25 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Həyat yolu örnək olan fədakar qadın

Həyat yolu örnək olan fədakar qadın

Tehran Qalibafın istefasını rədd etdi

Tehran Qalibafın istefasını rədd etdi

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
Siyasət YADA DÜŞƏN XATİRƏLƏR

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN VƏ MƏDƏNİYYƏTİNİN RƏMZİ: MEHRİBAN XANIM ƏLİYEVA

1 il əvvəl 418 01

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN VƏ MƏDƏNİYYƏTİNİN RƏMZİ: MEHRİBAN XANIM ƏLİYEVA

Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, çox hörmətli Mehriban xanım Əliyevanın şəxsiyyətindən söhbət açarkən onun geniş və çoxşaxəli siyasi, xeyriyyəçilik fəaliyyətini, təhsil və mədəniyyət sahəsində xidmətlərini qeyd etmək yerinə düşərdi. Milli mədəniyyətin inkişafına misilsiz qayğı göstərən Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin təcəssümü, rəmzi hesab olunur. Rəmz isə haqqında uzun-uzadı və səmərəli düşünə biləcəyimiz bir fenomendir.

Tarix öz hadisələrinə görə şəxsiyyətlərüzəri (transpersonal) bir məvhum olsa da, bu yalnız zahirən belə görünür. Tarixin axarını görkəmli xarizmatik şəxsiyyətlərin əməlləri və fəaliyyətləri formalaşdırır. Azərbaycan tarixinin trayektoriyasını isə cənab Prezident və Mehriban xanım Əliyeva şəkilləndirir. Bu iki şəxsiyyətin iş birliyi müasir Azərbaycanın tarixində bir fenomen təşkil edir. Azərbaycan dövlətçiliyinə düşmən kəsilənlərin təlaşlı təxribatına baxmayaraq, yaxın gələcəkdə əldə edilə biləcək bütün nailiyyətlər, onların bu genişspektrli fəaliyyətinin bəhrəsi olacaqdır.

Mehriban Əliyeva hesab edir ki, istənilən bir cəmiyyətdə ən geniş mənada mərhəmətin, insanpərvərliyin, qayğının, xeyirxahlığın çiçəklənməsi universal bir normadır. O, bu dəyərləri dövlət siyasəti ilə əlaqələndirərək dərin bir nəticə çıxarır: inkişaf etmiş uğurlu cəmiyyət yalnız sözügedən sosial duyğuların təşviqi və dəstəklənməsi zəminində mümkündür. Yeganə məqbul hesab edilən proqram burada siyasətin özəyi kimi təsvir edilir. Dövlət xadımı kimi Mehriban xanım Əliyeva iqtisadi münasibətlərin sosiallaşmasından tutmuş birgə amalın formalaşması prosesində vətəndaşların həmrəyliyinə qədər, qlobal hadisələr zamanı həmvətənlərinin ləyaqətli yaşaması haqqında müasir təsəvvürü ifadə edir.
Mehriban xanımın sözlərinə görə “Azərbaycan müasir, dünyəvi, müsəlman dövlətidir. Çox tolerant bir ölkədir, burada müxtəlif dinlərin nümayəndələri rahat yaşayırlar. Belə bir dövlətin nümunəsi Şərq ilə Qərb arasında dialoq baxımından çox önəmlidir”.

Mehriban Əliyevanın fikrinə görə, insanların yaxınlaşması üçün geniş imkanlar yaradan kommunikasiya vasitələrinin artmasına baxmayaraq, reallıqda sosial laqeydliyin getdikcə artması, insanlar arasında uçurumun genişlənməsi müşahidə olunur və bu dövrümüzün ən təsirli təzadlarından biridir. Bu gün dünyanın üzləşdiyi ən böyük problem müasir cəmiyyətlərin dərin mənəvi böhranıdır ki, bu da özünü həyatın həqiqi ideallarının saxta ideallarla əvəz olunması və nəticədə insanların sosial cəhətdən yadlaşması ilə birüzə verir. Onun mətnlərində təbii ki, hazır reseptlər yoxdur, lakin Mehriban xanıma təsvir olunan əxlaqi reallığa tamamilə zidd olan ideallara yönəlmiş şüurlu yaşam nümunələrinin məlum olduğunu nəzərə alaraq, bu reseptlərin orada olduğunu bilirik. Optimizmin mənşəyi də məhz buradan qaynaqlanır. Mehriban xanım ISESCO-nun xoşməramlı səfiridir. Xoşməramlı səfirin vəzifəsi İslam dünyasının malik olduğu imkanları elm, mədəniyyət və təhsil vasitəsilə dünyaya göstərməkdir.

