26 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Türkiyə Müdafiə Nazirliyi: Biz həmişə Azərbaycanla birik

Türkiyə Müdafiə Nazirliyi: Biz həmişə Azərbaycanla birik

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Faiq İsmayılov: Zabux kəndinin bərpa layihəsi digər kəndlərimizin bərpasında prioritet ola bilməz

2 il əvvəl 1041 01

Faiq İsmayılov:

Zabux kəndinin bərpa layihəsi digər kəndlərimizin bərpasında prioritet ola bilməz

Laçın rayonunun Zabux kəndi Ermənistan Silahlı Qüvvələrinin işğalından öncə kənd təsərrüfatı ilə ixtisaslaşmış kənd idi. Kənd əhalisi bağçılıq, heyvandarlıq və qismən də sənaye və xidmət sahələrində çalışırdılar. Keçən dövrün statistik məlumatına əsasən, işğaldan öncə Laçın rayonunun Zabux kəndində 1478 nəfər əhali yaşayıb. Bu əhaliyə məxsus 378 fərdi mənzillər, tövlələr və digər əmlaklar mövcud olub.  Kənd əhalisinin mülkiyyətində 1975 baş  iribuynuzlu (mal-qara) , 2120 baş xırdabuynuzlu (qoyun.keçi), 3620 baş ev quşları, 258 baş arı ailəsi, 28 hektar meyvə bağları. 106 hektar biçənək sahəsi, 212 hektar əkin sahəsi əhalinin il boyu qida ehtiyaclarını ödəyirdi. Zabuxluların 1060 hektar yaylaq əraziləri vardı ki, onlar yay ayları bu yaylaqlarda rahat şəkildə mal-qaralarını bəsləyə bilirdilər.

Bundan başqa, məktəb, uşaq bağçası, həkim ambulatoriyası, mədəniyyət evi, kitabxana, rabitə qovşağı, mağaza kənd sakinlərinə xidmət göstərir və həm də əhalinin bir qisminin məşğulluğunu təmin edirdi. Əhalinin məşğulluğunu təmin etmək üçün kənddə hər gün 30 dəst qadın üst geyimləri istehsal etmək güçündə olan Tikiş fabrikinin Zabux filialı açılmışdı.Burada xeyli sayda zabuxlu işlə təmin olunmuşdu.

1992-ci il Ermənistan Silahlı Qüvvələri tərəfindən Zabux kəndinin işğalı, yüz illərlə formalaşan bu kəndin həyat tərzini, adət ənənələrini, vərdişlərini məhv etdi. Ermənilərin son 30 ildə yol verdikləri vandalizm hadisələri nəticəsində zabuxluların evlərinin xarabalıqları belə xəritədən silindi. Kənddə Avropa istirahət mərkəzləri tipində layihələrə əsaslanan kotteclər tikilərək  Suriyadan gətirilən erməni ailələri məskunlaşdırılmağa başlandı. Əlbəttə bu kəndin adət ənənələri ilə bərabər onun quruluşunu da  dəyişdirdi.  Revanşistlər tərəfindən kənd erməniləşdirilməyə cəhd edilsədə, yaratdıqları mənzərə heç müasir erməni kəndlərinə də bənzəmədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əzmi iradəsi, Azərbaycan Silahlı Qüvvələrinin döyüşkənliyi və dönməz iradəsi sayəsində II Qarabağ müharibəsi ordumuzun tam və qəti qələbəsi ilə başa çatdı. Qələbədən sonra hər bir məcburi köçkün ailəsi kimi, zabux camaatı da  oz yurdlarına qayıdıb yarımçıq qoyduqları həyat tərzini yenidən bərpa edib yaşamalarına ümidlər yaratdı. Xoşbəxtlikdən Zabux kəndi bərpa olunan kəndlərin sırasında birinci oldu.

