02 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyası ərazisində lokal atəşkəs barədə razılığa gəliblər

Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyası ərazisində lokal atəşkəs barədə razılığa gəliblər

Vuçiç Tokayevdən Serbiya kəşfiyyat xidmətlərinə təlim keçməyə kömək etməsini istədi

Vuçiç Tokayevdən Serbiya kəşfiyyat xidmətlərinə təlim keçməyə kömək etməsini istədi

ABŞ İsrailə görə səfirlik işçilərini təxliyə edir

ABŞ İsrailə görə səfirlik işçilərini təxliyə edir

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Mədəniyyət
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Mədəniyyət Elm və Təhsil

Görkəmli şair Əli Tudənin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

1 il əvvəl 593 01

Görkəmli şair Əli Tudənin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində görkəmli şair Əli Tudənin 100 illiyinə həsr olunmuş tədbir keçirdi.

Tədbir iştirakçıları və qonaqlar Qələbəmizi, Zəfərimizi bizə bəxş edən qəhrəman şəhidlərimizin və Əli Tudənin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbiri açaraq qonaqları salamladı və şairin yaradıcılığı haqqında qısa məlumat verdi. O qeyd etdi ki, Əli Tudə vətənpərvər şair olub, onun lirik şeirləri hamı tərəfindən sevilir. O, ilk şeirlərini 13 yaşında Heydər Rzazadə imzası ilə yazmış və Təbrizdə ona “Tudə” təxəllüsü verilmişdi. Tudə – xalq deməkdir. Şair xalqını, Vətənini çox sevirdi, yazdığı şeirlərini gözəl səsləndirirdi. Lətifə Məmmədova Əli Tudənin 100 illik yubileyi münasibətilə onun uşaq şeirlərinin, toplanması və ayrıca kitab şəklində nəşr olunması təklifini irəli sürdü.

AYB-nin Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruz çıxışında bildirdi ki, biz bu gün vətənpərvər şair Əli Tudənin işığına toplanmışıq və mən arzu edirəm ki, belə tədbirlər məktəblərdə, bütün təhsil ocaqlarında davamlı şəkildə olsun. Əli Tudə ömrü boyu bütöv və azad Azərbaycan eşqi ilə yaşayıb. Hər dəfə Cənubi Azərbaycan adı çəkiləndə azadlıq duyğuları, yurd həsrəti ilə yaşayıb yaradan həmvətənlərimiz yada düşür. O, Əli Tudənin “Mən kiməmki” şeirini söylədi.

Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçısı, filologiya elmləri doktoru Esmira Fuad çıxışında dedi: “Quzey Azərbaycandan gələn şairlərimiz çoxdur. Əli Tudə Azərbaycan demokratik hərəkatının ilk yaradıcılarındandır. Şairi nə vaxt sevirlər? Şairin şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşəndə. O, Azərbaycanın o tayı ilə bu tayı arasında söz körpüsü idi. Onun əsərlərində həm fəlsəfə, həm də dil aydınlığı var idi. Əli Tudənin əsərləri axar su kimidir. Şair çox əqidəli şəxsiyyət kimi Azərbaycan ədəbiyyatına yeni fikirlər gətirib. Şairin vücudunda olan məğrurluğu, kimliyi də özünü göstərib. Əli Tudə yaradıcılığının hər ilinə bir kitab yazıb”. Sonra Esmira Fuad Əli Tudənin “Mənim dilim” şeirini oxudu.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri  Səbinə Məmmədova çıxışında tədbir iştirakçılarına, şairin ailə üzvlərinə və tədqiqatçılara öz təşəkkürünü bildirdi və qeyd etdi ki, milli poeziyamızın lirik şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər bütün mədəniyyət ocaqlarında keçiriləcək.

Əli Tudənin 100 illik yubileyinə esse yazan yazıçı-publisist Nüşabə Məmmədli bildirdi ki, mən Əli Tudəni görməmişəm, amma övladı Rəna xanımın bir kəlmə sözü məni tutdu. O, dedi “atama bax”. O, bir kəlmə ilə o qədər atasını önə çıxardı ki, bu gün hər üç övlad atalarının şeiri deyiləndə qürur duyurlar. Əli Tudə Cənubi Azərbaycanda qalmaqla oraları maarifləndirib və İran tarixində ilk dəfə olaraq Təbriz Filarmoniyasını yaradıb, onun ilk və sonuncu direktoru olub. Cənublular Vətən həsrəti ilə yaşayıb-yaradıblar.