Dünyanın 57 ölkəsini birləşdirən ISESCO son dərəcə nəcib bir missiyanı yerinə yetirir. Təşkilatın əsas məqsədi ölkələr arasında elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin qurulması və geniş vüsət alması, xalqlar arasında dialoqun yaradılmasıdır. Bu isə öz növbəsində sülhün, təhlükəsizliyin və əmin-amanlığın təminatı deməkdir. Fəaliyyət göstərdiyi 24 il ərzində İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatı çox böyük işlər görüb, böyük nailiyyətlər əldə edib. Müsəlman ölkələrində elmin, təhsilin, mədəniyyətin inkişafı istiqamətində genişmiqyaslı layihələr və proqramlar həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, ISESCO öz fəaliyyətini təkcə müsəlman ölkələri ilə məhdudlaşdırmır. Dünyada elə ölkələr, elə dövlətlər var ki, orada müsəlmanlar əhalinin 10, 20, 30 faizini təşkil edir. ISESCO həmin ölkələrlə də çox sıx əməkdaşlıq edir, proqramlar hazırlayır, elmin, mədəniyyətin və təhsilin inkişafı üçün kreditlər, qrantlar ayırır.

ISESCO-nun digər çox mühüm fəaliyyət istiqaməti islam dünyasının zəngin tarixi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir. Bu gün bəzi müsəlman dövlətlərində müharibə getdiyi şəraitdə bu cür fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, İslam sivilizasiyalarının yaradıcı potensialı heç də tükənməmişdir.

Dünyada unikal geosiyasi mövqeyə malik olan Azərbaycan Şərqlə Qərb arasında bir növ mədəni ideyalar portalına çevrilir. Mədəniyyətdən bəhs etmək indi əvvəlkindən daha vacibdir. Mədəniyyətlər qlobalizmi onların yaşaması üçün birbaşa təhlükə qəbul edirlər. Bütün dünya eyniləşərsə və biz vahid bir planetar mədəniyyət formasında mövcud olmağa başlayasaq, o zaman biz, bizi formalaşdıran mədəni kimliyimizi itirərik. Heç bir mədəniyyəti öz koduna qarşı getməyə məcbur etmək olmaz. Demək olar ki, bu gün mədəniyyət kodu qlobalizmə qarşı durur.

Fikrimizcə, hörmətli Mehriban xanımın fəlsəfi axtarışlarının məğzi, insan varlığının əbədi etik problemlərini heç bir şəkildə həll etməyən Qərbin rəqəmsal təfəkkürü ilə qorunub saxlandığı halda ekzistensial seçimin kritik anında həmişə köməyə gələcək olan milli ənənələrin gücü arasında “qızıl ortanı”, yəni ortaq məxrəci tapmaqdır. Axı, ənənənin yalnız donmuş, adətlər ilə təqdis olunan normalar, fikirlər və obyektlər məcmuəsi olduğuna inanmaq bir sadəlövhlük olardı. Ənənələrin kreativliyini, qlobal problemlər labirintində öz orijinal yolunu tapmaq üçün nəhəng yaradıcı potensialını nəzərdən qaçırmamalıyıq.

“Tarixin sonu” kimi dözülməz bir dünya yaranır, bizim tariximiz isə davam edir. Biz bu tarixi Vətənə, xalqa xidmətimizin hər anı ilə yazırıq. Mehriban xanım belə bir xidmətin əsl fədaisidir.

Mehriban xanım canlı təmsilçisi olduğu Azərbaycan siyasi mədəniyyətinin zahiri paradoksallığı dövlət maraqlarının qorunmasında modernizmin və ənənəviliyin, universalizmin və milli qürurun, tolerantlığın və prinsipiallığın xüsusi sinergetikasından, alternativlərin nəzərə alınmasından və gələcəyin aydın şəkildə strateji planlaşdırılmasından ibarətdir. Biz həmçinin çoxmillətli xalqımız daxilində dünyagörüşü fərqlərinin dünya səviyyəli zəka ilə ahəngdar şəkildə uzlaşan bir müdrikliklə aradan qaldırıldığını görürük.

Mehriban xanım Əliyevanın fikrincə, istənilən qadın həyatına bağlı olan öhdəliklərin əsarətindən onu azad edən, Azərbaycanın müasir dövründə dominant olan emansipasiya idealına söykənən hər hansı bir statusdan asılı olmayaraq qadın olaraq qalır. Bu, dövlət xadiminin qürur duyduğu bir nailiyyətdir. Onun qürur duyduğu bu nailiyyət qadının radikal İslam qanunlarına geri qaytarılması cəhdlərinə qarşı bir sədd olduğunu düşündürür.

“Mədəniyyət” sözünün   mənası   “becərmək”   deməkdir.