Qələbədən sonra, bütün işğaldan azad olunmuş kənd və qəsəbələrə qalibiyyət bayrağını sancan ölkə başçısı öz çıxışlarında bərpa zamanı “işğaldan azad olunmuş ərazilərimizin öz tarixi gözəlliyini” özünə qaytarmağı, dəfələrlə vurğulamışdı. Prezidentin bu tövsiyyələri hər bir məmur, bərpaçı hətta sıravi vətəndaşların belə gündəlik işinin əsas istiqaməti olmalıdır.  Çünki Ölkə başçısının göstərişləri əməl edilməyəndə, sonra nöqsanların aradan qaldırılmasına  problem yaradır.

İşğaldan azad olunmuş  istənilən bir inzibati yaşayış məntəqəsi layihələşdirilərkən, kəndin keçmiş dizaynı, relyefi, kənd sakinlərinin adət ənələri, vərdişləri, Qarabağ memarlığının klassik ənənələri mütləq şəkildə nəzərə alınmalıdır. Müsir dövrdə kəndlərin bərpası və şəhərsalmada müasirlik qaçılmazdır. Lakin müasirlik, bizə düşmən olan ölkələrin həyatımıza və mənşəyimizə yad plan layihələrin ərazilərimizdə tətbiqi ilə olmamalıdır. Bizim zorla  evlərindən  qovulan insanlarımızın dədə-baba mülklərinin üzərində, onların razılıqları olmadan nə mənəvi nə də hüquqi baxımdan “hollivudlar” düzəltməyə  haqqımız yoxdur.

Memarlıqda müasirlik Azərbaycanın klassik memarlığının sintezindən yaranmalıdır. Yəni müasir dəyərlərimizin kökündə milliliyimiz dayanmalıdır ki, bizim böyük vəsaitlər hesabına yaratdığımız memarlıq nümunələri milli kimliyimizi təsdiq etsin. Bu gün hansısa bir  mədəniyyətin hansı xalqa və ya millətə aid olmasını memarlıq abidələrin quruluşu və üzərindəki elementlərlə  müəyyənləşdirə biliriksə. Biz işğaldan azad olunmuş ərazilərimizdə öz milli memarlığımızdan niyə imtina etməliyik?

Azərbaycanın müasir memarlığını yarada bilən onlarla bəlkədə yüzlərlə gənc, orta və yaşlı nəslə aid memarlar ordumuz var. Biz onların əməyindən istifadə etməklə eyni zamanda ölkəmizdə Azərbaycan memarlığının inkişafına  da dəstək vermiş olmuruqmu? Laçına və Zabuğa baxanda yad bir ölkə memarlığının daşıyıcısından daha çox azərbaycançılığı xatırladan gözəlliyə baxmağın nəyi pis olardı?

Bu iki şəkilə diqqətlə baxın, hər iki şəkil Zabux kəndinə aiddir. Birini biz işğaldan sonra tikdiyimiz Zabux kəndidir, digərini ermənilərin işğal dövrü tikdikləri Zabux kəndidir. Hər ikisi sani eyni memarın layihəsidir.Zabuğun bərpası başlayanda ermənilərin tikdikləri yeni evlər “ermənilərin xatirəsi qalmasın” deyə hamısı söküldü. Bəs yeni bizim tikdiyimiz evlər görəsən gələcəkdə kimləri xatırladacaq?

İşğal dövrü ermənilərin tikdikləri Zabuxla, bizim indi tikdiyimiz Zabux formaca müxtəlif olsada mahiyyətcə eynidir. Çünki eşitdiyimə görə onlara da bizə də  layihəni təqdim edən Avropadır.  Beləki ermənilər buyuruq qulu kimi,  tikdikləri kotteclərdə öz millətlərinin  gündəlik vərdişlərini və adət ənənələrini  nəzərə alınmamışdılar, bizimkilər də bu kəndin bərpasında  ermənilərin etdiklərini(yəni qoyduqları mirası) sadəcə  təkrarlayırlar. Yəni kənd evlərinin həyətyanı  torpaq sahələri  kifayət qədər kiçildilib. Mal-qara üçün tövlələr tikilmədi.

Bununlada əhalinin yüz illərlə formalaşan əmək vərdişlərinə son qoyuldu. İnsanların əmək vərdişlərinə qoyulan qadağa, onların eyni zamanda adət ənənələrinə də təsirsiz ötüşməyəcək, onu sıradan çıxaracaqdır.