Şair Tariel Ümid çıxışında qeyd etdi ki, Şərqin parlaq ulduzu Heydər Əliyevin gözəl bir kəlamı var: “Tarixin hər bir günü bizim üçün əzizdir, nə günü olur olsun”. Və həqiqətən bu gün çox əziz gündür. Əli Tudə başqalarından çox fərqlənir. O, gənclərə böyük qayğı göstərirdi. Bir dəfə gecə yarısında o, mənə zəng edərək, məni yeni şeirimin çapdan çıxdığı üçün təbrik etdi. Əli Tudənin şeirləri adamı çəkib aparır. Onun qartal ruhu həmişə bizimlədir.

Tədbirdə iştirak edən ədəbiyyatşünas Şərəf Cəlilli bildirdi ki, Əli Tudə varlığı şah əsərdir. Otuz il öncə onları həyatda sağ görən insanlardan biriyəm. Gerçək budur ki, sağlığında Vətəndə Vətənin qəribliyini yaşayan biri olub. Peyğəmbər əleyhissalamın bir kəlamı var: “İnsan öləndə ondan üç şey qalır: əməl, əsər və övlad”. Övladlarının hər birinə təşəkkür edirəm.

Əli Tudənin gəlini, Əli Tudə yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru Elnurə Cavadzadə çıxışında qeyd etdi ki, Əli Tudə mənim ilk yaradıcılığım, mənim diplom işim olub. Mən müəlliməm, həmişə şağirdlərimə tövsiyə edirəm ki, Əli Tudəni oxusunlar.

Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova çıxış edərək dedi: “Çox sevinirik ki, görkəmli şairimizin 100 illik yubileyini ilk biz keçiririk. Kitabxanamızda Əli Tudənin şeirləri oxucularımız tərəfindən sevilə-sevilə oxunur”.

Əli Tudənin oğlu Natiq Cavadzadə atasının xatirələrindən danışaraq qeyd etdi ki, Nüşabə xanım Əli Tudəni bütöv Azərbaycanın şairi, həm Cənubun, həm Şimalın şairi hesab edir. Niyə Əli Tudə Cənubdan yazıb? O, bir il orda azadlıq gördü. Əli Tudənin həyatı çox ağır olub, iki dəfə sürgün olunub. O bura gəldi, burada ona qiymət verildi. O, çox məğrur insan idi. Əli Tudə yaradıcılığı çox zəngindir. Onun Qarabağa, Vətənə, məhəbbətə aid şeirləri çoxdur. O, bir çox şairlərin şeirlərini də redaktə edib.

Xanəndə, Beynəlxalq müsabiqələr laureatı Maya Cəbrayılova “Təbrizə getməyim gəlir” və “Şuşanın dağları” mahnılarını ifa etdi.

158 nömrəli tam orta məktəbin və AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdləri şairin şeirlərini səsləndirdilər.
Kitabxananın əməkdaşı İradə Hüseynova Əli Tudənin məhəbbət şeirlərini səsləndirdi.

Tədbirdə Əli Tudənin həyatının əsas məqamlarını özündə əks etdirən və şairin öz səsi ilə səsləndirdiyi şeirlər videoçarxlarda nümayiş olundu.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Masallıda maarifləndirmə tədbiri keçirilib

Masallıda maarifləndirmə tədbiri keçirilib

John Doe 2 gün əvvəl

Xalq yazıçısının maraqlı hekayəsi təqdim olundu

Xalq yazıçısının maraqlı hekayəsi təqdim olundu

John Doe 2 gün əvvəl

Misir Mədəniyyət Mərkəzində BDU-nun tələbələri ərəb dili üzrə təcrübə proqramı keçəcəklər

Misir Mədəniyyət Mərkəzində BDU-nun tələbələri ərəb dili üzrə təcrübə proqramı keçəcəklər

John Doe 4 gün əvvəl

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

John Doe 6 gün əvvəl

Bakıda yeni beynəlxalq məktəb açılır

Bakıda yeni beynəlxalq məktəb açılır

John Doe 6 gün əvvəl

Misir Mərdanov: Mənim ilk və ən böyük məsuliyyət sınaqlarımdan biri

Misir Mərdanov: Mənim ilk və ən böyük məsuliyyət sınaqlarımdan biri

John Doe 6 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com