Siseron tarlanı (ager) və ruhu (animus) müqayisə edirdi. İşlənməmiş tarla (sine cultura) və tərbiyə edilməmiş ruh (sine doctrina) səmərəsiz olaraq qalır. Fəlsəfə qüsurları aradan qaldıran və ruhu nəcib əkinlərə hazırlayan ruhun işlənməsidir. Qüsurlar təbii səbəblərdən, onların aradan qaldırılması isə insanın iradəsindən asılıdır.

Əlbətdə ki, ailə insanın ruhunun formalaşmasında əsas rol oynayır. Mehriban xanım xatırlayır ki: “Biz milli köklərimizi, adət- ənənələrimizi, insanlarla ünsiyyət qurmağı öyrənirdik, bizə nəyin real, nəyin isə illüziya olduğunu başa salırdılar. Ailədə başa düşməyə başladıq ki, dürüst və ləyaqətli olaraq qalmaqla həmişə qazanan biz olacağıq. Bizə gözəl zövq aşılanır və mənəviyyatın həmişə maddiyatdan daha dəyərli olduğu dərk etdirilirdi. Bizə aydın, düzgün həyat təlimatları verilirdi. Yetkin həyatımızın bütövlükdə təməli məhz o vaxt, uşaqlıqda, həmin bu ailə mühitində qoyulmuşdur. Bütün bunlar ailəmizin yaşlı nəslinin məziyyətidir”.

Bu, onun həyatının əsas etik prinsipini formalaşdırdı: “Heç vaxt, heç bir halda ləyaqətimizi itirməməliyik, öz vicdanımızla sövdələşməyə getməməliyik. Özümüzlə barışdıq olduğumuz zaman həyat yaşamaq üçün daha asan olur. Xoş məramlı olmağa çalışmalıyıq. Daha çox yaxşı işlər görməyə tələsməliyik”.

Ruhunun formalaşmasında ikinci mühüm amil olaraq Mehriban xanım Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə uzun illər ünsiyyətini qeyd edir. Mehriban xanım haqlı olaraq Heydər Əliyevin “Müzəffər olub Müzəffər də getdiyini” bildir.

Mehriban xanımın şəxsi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, qeyri-adi bir vəziyyətdə onun təbiəti son dərəcə iradə səfərbərliyi ilə reaksiya verir. Bu, böyük və zəfərli işlər üçün yaradılan insan keyfiyyətidir.

20 ildir Mehriban Arif qızının uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu gələcəkdə Azərbaycan siyasətinin beyin mərkəzinə çevriləcəkdir. Avrasiya və Qərb (Avro-Atlantik) sivilizasiyalarının mədəni orijinallığı hələ uzun illər gündəmdə duran aktual məsələ olacaqdır. Mənəvi dəyərlər sistemini yaratmadan və inkişaf etdirmədən, dünyəvi ideologiya formalaşdırmadan suverenliyi qoruyub saxlamaq mümkün olmayacaq. Bilik və hakimiyyət imkanlarının sintezinə malik olan bu Fond dövlət siyasətinin işlənib hazırlanmasında mənəviyyatı və iradəni birləşdirən, cəmiyyət üçün aydın və anlaşılan bir mərkəzə çevriləcəkdir.

Milli ənənələr cismimizə və qanımıza qarışır, təbii qəbul olunur və demək olar ki, nəzərə çarpmır. Lakin digər mədəniyyətlərin nümayəndələri ilə görüşəndə kimliyimizi dərindən dərk edirik.

Yalnız intellektual, mədəni, mənəvi cəhətdən inkişaf etmiş elitalar milli ənənənin ən yüksək, fəlsəfi mənasını dünyaya orijinal inkişaf yollarını və öz mədəni statusunu təklif edən xüsusi bir sivilizasiyanın təməli kimi dərk edə bilirlər. Mehriban xanım da belə uzaqgörən insanlardan biridir.
Mehriban Əliyevanın dünyanı, xalqların, insanların taleyini romantik qavrayışı var. Bu romantizmin mənşəyi onun valideynlərinin və yaxınlarının yaşadığı müasir cəmiyyətdən qaynaqlanır. Onun dünyanı romantik qavrayışını qoruyub saxlaması dünyada cərəyan edən və təbii ki, Azərbaycandan da yan keçməyən fövqaladə hadisələr dövründə həqiqətən dəyərli bir bacarıqdır.