Bakı  ətrafı qəsəbələrdə və digər rayaonlarda məskunlaşdırılan və ailə təsərrüfatı ilə məğul olan məcburi köçkünlər, öz evlərinə qayıdanda  bunu edə bilməsələr, onların yenidən köhnə məskunlaşdıqları yerlərə qayıtmalarını görməkdən, Allah bizi qorusun.

Laçının digər kəndlərində olduğu kimi Zabux kəndində də əhalinin əmək vərdişləri hər birinin ailə büdcəsin formalaşmasında mühüm rol oynayır, ailənin gəlirlərini artırırdı. Məsələn peşəsindən asılı olmayaraq, bütün kənd sakinləri (istər məktəb direktoru, istər müəllim, istərsədə digər peşə sahibi və ya adi vətəndaş) özünün həyətyanı sahəsində meyvə-tərəvəz becərir, mal-qara toyuq-cücə saxlayırdılar.  O, məhsullarla həm ailəsini təmin edir və həm də artıq məhsullarını bazara çıxarıb satırdılar. Deməli bu həyat tərzi ölkədə məhsul bolluğunun yaranmasına da bir stimul ola bilər. Əgər bu belədirsə, bəs o zaman biz niyə bu həyat tərzindən niyə imtina edirik?

Lakin Ağdərə rayonunun ərazisindəki  Talış kəndinin bərpasında, Zabux kəndində  bizi narahat edən nöqsanlara yol verilməyib.  Bu sevindirici haldır. Çünki insanları torpağa bağlayan mənəvi tələblərdən daha çox onun gündəlik məşğuliyyəti yəni əmək vərdişləridir. Hal-hazırda Talış kəndində bərpa edilən hər bir ailəyə məxsus ev, torpaq sahəsi, mal-qara, toyuq cücə saxlamaq üçün tövlə tikilib və bu kənddə kəndliyə hər cür şərait yaradılıb. Burada yaşayan kəndlinin hər cür şəraiti olacaq.

O zaman bu məsələ haqlı bir sual yaradır. Talış kəndində kəndliyə yaradılan bu şərait, nədən Zabux kəndində yaşayan əhaliyə yaradılmır? Bu baxımdan deyirəm Zabux kəndinin bərpa layihəsi Laçın rayonunun digər 125 kəndi üçün pioritet ola bilməz.

Öz yurd yerlərinə qayıdan insanlar dincəlməyə gəlmirlər, öz dədə babalarından onlara miras qalan əmək vərdişləri ilə məşğul olmağa öz əməkləri ilə yaşamağa və yaşatmağa gəlirlər. Gəlin Zabux kəndinin bərpasında yol verdiyimiz nöqsanları, digər kəndlərimizə tətbiq etməyək.

Faiq İsmayılov

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bakı və Aşqabad: Strateji tərəfdaşlıq möhkəmlənir

Bakı və Aşqabad: Strateji tərəfdaşlıq möhkəmlənir

John Doe 2 gün əvvəl

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

John Doe 1 həftə əvvəl

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

John Doe 1 həftə əvvəl

Faiq İsmayılov:  Uşaq pulu cəmiyyətdə narazılıq yaratmaq üçün vasitə olmamalıdır

Faiq İsmayılov:  Uşaq pulu cəmiyyətdə narazılıq yaratmaq üçün vasitə olmamalıdır

John Doe 3 həftə əvvəl

Həyatlarını riskə atan, həqiqət uğrunda prinsipial mübarizə aparanlar

Həyatlarını riskə atan, həqiqət uğrunda prinsipial mübarizə aparanlar

John Doe 3 həftə əvvəl

Sən bir günəş idin Azərbaycanın üzərində doğan...

Sən bir günəş idin Azərbaycanın üzərində doğan...

John Doe 4 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr...

26 iyun 2026 11:59:08
• Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib}

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım...

26 iyun 2026 11:47:05
• Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar}

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada B...

23 iyun 2026 19:21:39
• Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib}

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib

23 iyun 2026 19:10:26
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com