sosial şəbəkələrdə söyüş niyə artıb?

Qulu Məhərrəmli: Sosial şəbəkələrdə söyüş niyə artıb?

John Doe 1 həftə əvvəl

Faiq İsmayılov: Ağdərə rayonunun Suqovuşan kəndi: Malikanə kompleksi

Faiq İsmayılov: Ağdərə rayonunun Suqovuşan kəndi: Malikanə kompleksi

John Doe 1 həftə əvvəl

Faiq İsmayılov: Laçına köçürülən kənd əhalisinin torpaqdan məhrum edilməsinin nə kimi üstünlükləri var?

Faiq İsmayılov: Laçına köçürülən kənd əhalisinin torpaqdan məhrum edilməsinin nə kimi üstünlükləri var?

John Doe 1 həftə əvvəl

Şakir Eminbəyli: Stadiondakı 30 000 azərbaycanlı azarkeş 1800 ingilisi susdurmağı bacarmalıdır!

Şakir Eminbəyli: Stadiondakı 30 000 azərbaycanlı azarkeş 1800 ingilisi susdurmağı bacarmalıdır!

John Doe 1 həftə əvvəl

Sənan Nəcəfov: Hanı sizin "banak"ınız? "banak"ı bankaya çevirdi e Bakı

Sənan Nəcəfov: Hanı sizin "banak"ınız? "banak"ı bankaya çevirdi e Bakı

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com