Mehriban xanım Əliyeva deyir ki, mənim dünyanı dəyişmək kimi arzum yoxdur, sevdiyim işlərlə məşğul olmaqla özümü dəyişmək mənim üçün daha maraqlıdır. Bu ifadənin özəyi onun uşaqlıqdan böyüdüyü, dünyanı dərk etdiyi, öz milli varlığında təbii olduğu dövrdən qaynaqlanan düzgün bir düşüncəni ehtiva edir. Dünyanı özlərini dinamik cəmiyyətin normalarına uyğun olaraq dəyişən şəxsiyyətlər dəyişdirir. İş ilə məşğul olan, böyük imkanlara malik insanlar mühiti, ümumilikdə cəmiyyəti də dəyişirlər.

Mehriban xanımın Prezidentin ətrafında birləşmək bacarığı xalqın sosial-mədəni modelinə “tikilib”. Konkret olaraq isə Mehriban xanımı birinci şəxsdən fərqləndirmək asan deyil. Bütünləşmə və qarşılıqlı əlaqə fenomenal və məhsuldardır. Ali hakimiyyətin bütün nailiyyətləri ağıl və ruhun sintezinin nəticəsidir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevada dövlət zəkasının, zahiri gözəlliyin, qüsursuz cazibənin uğurlu vəhdəti öz əksini tapmışdır. Aşkar və gizli çağırışları ilə bizim bu dövrümüzdə, həm də qısamüddətli perspektivdə, xalqımızın həyatında taleyüklü əhəmiyyət kəsb edəcək tarixi bir faktdır.

Mehriban xanım Əliyeva həmişəki kimi zərifdir, bənzərsiz zövqə malikdir ki, bu da ona mütləq minimalizmlə, lakin Lady like üslubunda cəlbedici obrazlar yaratmağa imkan verir. Status ilə qadınlıq daima marağa səbəb olan bir sintezdir. Ölkə vətəndaşları birinci xanımın imicinə biganə deyil. Və, əlbəttə ki, qürur duyduğumuz çox şey var: Mehriban xanım fərdi “geyim” obrazı olaraq autfitin yaradılmasında incə zövqünü nümayiş etdirir.

Azərbaycanın birinci xanımının paylaşımları yaxın illərdə Azərbaycanda və bütün Avrasiya məkanında böyük tarixi rol oynayacaq bir insanın daxili dünyası haqqında məlumat xəzinəsidir. O, müasir Azərbaycanın – xalqın tarixində parlaq bir dövrün övladıdır. Bizim üçün hər şey qarşıdadır, keçmişimizi xatırlayaraq daim irəli gedirik. Mehriban Əliyevanın çıxışları da bundan bəhs edir, dövrün irsinin onun şəxsi mədəni seçimləri haqda düşüncələrini əks etdirir.

Onun sözləri hərəkəti ilə birlikdə dərin simvolik xarakter daşıyır. Bu, hakimiyyətin Heydər Əliyevin adı ilə gələcəyə addımlamasıdır. Bu, şəxsən əvəzolunmaz Mehriban xanımın Müzəffər Prezidentlə tandemdə təcəssüm olunmuş tarixi əlaqədir.

Azərbaycanın Birinci vitse-prezidentinin davranış tərzi Azərbaycanda tamamilə yeni bir fenomendir. Burada formallıqdan əsər- əlamət yoxdur. Şəninə təriflərə biganəlik də bu silsilədəndir. Prezident cütlüyü gücə pərəstiş hallarını dəstəkləmir.

L.N.Qumilyovun terminologiyasından istifadə etsək, Mehriban xanım Əliyeva özünü ideyaya, öz xalqına xidmətə həsr etmiş, milli mədəniyyəti yeni nailiyyətlərə apara bilən, müasir dövrün qlobal çağırışlarına cavab olaraq ona lazımi dinamizm bəxş edə bilən passionarilər tipinə aiddir.

Mixail Opyonkov, fəlsəfə elmləri doktoru, M.V.Lomonosov adına
Şimali Arktika Federal Universitetinin professoru,

Lətifə Məmmədova, tarix üzrə fəlsəfə doktoru,
AJB-nin üzvü, Fəxri mədəniyyət işçisi.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Qarabağ"ın futbolçusundan Azərbaycanın Milli Qəhrəmanına

"Qarabağ"ın futbolçusundan Azərbaycanın Milli Qəhrəmanına

John Doe 3 gün əvvəl

Fikrət Şiriyev: Bu gün prof. Cəfər Cəfərovun doğum günüdür

Fikrət Şiriyev: Bu gün prof. Cəfər Cəfərovun doğum günüdür

John Doe 4 gün əvvəl

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

John Doe 2 həftə əvvəl

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

John Doe 2 həftə əvvəl

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

İlham Əliyev və Latviya Respublikasının...

24 aprel 2026 10:27:47
• Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub}

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

23 aprel 2026 22:45:27
• İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib}

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimi...

17 aprel 2026 22:08:42
• İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb}

İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakista...

17 aprel 2026 17:33:01
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com